Məhkəmə qərarları › İş №2(012)-2655/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2655/2023

21.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2655/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, Massiv 2, 3 saylı evin 1 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış rəsmi nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-433/2022 saylı qətnaməsinə əsasən xitam verilmişdir. Özü "xxxx"ndə böyümüşdür və heç bir kəsi yoxdur. Çətin vəziyyətdə olduğunu nəzərə alaraq, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ona yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi əsasənda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlar üçün "xxxx" Sosial Müəssisəsinin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metrdən ibarət 1 otaqlı təmirli, tam əşyalı yaşayış sahəsi əvəzsiz olaraq yaşamaq üçün ona verilmişdir. Nikah pozulduqdan sonra, Cavabdeh ona və uşaqlarına həmin mənzildə yaşamağa imkan vermir. Onları narahat edir, evdən çıxmır, qeyri-etik hərəkətlər edir, içki içir, ona bıçaq çıxarır, özünü kəmərlə boğur, başqa qadınlarla uşaqların yanında nəlayiq söhbətlər edir. Artıq uşaqları tərbiyəsi pozulub, onlar normal oynamaq əvəzinə əllərinə bıçaq götürürlər. Cavabdeh dil və eşitmə qüsurlu olduğuna görə ona dövlət tərəfindən hər ay müavinət ödənilir. Əlavə olaraq o, lotereya satışı ilə də məşğuldur. Lakin o, bu günədək heç bir aliment ödənişi etməmişdir. Bu səbəbdən Cavabdeh ona məxsus evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03/01 saylı, xx.xx.2019-cu il tarixli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlar üçün "xxxx" Sosial Müəssisəsi tərəfindən İddiaçı istifadəsinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metrdən ibarət 1 otaqlı təmirli, tam əşyalı 1 saylı mənzili verilmişdir. Kirayəçinin ailə üzvləri qismində Əlinur və Elnur adlı 2 uşağı göstərilmişdir. Müqavilənin 2.5-ci bəndinə görə kirayəçinin ailə üzvləri bu müqavilə üzrə onunla bərabər hüquq və vəzifələrə malikdirlər. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-433/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X2 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Lənkəran rayonu Tuodo kənd ərazi İcra nümayəndəliyində bağlanmış 05 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 anası X1 yanında saxlanılmış, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.7-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adında iki uşaqları olmuşdur. İddiaçının sosial müdafiəsi üçün onunla "xxxx" Sosial Müəssisəsi arasında 03/01 saylı, xx.xx.2019-cu il tarixli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanmış və onun istifadəsinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metrdən ibarət 1 otaqlı təmirli, tam əşyalı 1 saylı mənzili verilmişdir. Kirayəçinin ailə üzvləri qismində Əlinur və Elnur adlı 2 uşağı göstərilmişdir. Müqavilənin 2.5-ci bəndinə görə kirayəçinin ailə üzvləri bu müqavilə üzrə onunla bərabər hüquq və vəzifələrə malikdirlər. Tərəflər burada yaşamışlar və onlar arasındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-433/2022 saylı qətnaməsinə əsasən pozulmuş, hər iki uşaq iddiaçının himayəsində qalmışdır. Hazırda da tərəflər mübahisəli mənzildə yaşayırlar. İddiaçı iddia edir ki, cavabdehin bu mənzildə yaşaması onun uşaqları ilə orada yaşamasına maneçilik törədir, bu səbəbdən də cavabdeh bu yaşayış sahəsindən çıxarılmalıdır. Qeyd edildiyi kimi, tərəflər artıq nikahda deyillər, yəni cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. 03/01 saylı, xx.xx.2019-cu il tarixli yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinin 2.5-ci bəndində göstərilmişdir ki, yalnız kirayəçinin ailə üzvləri bu müqavilə üzrə onunla bərabər hüquq və vəzifələrə malikdirlər. Cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçının istifadəsinə verilmiş mübahisəli mənzildən çıxarılmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə görə xüsusi təyinatlı mənzil qanuni sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan, hazırki mərhələdə cavabdehin həmin mənzildə yaşaması iddiaçının mənzil hüququnu pozur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, Massiv 2, 3 saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçının istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Duz zavodu yolu, Massiv 2, 3 saylı evin 1 saylı mənzilindən çıxarılsın. İddia ərizəsinin verilməsinə və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş ümumilikdə 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar