Məhkəmə qərarları › İş №2(012)-2578/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2578/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2578/2023 23.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində 10 avqust 1966-cı il tarixdə Azərbaycan SSR Əsgəran rayon VVADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 10 avqust 1966-cı il tarixdə Azərbaycan SSR Əsgəran rayon VVADQ şöbəsində aparılmış doğumun qeyd edilməsi faktının, 10 avqust 1966-cı il tarixdə Əsgəran rayonu, Ballıca kəndində doğulmağı, ata adının X6, milliyətinin azərbaycanlı, ana adının X7, milliyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, 10 avqust 1966-cı il tarixdə Əsgəran rayonu, Ballıca kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. Ona verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi almışdır. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə itmişdir və tapılması mümkün olmamışdır. Qeyd olunmalıdır ki, doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Binəqədi Rayon Qeydiyat Şöbəsinə müraciət etmişdir. 29 mart 2023-cü il tarixdə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş cavabda itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmaması qeyd edilmişdir. Faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Nəzərə çatdırır ki, akt qeydləri Əsgəran rayonunda aparıldığından və bu rayon işğal altında olduğundan hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onun qeyd edilən vaxtda doğulmağı məhkəmədə şahidlər təsdiq edə bilərlər. Həmçinin şəxsiyyət vəsiqəsi ilə də qeyd edilən vaxtda doğulmağı öz təsdiqini tapır. Qeyd edilənlərdən də görünür ki, onun müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində göstərdi ki, o, Ərizəçi qardaşıdır. Qərib 10 avqust 1966-cı ildə Əsgəran rayonu, Ballıca kəndində anadan olmuşdur. Lakin Qəribin doğum haqqında şəhadətnaməsi itmişdir. X6 onların atası, X7 isə analarıdır. Ataları 1997-ci ildə Ağcabədi rayonunda vəfat etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində göstərdi ki, o, Əsgəran rayonu, Ballıca kəndində anadan olmuşdur. Qərib onun qardaşıdır və 10 avqust 1966-cı ildə Əsgəran rayonu, Ballıca kəndində dünyayaa gəlmişdir. Anaları X1 rayonunda yaşayır, lakin ataları X2 rayonunda vəfat etmişdir. İş materiallarında olan AZE Seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 10 avqust 1966-cı ildə Əsgəran rayonu, Ballıca kəndində anadan olmuşdur. İş materiallarından olan Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 661 №-li arayışdan görünür ki, Ərizəçi atası- X6, anası isə X5r. İş materiallarında olan Ağdam Rayon İHB-nin Xıdırlı Ərazi Nümayəndəliyi tərəfindən verilmiş İV- ЖГ № 497215 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 03 noyabr 1997-ci ildə ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi 10 avqust 1966-cı il tarixdə Əsgəran rayonu, Ballıca kəndində anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X6, anasının isə X7 olması faktı ərizəçinin izahatı, şahid ifadələr ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi 10 avqust 1966cı il, doğulduğu yer Əsgəran rayonu, Ballıca kəndi, milliyəti azərbaycanlı, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X6”, ana adı qrafasında “X7” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar