Məhkəmə qərarları › İş №2(012)-2646/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2646/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2646/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh12 Mirzağa qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğluna, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğluna, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sözügedən cavabdehlərin iddiaçının mülkiyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə arasında bağlanmış Sumqayıt Asan Xidmət mərkəzinin Notariat kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-3141 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, iddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi 11 saylı evin, ümumi sahəsi 82.8 kv.m olan, 4 otaqlı, 24 saylı mənzilini almış və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, mənzil hazırda, iddiaçının mülkiyyətindədir. Sözügedən müqavilənin 2.2.4 və 2.2.5-ci bəndlərinə əsasən, satıcılar Cavabdeh1 və Cavabdeh2 müqavilə notarial qaydada təsdiq olunduğu və mənzilin dəyəri olan pul vəsaitini tam şəkildə qəbul etdikdən sonra mənzildən qeydiyyatdan çıxmağı və mənzili iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Lakin satıcı olan həmin cavabdehlər və onların ailə üzvləri olan digər cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış və mənzili boşaltmamışlar. İddiaçı Abşeron rayon Məhkəməsinə hazırki cavabdehlərə qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə müraciət etmiş və Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(012)- 738/2020 saylı qətnaməsi ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Lakin cavabdehlər qeydiyyatdan çıxsalar da, mənzildən bu günə qədər çıxmamışlar. Buna görə də cavabdehlərin mənzildən çıxarılmaları üçün məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Asan Xidmətdən əldə olunmuş arayışa əsasən, sözügedən cavabdehlər mənzildə qeydiyyatda olduqlarından cavabdeh qismində də həmin şəxsləri qoymuşdur. Həmin mənzili almış olmalarına baxmayaraq, 2015-ci ilin oktyabr ayından bəri onlar mənzillərindən istifadə edə bilmirlər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisələndirilən mənzil ilk əvvəl onun mülkiyyətində olmuşdur. 2015-ci ildə onlara təcili şəkildə pul lazım olmuş və həmin pul vəsaiti ağır əməliyyatın keçirilməsi üçün zəruri idi. Belə ki, onlar kredit almaq məqsədilə banka yaxınlaşmış, lakin bank tərəfindən onlara lazım olan pul vəsaitinin verilməsindən imtina edilmişdir. Belə ki, hərbiçi ailəsinin adına 4 faizlə kreditin verilməsi mümkün olduğundan və onlar hərbiçi tanımadıqları üçün onlara hərbiçi İddiaçı tanış kimi təqdim etmişlər. Beləliklə, əldə olunmuş razılığa əsasən, onlar evini iddiaçıya satmış, borc məbləği onlara verilmişdir. 2015-ci ildən evə dair iddiaçının bütün ödənişləri, başqa sözlə, sığorta ödənişləri də daxil olmaqla, onlar tərəfindən həyata keçirilmişdir. Cavabdehlərdən Cavabdeh1 onun qardaşıdır və hazırda, həbsdədir. Cavabdeh3 qardaşının uşağıdır, Cavabdeh5 anası, Cavabdeh11 onun atasıdır. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 Mirzəqulu oğlu həmin ünvan üzrə yaşamırlar. Eyni zamanda, qeyd edir ki, götürülmüş 50000 manat pul vəsaitindən 35000 manatı onun qardaşı, digər 15000 manat pul vəsaitini isə iddiaçını onlarla tanış etdirmiş digər hərbiçi olan Elşən götürmüşdür. İddiaçı sonradan evi öz adında saxlamaq istəmədiyini, hərbiçi olduğuna görə özünə görə də 4 faizlə ev götürmək istədiyini bildirmişdir. Sonradan onun qardaşı Sadiq həbsə düşmüşdür. Bununla belə, onlar ödəniş edirdilər. İddiaçı hətta onlara başqa hərbiçi tapmağı və həmin hərbiçinin adına evi keçirtməyi təklif etmişdir, belə ki, iddiaçının əsas niyyəti özünə də ipoteka ilə ev götürmək idi. Sonradan isə iddiaçı onlara artıq üç uşağının olduğunu, bununla da ona artıq 4 faizlə ipoteka verilmədiyini bildirmişdir. İddiaçı tərəf onlara kirayəşin gözü ilə baxmış olsalar belə, onlar arasında kirayə müqaviləsi bağlanmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən mənzil İddiaçı ilə onun oğlu Cavabdeh1 arasında bağlanmışdır. İddiaçı hərbiçi olduğuna görə şifahi razılaşma əsasında ipoteka müqaviləsi iddiaçının adına bağlanmış və əldə olunmuş razılaşmaya əsasən, ipoteka kreditini o, ödəməli və hazırda da, hər ay mütəmadi olaraq krediti ödəyir və banka ödənişin edilməsi ilə bağlı heç bir problem yoxdur. Lakin iddiaçının adına ipoteka müqaviləsi sənədləşdirilmiş olsa da, iddiaçı ağılasızmaz və insanlığa sığmayan hərəkətlər edərək 13 nəfər ailə üzvlərini məhkəmə qaydasında qeydiyyatdan çıxarmış və onun bundan xeyli sonra məlumatı olmuşdur. İddiaçı ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. O, evinin müqabilində 5000 manat pulu bankdan götürüb əməliyyat olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh12 Mirzağa qızı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun həyat yoldaşıdır və hazırda, yoldaşı cəzaçəkmə müəssisəsindədir. Onlara əməliyyat üçün pul vəsaiti lazım olmuşdur. Onun yoldaşı, Şamil və Elşən adlı şəxslərin də iştirak etdiyi məsələ üzrə İddiaçı onlardan 5000 manat pul vəsaiti müqabilində evi ipoteka götürmüşdür. Hər ay mütəmadi olaraq ödənişlər edilmişdir. Beləliklə, yanlış hərəkət etmiş olsalar da, evi iddiaçının adına keçirilməsi addımını atmışlar. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh11 və o, özü mübahisələndirilən ünvanda yaşayır, lakin digər cavabdehlər Cavabdeh1, Cavabdeh10 Mirzəqulu oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 həmin ünvanda yaşamır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğluna və Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 25 saylı reyestr kitabının 65 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********68-05101-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-738/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 İsrailoviçin, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 İsrailovnanın, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğlunun, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamədən daha sonra görünür ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 15 sentyabr 2015-ci il tarixli arayışa əsasən, 4 otaqlı, ümumi sahəsi 82.8 kv.m, yaşayış sahəsi 62.62 kv.m olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 11, 24 nömrəli mənzil satıcılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən alıcı-ipoteka qoyanın yəni, İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin satış qiyməti 65000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 15000 manatı alıcı-ipoteka qoyan İddiaçı özü tərəfindən, 50000 manatı isə kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən 07 oktyabr 2015-ci il tarixli, İK-372-İ saylı kredit müqaviləsinə əsasən, alıcıipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu Ceyranbatan qəsəbəsi 20 Yanvar küçəsi 11 saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh5 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh12 Mirzağa qızı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satıcı qismində iştirak etdiyi 07 oktyabr 2015-ci il tarixli, İK-372-İ saylı kredit müqaviləsinə əsasən, cavabdehlər mülkiyyətlərində olan Abşeron rayonu Ceyranbatan qəbəəsi G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzilini İddiaçı satmış və həmin mənzil dəyəri 65000 manat müəyyən edilməklə, 15000 manat pul vəsaiti iddiaçı tərəfindən, 50000 manat pul vəsaiti isə bank tərəfindən verilməklə satılmışdır. Hazırda, mübahisəli mənzil daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 25 saylı reyestr kitabının 65 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********68-05101- 093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdehlərin sözügedən mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradıldığından iddiaçı həmin cavabdehlərin mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-738/2020 saylı qətnaməsi əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 İsrailoviçin, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 İsrailovnanın, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğlunun, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Belə ki, sözügedən qətnamə əsasında mübahisəli mənzil olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzilində cavabdehlərin istifadə hüquqlarının olması öz təsdiqini taparaq həmin şəxslərin istifadə hüququna xitam verilməsi qərara alınmışdır ki, göstərilən mübahisənin hazırki iş üzrə sübutuna ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Məhkəmə qanunun tələblərinə və Avropa Məhkəməsinin qərarlarına istinad edərək qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-738/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 İsrailoviçin, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 İsrailovnanın, Cavabdeh9, Cavabdeh10 Mirzəqulu oğlunun, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş olsa da, hazırda, həmin cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları iddiaçının mülkiyyət hüququnu pozmaqla yanaşı, həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, eyni zamanda, cavabdehlərin izahatı əsasında, cavabdehlərdən Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızının Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzilində yaşamaları, lakin digər cavabdehlər olan Cavabdeh1, Cavabdeh10 Mirzəqulu oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh8 həmin ünvanda yaşamadıqları müəyyən olunmuşdur. Bu səbəbdən də, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızı əşyaları ilə birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi 11 saylı evin 24 saylı mənzilindən çıxarılmalı, digər cavabdehlər isə həmin ünvanda yaşamadıqlarından və yaşamadıqları halda həmin şəxslərin mənzildən çıxarılmaları mümkün olmadığından iddia ərizəsi həmin cavabdehlərə münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh9, Cavabdeh11 və Cavabdeh12 Mirzağa qızı əşyaları ilə birlikdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi G.Abdullayev küçəsi (20 Yanvar küçəsi) 11 saylı evin 24 saylı mənzilindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar