Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-270/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) ödənilməmiş sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilməmiş sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh" tərəfindən xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qanun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək, daha sonra xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək, daha sonra xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək Cavabdehndə işləmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqından xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi təmin edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, əmək pensiyamın düzgün hesablanmasını xahiş etsə də, ona bildirilmişdir ki, X1 Cəmiyyətində xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh X1 Cəmiyyəti" MMC-nə müraciət edərək, ödənilməmiş məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini tələb etməyinə baxmayaraq, məcburi sosial sığorta haqqının ödənilməsi təmin edilməmişdir. Onun “X1 Cəmiyyəti" MMC-də 2006-2007-ci illər üzrə aldığı əmək haqqını təsdiq edən ABB bank hesabından çıxarışın az hissəsini almışdır. MMC-nin özünün təqdim etdiyi arayışda isə aldığı əmək haqqının hamısı qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh" tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qanun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi. O, bildirdi ki, “Kentech Kaspian LTD” tərəfindən İddiaçı aid məlumatları DSMF-yə təqdim etmişdir. Bu məlumatlar əsasında iddiaçının müavinətləri hesablanması DSMF tərəfindən təmin ediləcək. İddiaçı və cavabdeh "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı verilmiş sosial arayışdan görünür ki, o, 2006-cı il üzrə Böyük Britaniyanın “Amec Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında (ləğv prosesindədir) 5835,82 manat gəlir, 1458,97 manat hesablanmış hissə, 1283,38 manat ödənilmiş hissə qeydə alınmışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinin İddiaçı elektron ünvanına ünvanlanmış məktubdan görünür ki, Aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci ildən etibarən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən “Bölüşdürülməmiş” və “FİN-ləşməmiş” hesablar bölümündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.az portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə "Şəxsi Kabinet" bölməsinin “Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən bildiriimişdir ki, İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (SUN: **********3) tərəfindən 2006, 2007-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) uyğun illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən və sığortaedən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim edilmiş 2007 və 2009-cu illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda 2007-ci ilin noyabr, dekabr və 2009-cu ilin maydekabr aylarında onun adı sığortaolunan kimi qeyd edilmədiyindən həmin dövrlər üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları fərdi şəxsi hesabda əks olunmamışdır. Həmin dövrlərdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan qeyd olunan dövrlərdə öz əksini tapmayan məlumatlarla ilə bağlı sığortaedənlər İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və “İntertek Global Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X2 Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və X2 Mərkəzi Filialına ünvanlanmış 15 aprel 2022-cı ıl tarixi; (daxilolma tarixi' 15 aprel 2022-ci il: daxilolma nömrəsi. **********4) müraciətinə baxılmışdır. Müraciətilə əlaqədar bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta' (Hesabat) altsistemininin "Statistika" bölümündə olan fərdi şəxs hesabınızda 2006-cı il üzrə sığortaedən İrlandiya Respublikasının "Kentech (Caspıan: Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (SUN.**********3; ilə bağlı məlumatlar öz əksini tapmamışdır. Sığortaedən İrlandiya Respublikasının "Kentech (Caspıan Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2007-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı uzrə hesabatda sığortaolunan kımı məlumatlarınız qeyd olanmadığından fərdi şəxsi heşabınızda sözügedən il uzrə məlumatlar qeyd olunmamışdır.. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunıa müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd edilmoş dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında oz əksini tapmamasının araşdırılması üçün sözügedən sığortaedənə müraciət etməsi tövsiyyə olunmuşdur. - ******* saylı, xx.xx.1997-ci il tarixli əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən- xx.xx.1998-ci il tarixdək və xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixdək “Kentek (Kaspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, Cavabdeh (VÖEN **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi varisliyi müəyyən edilməmişdir. İrlandiya Respublikasının "Kentech (Caspian) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X2 Mərkəzi Filialı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, “Kentek Kaspian LTD” tərəfindən 2006-2007-ci illlər üzrə İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri barədə əmək haqqı cədvəli təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən- xx.xx.1998-ci il tarixdək və xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixdək “Kentek (Kaspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində müxtəlif vəzifələrdə işləmişdir. Lakin şirkət tərəfindən 2006-2007-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri barədə əmək haqqı cədvəli DSMF-yə təqdim edilmədiyindən, o, tam pensiyasını ala bilməmişdir. DSMF isə ona imtina vermişdir. Ona görə də İddiaçı Cavabdeh" tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qanun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə gedişatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X2 Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məlumatlardan müəyyən edilmişdir ki, “Kentek Kaspian LTD” tərəfindən 2006-2007-ci illlər üzrə İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri barədə əmək haqqı cədvəli təqdim edilmişdir. Həmçinin İddiaçı "xxxx" MMC-ni cavabdeh qismində cəlb etsə də, məhkəmə araşdırması zamanı onun “Kentek (Kaspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi təsdiq edilmiş, həmin şirkətlərin isə hər hansı bağlılığının olmadığı sübuta yetirilmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Əmək Məcəlləsinin 9-cu maddəsinin j) bəndində göstərilir ki, işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 54-cü maddəsinin 1- ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 22-1-ci maddəsinə əsasən: 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Qanunun tələbindən görünür ki, “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minən vaxta kimi 25 il stajı və həmin qanun qüvvəyə mindikdən sonra hər hansı bir məhdudlaşmayan məbləğdə fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda həmin şəxsə pensiya təyin edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin İİ.hissəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin - proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh MMC arasında hər hansı əmək müqaviləsi imzalanmadığından, cavabdeh tərəfindən hər hansı hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda, tərəflər arasında əmək müqaviləsi olmadığından hər hansı öhdəliyin qoyulmasından söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdeh tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının ödənilməmiş sosial sığorta haqqlarının ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə tələbi təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) ödənilməmiş sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-270/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-270/2025
14.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver