Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1948/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh1 ilə X6 arasında 08 aprel 2005-ci il tarixdə nikah bağlanmış və məhkəmə qətnaməsi əsasında 23 iyul 2020-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikah dövründə, xx.xx.2019-cu il tarixdə “Mercedes Benz GL450” minik markalı, 90-SX075 dövlət qeydiyyat nişanlı avtomobil alınmış, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh2 satılmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evi də həmçinin tərəflərin birgə nikah dövründə 2008ci ildə tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibar sız hesab edilməsi və s.” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, **-SX-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz GL450” markalı avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı-cavabdehin vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş **-SX*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL450” markalı avtomobilin satışından əldə edilmiş 28.000 manat pulun ½ hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddiasının təmin edilməməsi və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin, bugünkü bazar qiyməti nəzərə alınaraq 25000 manatının İddiaçı alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onlar birgə nikahda olduqları dövrdə xx.xx.2019-cu ildə maşın almışlar. Daha sonra münasibətləri korlanmış və onların nikahları mə hkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədə də qeyd olunmuşdur ki, o, 24 sentyabr 2019-cu il tarixindən evdən çıxıb getmiş, cavabdeh isə onun xəbəri olmadan birgə nikah dövründə aldıqları maşını xx.xx.2019-cu ildə öz əmisi oğlu Cavabdeh2 satmışdır. O, yalnız nikahları rəsmi pozulduqdan sonra maşının satılmasından xəbərdar olmuşdur. Cavabdeh ilə olan nikahları isə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pozulmuşdur. Cavabdeh guya maşını sataraq borcunu bağladığını bildirsə də, qeyd olunanlar yalandır, çünki cavabdehin heç bir borcu olmayıb, daha əvvəl heç bir söhbət əsnasında da borcu olduğunu bildirməmişdir. Cavabdehin borclu olduğunu bildirdiyi şəxs Bağıyev Əvəzxanı tanıyır, belə ki, o, fəhlədir və onun 30000 manat məbləğində pulunun olması inandırıcı deyil. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə ərizə əsassızdır. Belə ki, ilkin torpaq sahəsinin alınmasında o qızıllarını sataraq pulunu torpaq sahəsinin alınmasına vermişdir. Qızıllar təxminən 1200 manat dəyərində olmuş və onlar da torpağı 2400 manata almışlar. Həmin ev onun atasının pulu ilə tikilib və hazırda o, həmin evdə yaşayır. Elməddin özünə maşın aldığı üçün kredit borcunu ödəyirdi və bu səbəbdən ev üçün xərc çəkməmişdir. Ümumilikdə, ev 2008-ci il tarixdə tikilib və həmin vaxta uyğun materialların qiyməti nəzərə alınsa, bəlkə də bəzi materialların qiyməti ekspertiza rəyində artıq yazılıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi X7 ilkin iddia tələbini müdafiə edərək, qarşıl ıqlı iddianı isə qəbul etməyərək qeyd etmişdir ki, cavabdeh tərəf evin tikintisinə xərclənən pulun yarısını tələb etsə də, həmin xərclərin çəkilməsinə dair heç bir əsaslı sübut gətirməmiş, o cümlədən sənəd-sübut təqdim etməmişdir. Bundan əlavə, qarşı tərəf məhkəmə iclasında dəfələrlə yalan izahatlar verərək, ilk öncə avtomobilin dəyərinin 20.000, sonra isə 24.000 manat olduğunu bildirmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, cavabdeh hökmdə, cinayət işi ilə əlaqəli izahat verən zaman avtomobilin 28.000 manata satıldığını bildirmişdir. Buradan görünür ki, qarşı tərəf yalan, həqiqətə uyğun olmayan məlumatları məhkəməyə bildirir və heç bir əsaslı sübut olmadan həmin əmlakın bölgüsü ilə bağlı iddia irəli sürür. Həmçinin onlar tərəfindən dəvət olunmuş şahid bildirmişdir ki, evin tikinti xərclərini o, özü qarşılamış, materialları özü almışdır. Bu səbəbdən də qarşı tərəfin şahid qismində gətirdiyi ustalar tərəfindən evin tikilməsi ilə razılaşmamışdır. İlkin iddia ilə bağlı isə onu bildirdi ki, avtomobilin dəyəri qarşı tərəfin hökmdə bildirdiyi kimi 28.000 manatdır. Belə ki, o, avtomobili ilk olaraq 29.000 manata təklif etmiş, sonda isə 28.000 manata satmışdır. Avtomobil satılarkən isə iddiaçının razılığı olmamışdır, çünki təqdim olunmuş qətnamədən də görünür ki, tərəflər arasındakı münasibətlər korlanandan sonra qarşı tərəf qərəzli şəkildə avtomobili satmışdır. Buna görədə qeyd olunanların nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh-iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini müdafiə edərək və ərizəsin ə uyğun izahat verərək, ilkin iddianı isə qəbul etməyərək bildirmişdir ki, torpaq Bələdiyyənin torpağıdır. Əvvəllər kommunal onun adına idi, sonradan isə yeznəsinin adına keçirtmişdir. Bütün ödənişlər də onun adından edilirdi. Qaz və su sayğacları da onun adına idi, hətta 400 manat cərimə də ödəmişdir. Ekspertizanın rəyi ilə razı deyil və tikinti materialları çox aşağı qiymətləndirilməklə yanaşı, rəy verilən zaman evin yerləşdiyi torpaq sahəsinin dəyəri nəzərə alınmamışdır. İlkin iddia tələbinə münasibətdə isə bildirdi ki, onun 2018-ci ildə 30000 manat məbləğində borcu yaranmışdı. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə maşını 24.000 manata əmisioğlu Sadiqə sataraq borcunu ödəmişdir. Maşın satılan vaxt artıq boşanma ərəfəsində olduqları üçün yoldaşı ilə birlikdə yaşamırdılar. Xəyalənin onu n borcundan xəbəri var idi, lakin maşının satacağı barədə məlumatsız idi. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil1 qarşılıqlı tələbini müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək bildirmişdir ki, həqiqətən də mübahisə predmeti olan avtomobil tərəflərin birgə nikah dövründə alınmış və sonra Cavabdeh1 tərəfindən satılmışdır. Məhkəmə iclası zamanı məlum oldu ki, tərəflər birgə nikahda olduqları zaman Cavabdeh1 Əvəzxan Bağıyevə tikinti işləri ilə əlaqəli 30.000 manat borcu yaranmışdır. Əvəzxan Bağıyev dəfələrlə öz borcunu tələb etdikdə, Cavabdeh1 həmin avtomobili sataraq borcunu ödəmişdir. Mülki Məcəllənin 225.5-ci maddəsinə əsasən ərin (arvadı n) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Göründüyü kimi tərəflər arasında nikah müqaviləsi yoxdur və başqa hal nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin avtomobilin satılaraq borcun ödənilməsi tamamilə qanuni və əsaslıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə cavabdeh qızılları sataraq torpaq sahəsi aldığını bildirsə də, bununla əlaqəli heç bir sübut təqdim etməmişdir. Onların gətirdiyi şahidlər isə həmin evin tikintisinin Cavabdeh1 tərəfindən çəkilməsini bildirmişlər. Evin dəyəri isə çəkdiyi xərclərə görə Elməddin tərəfindən 35000 manat məbləğində dəyərləndirilib. Lakin hazırki bazar qiymətinə görə evin dəyəri 50000 manatdır. Bu səbəbdə n həmin məbləğin yarısı onlar tərəfindən tələb edilir. Lakin ekspert rəy verən zaman çox aşağı qiymətləndirmə etmiş və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qiymətini nəzərə almamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Elməddin ilə tikinti işində tanış olmuşlar. Belə ki, 2018-ci ildə onlar birlikdə Rusiyaya işləməyə getmişlər. Bir müddət keçdikdən sonra işdə problem yaşandığı üçün Elməddin ondan borc almışdır. Sonradan isə həmin borc məbləğini ona qaytarmışdır. Elməddinin özünün dediyinə görə maşını sataraq ona olan borcunu qaytarmışdır.
10. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfin dən şahid qismində dindirilmiş X11 bildirmişdir ki, 2007-2008-ci ildə xalasıoğlu Etibar adlı şəxs ilə ev tikirdilər. Elməddinin evini də onlar tikmişlər. Onlar işləyirdilər, pullarını isə Elməddin verirdi. Nə material lazım olurdusa, Elməddin gətirirdi, lakin nə qədər xərc çəkdiyini bilməmişdir.
11. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Cavabdeh1 evdən köçənədək onun qonşusu olmuşdur. O, ev ustasıdır və alçipan, kafel-metlax işləri, elektrik-santexnik işlərgörür. O, 2007-ci ildə ailə quraraq orada yaşayan zaman Elməddinin evi yox idi. Elməddin ondan sonra həmin evə köçmüşdür. Elməddin evi öz zəhmət haqqısı ilə tikdirmişdir. O, bir usta kimi orada işləmiş, qonşu kimi yanında olmuşdur. Elməddin ilə hər zaman danışırdılar və hardan nə qə dər material aldığını, evə nələr aldığını, nə qədər xərci çıxdığını ona deyirdi. Evin kombisinin çəkilməsi və digər müəyyən işləri o görmüşdür.
12. Məhkəmə iclasında cavabdeh-iddiaçı tərəfindən şahid qismində dindirilmiş X15 bildirmişdir ki, Elməddin və Xəyalə xanım onun qonşusudur, həmin evi Elməddin tikib və xərcini də özü çəkib. Evin tikintisində o iştirak etməmişdir. Elməddinin torpaq sahəsi ilə onunku yanaşıdır. O sadəcə evin tikildiyini görmüş və hətta Elməddinə evin pəncərəsinin onun həyətinə baxmamasını bildirmişdir.
13. Məhkəmə iclasında iddiaçı-cavabdeh tərəfindən şahid qismində dindirilmiş X12 bildirmişdir ki, 2008-ci ildə qızı Xəyalə qızıllarını sataraq Hövsan qəsəbəsində torpaq almışdır. Yoldaşı Novxanıda təndir mağazasında işləyirdi və onlar ikisi köməkləşərək həmin torpaq sa həsində qızına ev tikmişdir. Evin tikintisinin xərcinin demək olar ki, 70%-ni onlar, qalan 30%-ni isə qarşı tərəf çəkmişdir. Həm yoldaşı, həm də o, evin tikintisinə xərcləmək üçün qızları Xəyaləyə həm nağd şəkildə pul vermişlər, həm də taxta, şifer lazım olduqda özü almış, çardağı isə özü dülgər olduğu üçün düzətmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinin inşaası zamanı aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 18.334,0 manat məbləğində dəyəri müəyyən olunur.
15. Suraxanı rayon məhkəməsinin (X2) 2(010)-884/ 2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə lkin və qarşılıqlı iddia qismən təmin edilmiş, "Mercedes Benz GL 450" minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyərinin 1/2 hissəsi – 12.000 (on iki min) manat cavabdeh-iddiaçı Cavabdeh1 iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulmuş, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 107D55 saylı fərdi yaşayış evinə xərclənmiş pul vəsaitinin yarısı olan 9.167 (doqquz min bir yüz altmış yeddi) manat iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh1 xeyrinə tutulmuş, İlkin və qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qa nunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019-cu il tarixdən cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini sataraq X8 olan borcunu ödədiyini bildirmiş, ilkin iddia üzrə İddiaçı isə nəqliyyat vasitəsinin satılmasından və ümumiyyətlə Cavabdeh1 borcundan xəbəri olmadığını bildirmişdir. Məhkəmə qeyd olunan tələbə münasibət bildirərək hesab edir ki, mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olması inandırıcı deyil. Bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun y arısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Tutulacaq pulun dəyərinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, qeyd olunan avtomobil həmin avtomobilin mülkiyyətçisi olmuş, hazırki iddia tələbi üzrə cavabdehin özünün məhkəmə iclasında etdiyi etirafa əsasən 24.000 manata satıldığından, iddiaçı tərəf isə həmin qiymətlə razılaşdığından, avtomobilin dəyəri ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamış və həmin avtomobilin dəyərinin yarısı 12.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında hökm təqdim edərək həmin hökmə əsasən avtomobilin 28.000 manata satıldığını və buna görə də həmin pulun yarısını tələb etsə də, məhkəmə həmin tələblə razılaşmır. Belə ki, hökmdə mübahisə predmeti olan a vtomobilin Elvin adlı şəxsə satılması məhz 2020-ci ilin yanvar ayının əvvəllərində baş vermiş və həmin zaman maşın ümumiyyətlə cavabdehin mülkiyyətində olmamışdır
17. Bundan əlavə məhkəmə bildirmişdir ki, cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və həmin müddətdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq bu münasibətlərin iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətini mübahisələndirməsi ilə bağlı hissəyə münasibət bildirirək qeyd etmişdir ki, göstərilənlər əsassızdır. Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə. Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir.
18. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə inşa edilmişdir. Lakin, həmin ev özbaşına tikili olmaqla hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bu səbəbdən evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflərin arasında bölünməsi mümkün deyildir.
19. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilsə də faktiki olaraq hazırki tələb üzrə cavabdehin istifadəsindədir. Yəni, tərəflər evin tikintisinə birgə vəsait sərf etsələr də ev cavabdehdə qalmışdır. Belə olan halda evin dəyərinin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin evin yenidənqurma və tikinti-təmir işlərinin təqribi bazar dəyəri 18.334 manat müəyyən edildiyindən, həmin məbləğin yarısı, 9.167 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəf qeyd olunan rəy ilə razılaşmayaraq, evin yerləşdiyi torpaq sahəsinin dəyərinin rəy verilən zaman nəzərə alınmadığını və materialların qiymətinin aşağı göstərildiyini bildirsə də, torpaq sahəsinin dəyəri ilə və ya evin tikintisinə sərf olunan materiallarla əlaqəli hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verən məhkəmə hesab etmişdir ki, evin t ikintisinə çəkilən xərclərin kim tərəfindən qarşılanmasına baxmayaraq, tərəflərin birgə nikah dövründə tikilmişdir və həmin evin tikintisinə sərf olunmuş pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünməlidir.
20. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia tələbinin rədd edilməsi, onu n İddiaçı qarşı “pul tələbinə dair” iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22. lk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz mövqeyini, əsasən birgə nikah dövründə əldə olunmuş avtomaşının tərəfindən, guya İddiaçı məlumatı və razılığı olmadan alqı-satqı yolu ilə özgəninkiləşdirməyi ilə, həmçinin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi ilə əsaslandırmağa ç alışmışdır.X1 2018-ci ildə 30000 manat məbləğində borcumun yaranmış olması, həmin məbləğin bir hissəsinin “Mersedes Benz GL450” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşının alınmasına sərf edilməsi, Əvəzxan Bağıyevin borc məbləğinin məndən tələb etməsi, bu tələbdən İddiaçı məlumatlı olması və başqa hallar barədə məhkəməyə özüm və vəkil və nümayəndəm, həmçinin digər şəxslər tərəfindən izahatlar verilməsinə baxmayaraq, məhkəmə həmin halları nəzərə almamışdır. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmir-tikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 202 2-ci il tarixli 10/3332 saylı rəyi ilə razı olmadığı üçün müvafiq məhkəmə-ekspertizası təyin olunması barədə tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, o, özü, həmçinin qardaşım Eldəniz Xələfov fiziki şəxs olaraq uzun müddətdir təmir-tikinti işləri ilə məşğul olurlar və bu sahədə nizamlanan bazar qiymətləri barədə çox ətraflı məlumatlıdırlar. Ona görə 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi əsassız hesab etmişlər.Bununla yanaşı, mübahisəli evə dair 18334,0 manat məbləğində dəyərin müəyyənləşdirilməsinin həqiqətə uyğun olmaması adi vizual baxışla təyin edilə bilər. Lakin araşdırılan mübahisəli məsələnin qanunauyğun həllinin təmini naminə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyinində israrlı olmuşlar.Suraxanı rayon məhkəməsi son nəticədə mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olmasını inandırıcı hesab etməmiş, bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı olması qənaətində olmuşdur. Bundan əlavə, məhkəmə "cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və... Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir" kimi səhv nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə, “Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin evin yenidənqurma və təmir-tikinti işlərinin təqribi bazar dəyəri 18.334,0 manat müəyyən edilməsinə dair rəyinə tənqidi yanaşmamış, həmin məbləğin yarısı, 9.167 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır” kimi əsassız qərar qəbul etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətinin təmin olunmamasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının (hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə X9 və X10) 2(103)-1048/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 884/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
26. Kollegiya qeyd etmişdir ki, birgə nikahda olduqları dövrdə-xx.xx.2019-cu ildə tərəflər mübahisəli avtomobili almışlar. Daha sonra münasibətləri korlanmış və onların nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur.(Kürdəmir Rayon Məhkəməsinin 2(041)72/2020 nömrəli iş üzrə qəbul etdiyi 23 iyul 2020-ci il tarixli qətnaməsi.) Həmin qətnamədən də görünür ki, İddiaçı 24 sentyabr 2019-cu il tarixində ailə münaqişəsi zəminində evdən çıxıb getmiş dir. Cavabdeh isə birgə nikah dövründə aldıqları mübahisəli avtomobili xx.xx.2019-cu ildə öz əmisi oğlu Cavabdeh2 satmışdır.
27. Kollegiya bildirmişdir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmet olan avtomobil xx.xx.2019-cu il tarixdən cavabdeh-iddiaçı Cavabdeh1 mülkiyyətində olmuş, xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini sataraq X8 olan borcunu ödədiyini bildirmiş, ilkin iddia üzrə İddiaçı isə nəqliyyat vasitəsinin satılmasından və ümumiyyətlə Cavabdeh1 borcundan xəbəri olmadığını bildirmişdir. Məhkəmə qeyd olunan tələbə münasibət bildirərək hesab etmişdir ki, mübahisə predmeti olan avtomobilin xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin faktiki olaraq ayrılmasından 3 gün sonra satılmasından İddiaçı məlumatlı olması inandırıcı deyil. Bu səbəbdən həmin avtomobilin satışından əldə olunmuş pulun yarısı ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Tutulacaq pulun dəyərinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, qeyd olunan avtomobil həmin avtomobilin mülkiyyətçisi olmuş, hazırki iddia tələbi üzrə cavabdehin özünün məhkəmə iclasında etdiyi etirafa əsasən 24.000 manata satıldığından, iddiaçı tərəf isə həmin qiymətlə razılaşdığından, avtomobilin dəyəri ilə bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamış və həmin avtomobilin dəyərinin yarısı 12.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonrad an iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında hökm təqdim edərək həmin hökmə əsasən avtomobilin 28.000 manata satıldığını və buna görə də həmin pulun yarısını tələb etsə də, məhkəmə həmin tələblə razılaşmamışdır. Belə ki, hökmdə mübahisə predmeti olan avtomobilin Elvin adlı şəxsə satılması məhz 2020-ci ilin yanvar ayının əvvəllərində baş vermiş və həmin zaman maşın ümumiyyətlə cavabdehin mülkiyyətdə olmamışdır.
28. Bundan əlavə, cavabdeh borc aldığı şəxs Əvəzxan Bağıyevin xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən borcunu tələb etməsini və birgə mülkiyyətlərindəki avtomobili sataraq borcunu verəcəyini İddiaçı bildirdiyini və həmin müddətdən 1 ildən artıq müddət keçməsinə baxmayaraq bu münasibətlərin iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün iddia müddətinin tətbiq edilm əsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətini mübahisələndirməsi ilə bağlı hissəyə münasibət bildirirək qeyd etmişdir ki, göstərilənlər əsassızdır. Çünki nə ərizədən, nə də ki, işin faktiki hallarından İddiaçı Cavabdeh1 və Ə.Bağıyev arasındakı borc müqaviləsindən, o cümlədən Cavabdeh1 avtomobili satacağından xəbərdar olması sübuta yetməmişdir. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin inşası zamanı aparılmış yenidənqurma və təmirtikinti işlərinin təqribi dəyərinin 18334,0 manat civarında dəyərləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sent yabr 2022-ci il tarixli 10/3332 saylı rəyi ilə razı olmadığı üçün müvafiq məhkəmə-ekspertizası təyin olunması barədə tərəfindən verilmiş vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, o, özü, həmçinin qardaşı Eldəniz Xələfov fiziki şəxs olaraq uzun müddətdir təmir-tikinti işləri ilə məşğul olurlar və bu sahədə nizamlanan bazar qiymətləri barədə çox ətraflı məlumatlıdırlar. Ona görə 09 sentyabr 2022-ci il tarixli 10/3332 saylı rəyi əsassız hesab etmişlər.Bununla yanaşı, mübahisəli evə dair 18334,0 manat məbləğində dəyərin müəyyənləşdirilməsinin həqiqətə uyğun olmaması adi vizual baxışla təyin edilə bilər.
29. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Məhkəmə Kollegiyası daha sonra qeyd etmişdir ki, apellyator apellyasiya baxışı zamanı da evin tikintisinə sərf olunan materiallarla ( tikinti materiaları və dəyəri) əlaqəli hər hansı sübut təqdim etməmişdir, şikayətin dəlili ümumi sözlərlə ifadə olunmuşdur.
31. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 14.1, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-1048/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçı X3 ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, onun İddiaçı qarşı pul tələbinə dair iddiamın təmin edilməsi üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır və bu səbəbdən də mülki kollegiyanın tərəfimdən mübahisələndirilən qətnaməsinin ləğvi üçün əsaslar vardır. Belə ki, göstərdiyim kimi, Ə.Bağıyevə olan 30000 manat məbləğində borcum İddiaçı ilə birgə təsərrüfat apardığımız dövr də, münasibətlərimizin normal xarakterli olduğu vaxtda yaranmışdı və həmin borcun məndən tələb edilməsi barədə də İddiaçı tam məlumatlı idi. Bu kimi xüsusatın əksi mümkünsüz bir hal idi və məhkəmə kollegiyası bu halı mütləq surətdə qəbul etməli idi. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən 107D saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri tərəfimdən mübahisələndirilmiş olduğu bir halda, hətta qismən şahid ifadələri ilə tsədiqini tapmış olduğu bir vəziyyətdə belə məhkəmə kollegiyası tərəfindən də düzgün qiymətləndirilməmişdir. Bir daha qeyd edirəm və hazırda da hesab edirəm ki,həmin evin dəyəri hazırkı bazar qiymətləri ilə uzlaşmır. Hazırda həmin ev daha yüksək dəyərə malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qar şı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 32.1 nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 32.2.1 və 32.2.3.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməs inə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
38. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər-arvad ümumi əmlak üzərində hüquqa malikdir.
39. Maddə 36.2 ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
40. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
41. Maddə 37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
42. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və p rosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.