Məhkəmə qərarları › İş №2(012)-2620/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2620/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2620/2020 16.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı «xxxxxxx» KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı fərdi yaşayış evinin boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı fərdi yaşayış evinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxxxxx” KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC hərrac vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsini və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, 1-də yerləşən 0,0148 ha torpaq sahəsini və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR DİN Abşeron Rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli 10819253 saylı məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və onun ailə üzvləri hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1, ev 3 ünvanında yaşayırlar. Göründüyü kimi, cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi döngə 2, dalan 1, ev 3 ünvanında yaşaması iddiaçı '‘xxxxxxx” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. AR MM-nin 228.1-ci maddəsinə əsasən, "yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun". Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı “xxxxxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi X2 və onun ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsindən və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evinin mülkiyyətçisi “xxxxxxx” KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilmələrinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оların iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1, ev 3 ünvanında yerləşən ümumi sahəsi 50.1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı «xxxxxxx» Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. -X3 Yekunlaşması barədə 140 nömrəli Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0.0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi alıcı xxxxxxx» Kommersiya Bankı ASC-nin balansına keçmiş, bu barədə xxxxxxx» Kommersiya Bankı ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X10”” MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır -Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsinin surətindən görünür ki, borc tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh3 əsas kredit borcu üzrə 31.282,00 ABŞ dolları, faiz borcu üzrə 4.519.68 ABŞ dolları, cərimə borcu üzrə 1.721.81 ABŞ dolları olmaqla, cəmi 37.523.49 (otuz yeddi min beş yüz iyirmi üç dollar 49 sent) ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət haqqının əvəzi tutularaq. “xxxxxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu. Xırdalan şəhəri. Həsən bəy Zərdabi küçəsi, döngə 2. dalan 1-də yerləşən 0.0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 "xxxxxxx” X8 Səhmdar Cəmiyyətinə olan cəmi 37.523,49 (otuz yeddi min beş yüz iyirmi üç dollar 49 sent) ABŞ dolları məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməsi, “xxxxxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2045/2017 saylı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxx” X8 Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsi ilki iddianın cavabdehlərin yaşayış sahəsindən çıxarılmasına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci i tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və onun ailə üzvləri hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. -xx.xx.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Mirişov X1 rayonu, Bozayran kəndində, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 56/26, Mirişov X6 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, Z.Tağıyev küçəsi, dalan 1, ev 18 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən “xxxxxxx” X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, ünvan 1 ünvanına tutma yönəldilmişdir. iddiaçı «xxxxxxx» KB ASC Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0.0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ «xxxxxxx» KB ASC-yə keçmiş, lakin buna baxmayaraq yaşayış sahəsinin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsindən cavabdehlər orada qalması iddiaçı «xxxxxxxxxx» ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Əmlakın “xxxxxxx” Kommersiya Bankı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evindən çıxmaqdan imtina edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM); 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehə məxsus olan əşyaların iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evi boşaldılmalı, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evi boşaldılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar