Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2590/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Mənzil Tikinti Koorperativinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Koorperativinin Cavabdeh1 qarşı tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Koorperativi cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı tərəflər arasında bağlanmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında 05 dekabr 2016-cı il tarixdə bağlanmış ********* saylı payçı müqaviləsinin, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.12.2016-cı il tarixli təminatlı kredit müqaviləsinin və tərəflər arasında bağlanılmış 05.12.2016-cıil tarixli 7-05- 12-2016-SH-X3 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, payçı müqaviləsi əsasında Abşeron rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, mənzil 144, sahəsi 79,6 kv.m olan 3 otaqlı mənzilə dair Cavabdeh1 digər cavabdeh "xxxx" ASC ilə bağladığı 05.12.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən geri qaytarmalı olduğu 78.914 (yetmiş səkkiz min doqquz yüz on dörd) manat məbləğdə borcun Mənzil Tikinti Koorperativi tərəfindən həmin banka, mübahisəli mənzilin boşaldılması və həmin mənzilin İddiaçı Mənzil Tikinti Koorperativinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında 05 dekabr 2016-cı il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Abşeron rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, mənzil 144, sahəsi 79,6 kv.m olan 3 otaqlı mənzil satılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05.12.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 84.774 (səksən dörd min yeddi yüz yetmiş dörd) manat məbləğində kredit vermişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 5-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 84.774 manat kredit götürmüşdür. Kredit üzrə qalıq borc isə 78.914 manatdır. İddiaçı ilə və Cavabdeh1 arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı Mənzil Tikinti Koorperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, mənzil 144, sahəsi 79,6 kv.m olan 3 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı Mənzil Tikinti Koorperativi zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Abşeron rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-cı bina, mənzil 144, sahəsi 79,6 kv.m olan, 3 otaqlı mənzili öz sahibliyinə keçirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı Mənzil Tikinti Koorperativi Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh1 könüllü olaraq mənzili boşaldaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da Cavabdeh1 müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Ağayev X1 rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, mənzil 144, sahəsi 79,6 kv.m olan 3 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış 05.12.2016 tarixli 7- 05-12- 2016-SH-X3 saylı zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə baxışı zamanı İddiaçı Mənzil Tikinti Koorperativinin nümayəndəsi X4 məhkəməyə iddia tələbinin həcminin azaldılması və iş üzrə cavabdehlikdən çıxarılma barədə ərizə məhkəməyə təqdim edərək, cavabdeh kimi cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər sırasından çıxarılması, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında bağlanılmış 05 dekabr 2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Abşeron rayonu, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, 144 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı Mənzil Tikinti Koorperativinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 da iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, MTK pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan 18-ci binada, 2-ci blok, 4-cü mərtəbə, 144 №-li, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 84.774 manat məbləğində pul vəsaitini İddiaçı Mənzil Tikinti Koorperativinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 saylı təminatlı kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ilə İddiaçı Mənzil Tikinti Koorperativi arasında imzalanmış 05 dekabr 2016-cı il tarixli ********* №-li müqavilənin predmeti olan mənzilin alınması məqsədi ilə Cavabdeh1 240 ay müddətinə illik 10% hesablanmaqla 84.774 manat məbləğində kredit verilmişdir. Kreditin hər ay 818 manat olmaqla qaytarılması nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə X3 (zamin) və Cavabdeh1 (borclu) arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12- 2016-SH-X3 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin X3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05- 12-2016-SH-X3 saylı kredit müqaviləsinə əsasən 87.774 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail” filialı ilə İddiaçı Mənzil Tikinti Koorperativi (zamin) və Cavabdeh1 (borclu) arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı Mənzil Tikinti Koorperativi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 nömrəli kredit müqaviləsinə əsasən 87.774 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və İddiaçı Mənzil Tikinti Koorperativinə ünvanlanmış 12 mart 2021-ci il tarixli, PKİS-0051 saylı mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və İddiaçı Mənzil Tikinti Koorperativi banka olan ödəniş cədvəli üzrə 9.280 manat məbləğində borcun ödənilməzsə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcu tələb etməklə 7-05-12-2016-SH-X3 №-li, 05.12.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamini İddiaçı Mənzil Tikinti Koorperativinə müraciət ediləcəyi, İddiaçı Mənzil Tikinti Koorperativinin isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 18 saylı bina, ümumi sahəsi 79,6 kv.m ibarət 3 otaqlı, 144 №-li mənzili öz sahibliyinə keçirərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu bağlamaq hüququna malik olduğu barədə xəbərdar olunmuşlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında 05 dekabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 saylı təminatlı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış 05 dekabr 2016-cı il tarixli ********* nömrəli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 2, mərtəbə 4, ümumi sahəsi 79,6 kv.m ibarət 3 otaqlı 144 №-li mənzilin alınması məqsədi ilə Cavabdeh1 240 ay müddətinə illik 10% hesablanmaqla 84.774 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətiı ilə İddiaçı Mənzil Tikinti Koorperativi (zamin) və Cavabdeh1 (borclu) arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 nömrəli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı Mənzil Tikinti Koorperativi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 saylı kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 84.774 manatın 240 ay müddətinə hər ay 818 manat olmaqla ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə payçı müqaviləsinin ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılırş Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.1.maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. [435] 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə qiymətinin qalan 87.774 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”-nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəninə əsasən cədvəl üzrə ödənişlərin 2 (iki) ay müddətindən artıq gecikdirildiyi halda “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Yenə həmin müqavilənin 8.11-ci bəndinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli 7-05-12-2016-SH-X3 saylı təminatlı kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 05 dekabr 2016-cı il tarixli, ********* №-li İddiaçı Mənzil Tikinti Koorperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 2, mərtəbə 4, ümumi sahəsi 79,6 kv.m ibarət 3 otaqlı 144 №-li mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 05 dekabr 2016-cı il tarixli ********* №-li İddiaçı Mənzil Tikinti Koorperativi və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə tikilməkdə olan bina 18, blok 2, mərtəbə 4, ümumi sahəsi 79,5 kv.metr-dən ibarət 3 otaqlı 144 №-li mənzilin boşaldılmasını tələb dir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən payçı müqaviləsi ləğv edilməli, Cavabdeh1 İddiaçı Mənzil Tikinti Koorperativinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,6 kv.m ibarət, 3 (üç) otaqlı 144 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Koorperativinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilməli, Cavabdeh1 İddiaçı Mənzil Tikinti Koorperativinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,6 kv.m ibarət, 3 (üç) otaqlı 144 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Koorperativinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mənzil Tikinti Koorperativi ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh1 İddiaçı Mənzil Tikinti Koorperativinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 18-ci bina, 2-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 79,6 kv.m ibarət, 3 (üç) otaqlı 144 nömrəli mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Koorperativinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2590/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2590/2021
02.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver