Məhkəmə qərarları › İş №2(012)-2636/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2636/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2636/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1937.1 manat əsas, 85.44 manat faiz olmaqla, cəmi 2022.54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1902.1 manat əsas, 197.74 manat faiz olmaqla, cəmi 2099.84 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rabitəbank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 03.03.2020-ci il tarixli, SUNPU- 3591 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 03-dən gec oİmayaraq hər ay 157,12 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1937.1 manat əsas, 85.44 manat faiz olmaqla cəmi 2022.54 manat borcu vardır. Məhkəmə gedişatı zamanı borcalan tərəfindən kredit müqaviləsi üzrə qismən ödəniş edilmiş, hazırda cavabdehin kredit müqaviləsi üzrə 1902.1 manat əsas, 197.74 manat faiz olmaqla cəmi 2099.84 manat borcu qalmışdır. Ona görə də hazırki tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı 14.06.2021-ci il tarixli RB- 05/PK-5530 saylı ərizəyə əsasən, iddiaçı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə Mülki Prоsеssuаl Məcəllənin 185.5-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Rabitə Bank ASC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli, SUNPU- 3591 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik 23 faizlə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. -03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 03.04.2020-ci il tarixdən başlayaraq, 03.03.2022-ci il tarixədək, 3000 manat kredit borcunu hər ay 157.13 manat (sonuncu ay isə 156.71 manat) olmaqla hissə-hissə ödəməklə Banka qaytarmalıdır. -03.03.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən müştəri Cavabdeh 3000 manat pul vəsaiti verilmiş, müştəri həmin pul vəsaitini imza edərək təhvil almışdır. -10.03.2021-ci il tarixli RB-02/PK-2528 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1937.1 manat əsas, 85.44 manat faiz, 680.87 manat cərimə olmaqla cəmi 2022.54 manat borcu vardır. -11.06.2021-ci il tarixli RB-02/PK-5522 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1902.1 manat əsas, 197.74 manat faiz olmaqla cəmi 2099.84 manat borcu vardır. -Rabitəbank ASC tərəfindən Cavabdeh ünvanlanmış 15.12.2020-ci il tarixli 03-02/773 saylı bildirişdən görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, X4 Cəmiyyəti – adlı qurum, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 33 saylı ev, qanuni təmsilçisi X2 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 30.06.1993cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vətəndaşının 19.07.2014-cü il tarixli Seriya AZE № ******** saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi V.Axundov küçəsi 40B saylı evdə qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, borclu Cavabdehnın iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli SUNPU- 3591 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1902.1 manat əsas, 197.74 manat faiz olmaqla cəmi 2099.84 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 03.03.2020-ci il tarixli, SUNPU-3591 saylı kredit müqaviləsi üzrə 1902,1 (min doqquz yüz iki manat 10 qəpik) manat əsas, 197,74 (yüz doxsan yeddi manat 74 qəpik) manat faiz olmaqla, cəmi 2099,84 (iki min doxsan doqquz manat 84 qəpik) manat borc və dövlət rüsumuna görə 30 (otuz) manat pul məbləği tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar