Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-27/2025 21.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı tikililərdən və torpaq sahəsindən çıxarılma, əmlaklardan istifadə hüququna xitam verilməsi, tikililərin sökülərək torpaq sahəsindən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsi və tikililərin iddiaçının istifadəsinə qaytarılaraq təhvil verilməsi, maneələrin aradan qaldırılması, daş hasarın çəkilməsinə icazə verilməsi, qaz, işıq və su sayğaclarından İİİ şəxslər tərəfindən istifadənin qadağan edilməsi və qaz, işıq və su sayğaclarının abunə kodlarının iddiaçının adına keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən və tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, şəxsi mülkiyyətində olan ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının istifadəsində olan torpaq sahəsindən və qanunsuz tikilidən cavabdehlər Cavabdeh2, Cavabdeh1, qeydiyyatda olmayan Cavabdeh4 və qeydiyyatda olmayan Cavabdeh3 evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və ailə üzvlərinin ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan evdən və həmin torpaq sahəsinin (torpaq sahəsi istifadə hüququ ilə ona məxsusdur) daxilində olan digər bütün tikililərdən və ümumi hasar daxilində yerləşən torpaq sahəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və ailə üzvlərinin tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən evdən və həyət daxilində olan digər bütün tikililərdən və faktiki olaraq ümumi hasar daxilində yerləşən torpaq sahəsindən istifadə hüququna xitam verilməsi, ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan bütün tikililərin cavabdehlərin hesabına sökülərək inşaat materiallarının qalıqları və tikilililərin içərisində olan daşınar əmlak torpaq sahəsindən çıxarılmaları, ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi və torpaq sahəsinin üzərində olan tikililərin onun istifadəsinə qaytarılmaqla ona təhvil verilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və ailə üzvləri ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan evdən və həmin torpaq sahəsinin (torpaq sahəsi istifadə hüququ ilə ona məxsusdur) daxilində olan digər bütün tikililərdən və ümumi hasar daxilində yerləşən torpaq sahəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və ailə üzvlərinin tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən evdən və həyət daxilində olan digər bütün tikililərdən və faktiki olaraq ümumi hasar daxilində yerləşən torpaq sahəsindən istifadə hüququna xitam verilməsi, ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan bütün tikililər cavabdehlərin hesabına sökülərək inşaat materiallarının qalıqları və tikilililərin içərisində olan daşınar əmlak torpaq sahəsindən çıxarılmaları, ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən istifadəsində olan torpaq sahəsi və torpaq sahəsinin üzərində olan tikililərin onun istifadəsinə qaytarılmaqla ona təhvil verilməsini, iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən və tikilinin ümumi sahəsi 107.4 kv.m olan evə birləşdirilmiş, standartlara uyğun olmayan şəkildə tikilmiş qanunsuz tikilinin sökülməsi, onun öz evinə sərbəst şəkildə giriş-çıxışının təmin olunması üçün İsi Məlikzadə küçəsi, ev 19A küçəsində mövcud olan dəmir darvazadan həyətə və evə daxil olmağına maneçiliklərin aradan qaldırılması, ona məxsus olan tikiliyə kənar müdaxilələrin qarşısının alınması üçün 2.0 metr hündürlüyündə daş hasarın çəkilməsinə icazə verilməsi, onun evinin giriş qapısının hasarında quraşdırılmış qaz, su və işıq sayğacından İİİ şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsi, qaz, su və işıq sayğacı abunə kodlarının onun adına keçirilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra vərəqəsinə əsasən almışdır. Həmin evə dair onun adına daşınmaz əmlakdan xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Hazırda həmin ev iddiaçının şəxsi mülkiyyətindədir və xx.xx.2022-ci il tarixli icra aktı ilə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Qeyd edilir ki, iddiaçının digər evi olduğu üçün bir müddət həmin evdə, bəzi vaxtlarda isə digər evdə qalmışdır. Lakin iddiaçı digər evində qaldığı müddətdə yeni aldığı evə gələrkən cavabdehlər tərəfindən qapısı qırılaraq evə zorla girib yaşadıqlarının şahidi olmuşdur. Hazırda cavabdehlər iddiaçının şəxsi mülkiyyətində olan ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən istifadəsinə verilmiş həyətyanı sahə və fərdi yaşayış evinə iddiaçının iradəsi olmadan giriş qapısı sındırılaraq zorla sahiblənmiş və həmin iddiaçıya məxsus həyətyanı sahədən qanunsuz tikiliyə yerləşib çıxmaq istəmirlər. Bununla da dövlət reyestr xidmətindən verilmiş çıxarışa əsasən iddiaçının tam mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst istifadə hüquqları pozulmaqdadır. İddiaçı dəfələrlə cavabdehlərə evdən çıxmalarını bildirsə də, cavabdehlər buna məhəl qoymamışlar. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 etirazlarında bildirmişdirlər ki, o, iddia tələbini qəbul etmir. İddia tələbi əsassızdır və iddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçının iddia etdiyi tikilililər 30 ildən çoxdur ki, inşa edilmişdir. Həmin tikililərin üzərində inşa edildiyi torpaq sahəsinin iddiaçıya heç aidiyyatı yoxdur. İddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı, ümumiyyətlə, həmin evdən istifadə etmək niyyətində deyil, heç vaxt belə bir cəhd də göstərməmişdir ki, kimsə iddiaçıya maneçilik törətsin. İddianın üçüncü bəndi də məhkəmə predmeti deyil. Belə ki, daş hasarın çəkilməsi proseduru qanunda nəzərdə tutulmuş və bunun üçün müvafiq icra Hakimiyyəti orqanından razılıq almaq lazımdır. Hər bir mülkiyyətçi müvafiq qurumlara müraciət edib məsələni həll edə bilər. Müvafiq qurumlardan rədd cavabı alınarsa, ərazi üzrə məhkəməyə müraciət edə bilər. Ona görə də hesab edir ki, iddiaçının iddiası təmin edilməməlidir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı evi borc müqabilində ələ keçirib, dəfələrlə borcun qaytarılması ilə bağlı təkliflər etsələr də, iddiaçı onların düşdüyü vəziyyətdən sui-istifadə edərək əsassız varlanmaqla məşğuldur. Mübahisə edilən fərdi yaşayış evi ünvan 3 ünvanda yerləşməklə 107.4 kv.metr-dən ibarətdir. İddiaçının da çıxarışı 107.4 kv.metrə və tikinti altı 0.01293 ha-dan ibarətdir. Nəzərə çatdırır ki, fərdi yaşayış evi 30 ildən çoxdur ki, onun və digər cavabdehlərin istifadələrində və mülkiyyətlərində olmuşdur. Onlar 107.4 kv.metr hissədə fərdi yaşayış evini boşaltmışlar və o hissə ilə bağlı heç bir mübahisə etmirlər. Lakin onlar həmin fərdi yaşayış evinə bitişik ayrıca fərdi yaşayış evi tikmişlər və həyətyanı torpaq sahəsindən 30 ildir ki, istifadə edirlər. İstinad etdiyi tikililərin və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Hətta onlar iddiaçıya təklif etmişlər ki, o 107.4 kv.metr olan evə ayrıca qapı açıb sərbəst istifadə edə bilər. İddiaçının mülkiyyətində olan evdən başqa nə isə iddia etməyə subyektiv hüququ yoxdur. Odur ki, o, İddiaçı iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə etiraz ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 2(012)-4059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli, 3M-1249 saylı kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh2 50000 manat məbləğində borc pul verir və sonuncu həmin məbləği xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürür. -Abşeron rayon Məhkəməsinin 2(012)-4059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən eyni zamanda görünür ki, xx.xx.2016-cı il tarixli 3M-1250 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 107.4 kv/m, yaşayış sahəsi 56 kv/m, yardımçı sahəsi 51.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 3M-1249 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü edir. Həmin ipoteka müqaviləsi ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. -Abşeron rayon Məhkəməsinin 2(012)-4059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışına əsasən, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. -Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli, 8İ-2053 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən müəyyən edilir ki, İddiaçı tələbi ilə ipoteka qoyan Cavabdeh2 50000 manat tutulması və tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 4 ünvanda yerləşən əmlaka yönəldilməsi və 30 gün müddətinə boşaldılması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə və **********89-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1995-ci il təvəllüdlü Ağayev X1 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 19A, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evidə qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini qanunauyğun qaydada əldə etmiş və mülkiyyət hüquqları dövlət reyestrində rəsmi qeydiyyata alınmasına baxmayaraq, qeyd olunan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki Məcəllənin: 27.2. maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 34.1. maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək qeyd edir ki, işin araşdırılan hallarından məlum olduğu kimi, cavabdehlər iddiaçının mülkiyyətində olan evdə deyil həmin evə bitişik tikilmiş yardımçı tikilidə yaşayırlar. Eyni zamanda müəyyən olunmuşdur ki, həqiqətən də, iddiaçı özünə məxsus mülkiyyətində olan evə girişə cavabdehlər tərəfindən maneələr yaradılmış, iddiaçı evində yaşamaq hüququndan istifadə edə bilməmişdir. Bunlar cavabdehin izahatında öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 hazırda ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə etməmələrini, yalnız kənarda tikdikləri evdə yaşamaqlarını bildirmələrinə baxmayaraq formal olaraq sözügedən evdə istifadə hüquqlarının qalmaları məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi və İddiaçı ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həyətinə giriş darvazasından daxil olmasına olan manelərin aradan qaldırılması qənaətinə gəlir. Həmçinin, iddiaçı tələbində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və ailə üzvləri ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan evdən və həmin torpaq sahəsinin daxilində olan digər bütün tikililərdən və ümumi hasar daxilində yerləşən torpaq sahəsindən çıxarılmalarını xahiş etmişdir. Lakin iş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan göründüyü kimi Cavabdeh3 sözügedən ünvanda qeydiyyatda olmadığından, orada istifadə hüququ olduğuna dair iddiaçı sübut təqdim etmədiyindən və cavabdehlərin ailə üzvləri qeyri-müəyyən anlayış olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan bütün tikililər cavabdehlərin hesabına sökülərək inşaat materiallarının qalıqları və tikililərin içərisində olan daşınar əmlak torpaq sahəsindən çıxarılmaları, ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən istifadəsində olan torpaq sahəsi və torpaq sahəsinin üzərində olan tikililərin onun istifadəsinə qaytarılmaqla ona təhvil verilməsini, ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən və tikilinin ümumi sahəsi 107.4 kv.m olan evə birləşdirilmiş, standartlara uyğun olmayan şəkildə tikilmiş qanunsuz tikilinin sökülməsi, ona məxsus olan tikiliyə kənar müdaxilələrin qarşısının alınması üçün 2.0 metr hündürlüyündə daş hasarın çəkilməsinə icazə verilməsini xahiş etmişdir. Hazırkı tələblərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0.01293 ha olan torpaq sahəsi dövlətin mülkiyyətindədir. Göründüyü kimi həmin torpaq sahəsində tikilmiş yardımçı və digər tikillər də dövlətin mülkiyyətində olan torpağın üzərində tikilmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Ona görə də məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan torpaq üzərində inşa edilmiş tikililər barədə iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddia tələbi bu hissədə rədd edilməlidir. Həmçinin iddiaçı tələbində onun evinin giriş qapısının hasarında quraşdırılmış aid olan qaz, su və işıq sayğacından üçüncü şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsi, qaz, su və işıq sayğacı, abunə kodlarının onun adına keçirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin və ya üçüncü şəxslərin qaz, su və işıq sayğacından qeyri-qanuni istifadə edilməsi və sayğacın işlədilməsinin hansı əsaslarla qadağan edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddia tələbi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddia tələbinin qaz, su və işıq sayğacı, abunə kodlarının iddiaçının adına keçirilməsi hissəsində iddiaçı bu tələblə bağlı cavabdehlərə deyil, əvvəlcə müvafiq orqanlara (qurumlara) müraciət etməli olduğu halda etməmişdir. Tələbin cavabdehlərə yönəlməsinin qanuni əsasları yoxdur. Cavabdehlər müvafiq qurumların səlahiyyətlərini yerinə yetirən şəxslər deyillər. Ona görə də, iddia tələbi bu hissədə də rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı məxsus ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. İddiaçı ünvan 3, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həyətinə giriş darvazasından daxil olmasına olan maneələr aradan qaldırılsın. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 3, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-27/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-27/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver