Məhkəmə qərarları › İş №2(012)-263/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-263/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-263/2020 15.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin direktoru Nuriyev Aslan Böyükağa oğlunun, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nuriyev Nazim Böyükağa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC- yə qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında 12 mərtəbəli yaşayış evinin Vİİ mərtəbə, ümumi sahəsi 82.17 kv.metr olan, İ blok, 26- №-li izolə olunmuş 2(iki) otaqlı mənzilə dair xx xxx 2008-ci il tarixli müqaviləyə və xx xxxxxxx 2011-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı sahiblik və istifadə hüquqlarını tanınması, mənzilin təhvil verilməsi, həmin mənzilin açarının iddiaçıya təqdim edilməsi, təmir işlərinin başlanmasına şərait yaradılması və yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda tərəflər- İddiaçı və cavabdeh “xxxx” MMC-nin direktoru Nuriyev Aslan Böyükağa oğlu xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Hazırda məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, tərəflər aşağıdakı şərtlərlə razılaşır: Hazırkı barışıq sazişinə əsasən Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-263/2020 № li işin davam etdirilməsindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. İddiaçı “Mənzilin sahiblik və istifadəyə verilməsinə dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. “xxxx” MMC-nin “Müqavilənin ləğv edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Hazırki barışıq sazişinin 5-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində “xxxx” MMC aşağıdakıları icra etməyi öhdəsinə götürür: “Müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddiadan imtina etməyi və barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Abşeron rayon məhkəməsinə təqdim etməyi öz öhdəsinə götürür. Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa edilmiş 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.55 m2 olan izolə edilmiş 2 (iki) otaqdan ibarət olan 26 № li mənzili (bundan sonra mənzil) 6 (altı) ay müddətində satışını təşkil etmək; Mənzilin satışı vaxtı İddiaçı bu barədə məlumatlandırmaq və mənzilin satışı prossesinə cəlb etmək. Mənzilin satışının icra edilməsindən dərhal sonra 28 000 (iyirmi səkkiz min) manat məbləğində pulu İddiaçı ödənməlidir. Mənzili satışı 6 (altı) aydan çox gecikərsə, ”xxxx” MMC öz vəsaiti hesabına 28000 (iyirmi səkkiz min) manat pulu ödəyir və yaxud xx xxx 2008-ci il tarixli müqaviləyə əsasən (77.55 kv metr x 500 manat =38775 manat-28000 manat) =10 775 manat qalıq məbləği İddiaçı tərəfindən ödənilməklə mənzil ona təhvil verilir. Hazırki barışıq sazişinin 4-cü maddəsində “xxxx” MMC tərəfindən götürülmüş öhdəliklərinicra edilməsinin müqabilində aşağıdakıları İddiaçı icra etməyi öhdəsinə götürür: “Mənzilin sahiblik və istifadəyə verilməsinə dair” iddiadan imtina etməyi və barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Abşeron rayon məhkəməsinə təqdim etməyi öz üzərinə götürür. Mənzilin satışında iştirak etmək, satışın icra edilməsi üçün müvafiq sənədləri imzalamaq və tələb olunan müvafiq sənədləri “xxxx” MMC-yə təqdim etmək və mənzilin satışının icra edilməsindən dərhal sonra 28 000 (iyirmi səkkiz min) manatı pulu almaq; Mənzili satışı 6 (altı) aydan cox gecikdirildiyi halda, ”xxxx” MMC-dən öz vəsaiti hesabına ödəyəcəyi 28000 (iyirmi səkkiz min) manat pulu almaq və yaxud xx xxx 2008-ci il tarixli müqaviləyə əsasən (38775 manat-28000 manat) =10 775 manat qalıq məbləği ödəməklə mənzili təhvil almaq; Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hazırkı barışıq sazişinin predmeti olan məsələlərlə bağlı ödədikləri dövlət rüsumları, hüquqi yardım xərcləri, bank xəcrləri və sairə tərələrin özlərinə aid edilir. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə öz üzərilərinə götürdükləri bütün öhdəlikləri lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası, etirazı yoxdur və olmayacaq. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Abşeron rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış .oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. Hazırki barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3(üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Abşeron rayon məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1(bir) nüsxə verilir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı və cavabdeh “xxxx” MMC-nin direktoru Nuriyev Aslan Böyükağa oğlu arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi” tələbi barədə iddia tələbinə dair mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış xx xxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Hazırkı barışıq sazişinə əsasən Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-263/2020 № li işin davam etdirilməsindən qarşılıqlı surətdə imtina edirlər və mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. İddiaçı “Mənzilin sahiblik və istifadəyə verilməsinə dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. “xxxx” MMC-nin “Müqavilənin ləğv edilməsi”nə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Hazırki barışıq sazişinin 5-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində “xxxx” MMC aşağıdakıları icra etməyi öhdəsinə götürür: “Müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddiadan imtina etməyi və barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Abşeron rayon məhkəməsinə təqdim etməyi öz öhdəsinə götürür. Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa edilmiş 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 77.55 m2 olan izolə edilmiş 2 (iki) otaqdan ibarət olan 26 № li mənzili (bundan sonra mənzil) 6 (altı) ay müddətində satışını təşkil etmək; Mənzilin satışı vaxtı İddiaçı bu barədə məlumatlandırmaq və mənzilin satışı prossesinə cəlb etmək. Mənzilin satışının icra edilməsindən dərhal sonra 28 000 (iyirmi səkkiz min) manat məbləğində pulu İddiaçı ödənməlidir. Mənzili satışı 6 (altı) aydan çox gecikərsə, ”xxxx” MMC öz vəsaiti hesabına 28000 (iyirmi səkkiz min) manat pulu ödəyir və yaxud xx xxx 2008-ci il tarixli müqaviləyə əsasən (77.55 kv metr x 500 manat =38775 manat-28000 manat) =10 775 manat qalıq məbləği İddiaçı tərəfindən ödənilməklə mənzil ona təhvil verilir. Hazırki barışıq sazişinin 4-cü maddəsində “xxxx” MMC tərəfindən götürülmüş öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları İddiaçı icra etməyi öhdəsinə götürür: “Mənzilin sahiblik və istifadəyə verilməsinə dair” iddiadan imtina etməyi və barışıq sazişinin təsdiq edilməsi haqqında ərizəni Abşeron rayon məhkəməsinə təqdim etməyi öz üzərinə götürür. Mənzilin satışında iştirak etmək, satışın icra edilməsi üçün müvafiq sənədləri imzalamaq və tələb olunan müvafiq sənədləri “xxxx” MMC-yə təqdim etmək və mənzilin satışının icra edilməsindən dərhal sonra 28 000 (iyirmi səkkiz min) manatı pulu almaq; Mənzili satışı 6 (altı) aydan cox gecikdirildiyi halda, ”xxxx” MMC-dən öz vəsaiti hesabına ödəyəcəyi 28000 (iyirmi səkkiz min) manat pulu almaq və yaxud xx xxx 2008-ci il tarixli müqaviləyə əsasən (38775 manat-28000 manat) =10 775 manat qalıq məbləği ödəməklə mənzili təhvil almaq; Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hazırkı barışıq sazişinin predmeti olan məsələlərlə bağlı ödədikləri dövlət rüsumları, hüquqi yardım xərcləri, bank xəcrləri və sairə tərələrin özlərinə aid edilir. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə öz üzərilərinə götürdükləri bütün öhdəlikləri lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası, etirazı yoxdur və olmayacaq. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Abşeron rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış .oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır. Hazırki barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3(üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Abşeron rayon məhkəməsinə veriləcək. Tərəflərdən hər birinə müvafiq olaraq 1(bir) nüsxə verilir. İddiaçı Cavabdeh MMC-nə qarşı “Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında 12 mərtəbəli yaşayış evinin Vİİ mərtəbə, ümumi sahəsi 82.17 kv.metr olan, İ blok, 26-№-li izolə olunmuş 2(iki) otaqlı mənzilə dair xx xxx 2008-ci il tarixli müqaviləyə və xx xxxxxxx 2011-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı sahiblik və istifadə hüquqlarını tanınması, mənzilin təhvil verilməsi, həmin mənzilin açarının iddiaçıya təqdim edilməsi, təmir işlərinin başlanmasına şərait yaradılması və yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması tələbinə dair 2(012)-263/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar