Məhkəmə qərarları › İş №2(012)-2692/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2692/2025

02.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2692/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və bildirişin qeydə alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və bildirişin qeydə alınması tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla guya cavabdeh "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinin qüvvədən düşmüş (salınmış) hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşmüş (salınmış) hesab edilməsi ilə bağlı müvafiq məlumatın (bildirişin) “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək hazırki iş üzrə zərurət yarandığından, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasına və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh MMC-ə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və bildirişin qeydə alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar