Məhkəmə qərarları › İş №2(012)-2666/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2666/2022

06.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2666/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixinin xx.xx.1955-ci il, doğulduğu yerin Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X2”, milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X3, anası X1r. Anası 1996-cı ildə, atası 1997-ci ildə vəfat etmişdir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışlar. Hazırda ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsində yerləşən 28 saylı evdə qeydiyyatdadır və uzun müddətdir ki, həmin evdə yaşayır. Hazırda müəyyən sənədləşmə işləri ilə bağlı zərurət yarandığı üçün ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Maraqlı şəxs 22.12.2N21-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmiş, doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixinin xx.xx.1955-ci il, doğulduğu yerin Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X8”, milliyyətinin “azərbaycanlı”, ana adı qrafasında “X2”, milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən İbadova (Sevdimalıyeva) Zərnigar Firid qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O təsdiq etdi ki, atası Firid Sevdimalıyev 1925-ci ilin iyun ayında anadan olmuş və 1997-ci ildə vəfat etmişdir. X9 1923-cü ilin aprel ayında doğulmuş, 1996-cı ildə vəfat etmişdir. Qardaşı Ərizəçi xx.xx.1955-ci ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun Ermənistanın Qafan rayonunda qonşuları olmuşdur. Onları uşaqlıqdan tanıyır. Onun anasının adı Firuzə, atasının adı isə Firid idi. Hər ikisinin dəfn mərasimində şəxsən iştirak edib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızı ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Erməni təxribatı nəticəsində Qafan rayonunda yaşadıqları ev əşya və sənədlərlə birlikdə yanaraq məhv olmuşdur. Həmin evdə qardaşı Ərizəçi doğum haqqında şəhadətnaməsi də olmuşdur. O təsdiq edir ki, Ərizəçi xx xxxxx 1955-ci il tarixində Qafan rayonunda doğulmuşdur. İş materiallarında olan: - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi tərəfindən verilən N5/Q-1727/15 №-li, 22 dekabr 2N21-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE N******* saylı, N2.N9.2NN5-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. - N3N465 saylı, 23 iyul 1982-ci il tarixli diplomun surətindən görünür ki, Ərizəçi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilmiş və 1982-ci ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. - Nikah haqqında 37NN38 saylı, N2 aprel 1984-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi həmin tarixdə X6 ilə nikaha girmişdir. - 3N.N3.2N22-ci il tarixli, 128 saylı arayışdan görünür ki, X8 ikinci Dünya Müharibəsi illərində 1942-ci ilin fevral ayından 23 iyul 1943-cü ilədək N saylı hərbi hissədə xidmət etmişdir. - N3855413 saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi N2.12.1977-ci ildən 13.N6.2N2N-ci ilədək müxtəlif yerlərdə əmək fəaliyyəti göstərmişdir. - ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi hazırda Abşeron RHK-da qeydiyyatdadır. - Abşeron RİHB Saray İƏD üzrə Nümayəndəliyinin N6.N4.2N22-ci il tarixli arayışından görünür ki, Ərizəçi Saray qəsəbəsi, Babək küçəsindəki 28 saylı evdə yaşayır. X3, anası X1r. Atası 1997-ci ildə, anası 1996-cı ildə vəfat etmişdir və hər ikisi Saray qəsəbə qəbiristanlığında dəfn edilmişlər. - Abşeron Rayon Məhkəməsinin 31.N3.2N22-ci il tarixli, 2(N12)-1N34/2N22 saylı qətnaməsindən görünür ki, Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının doğum tarixinin 1N.N5.1962-ci il, doğulduğu yerin Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “X4”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X2” kimi qeyd olunması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3N7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3N8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. X3, anası X1r. 1988-ci ildə məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin qismən əsaslı olması öz təsdiqini tapmışdır. Lakin ərizənin Ərizəçi valideynlərinin milliyyətinin müəyyən edilməsi hissəsi əsassızdır, belə ki, ərizəçi bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1955-ci il, doğulduğu yer Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X2” kimi qeyd olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-22N və 36N-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1955-ci il, doğulduğu yer Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X2” kimi qeyd olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar