Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2741/2020 29.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Həsənov X6 Rayon Məhkəməsinə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, onun doğum qeydiyyatı aktının bərpa edilməsi, ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, xx xxxx 1975-ci ildə Ermənistan SSR-nin Vardenis rayonunda doğulmuşdur. 1988-1989-cu illərdəki məlum hadisələrdə qaçqın kimi Azərbaycana gəlmişdir. Əvvəlcə Kəlbəcərə, oradan isə Gəncəyə gəlmişdir. Həmin vaxt dövlət tərəfindən qeydiyyata alınaraq pasportla təmin edilsə də, doğum haqqında şəhadətnamənin hansı şəraitdə itməsini bilmir. Belə ki, atası X4 xx xxxxxxx 2014-cü il tarixdə və anası X2 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Valideynlərindən miras qalan əmlakların qəbul edilməsi barədə Notariat Kontoruna müraciət etməyi üçün doğum haqqında şəhadətnamənin təqdim olunması tələb olunur. Ona görə də hazırda şəhadətnaməni bərpa etmək zərurəti yaranmışdır. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş Həsənov Zöhrab Şahvələd oğlu ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisi oğludur. Özü də xx.xx.1973cü ildə Vardenis rayonunda anadan olmuş, ərizəçi ilə bir kənddə böyümüşdür. Ərizəçi ondan iki yaş balacadır. Demək olar ki, yeniyetmə illərində bir yerdə böyümüşlər. Ona görə də Asifin 1973-cü il mart tarixində doğulmasını yaxşı bilir. Ərizəçinin hansı gündə doğulmasını xatırlaya bilmir. Ərizəçinin atası X4, anası X1r. O özü pasportunu doğum haqqında şəhadətnamə əsasında almışdır. Ərizəçiyə də Ermənistanda olarkən doğum haqqında şəhadətnamə verilmişdir, lakin naməlum şəraitdə həmin şəhadətnaməni itirmişdir. Ərizəçi pasportunu doğum haqqında şəhadətnamə əsasında almışdır. Ərizəçinin atası, anası və 1 qardaşı vəfat etmişdir. O bu yaxınlarda bilmişdir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. X5 ərizəçinin doğma qardaşıdır. Ərizəçinin vəsatəti ilə dindirilmiş digər şahid X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Ərizəçi dayısı oğludur. Özü xx xxxx 1968-ci ildə Vardenis rayonu Günəşli kəndində anadan olmuşdur. 1980-ci ildə ailəliklə Abşeron rayonuna köçmüşlər. Bibisi oğlu Asif ailəsi ilə birlikdə qaçqın kimi Gəncə şəhərinə gəlmiş, bir il sonra Abşeron rayonuna köçmüşlər. Sonradan doğum haqqında şəhadətnamə əsasında pasport almışdırlar. Ərizəçinin atası X4, anası X1r. Ərizəçinin 45 yaşı olduğunu, yəni 1975-ci il tarixində doğulduğunu bilir ancaq ayı günü yadından çıxıb deyə bilməyəcək. Ərizəçinin atası, anası və 1 qardaşı vəfat etmişdir. X5 ərizəçinin doğma qardaşıdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3. maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1975-ci il tarixdə Ermənistan Vardenis rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. -Maraqlı şəxs tərəfindən xx.xx.2014-cü il. tarixdə verilmiş AZ-İ № 703851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X4 xx xxxxxx 2014-cü ildə Abşeron rayonu, Novxanı kəndində vəfat etmişdir. -Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il. tarixdə verilmiş AZ-İİ № 077013 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X2 xx xxxx 2020ci ildə Abşeron rayonu, Novxanı kəndində vəfat etmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin qardaşı X5 xx.xx.1976-cı il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur, atası X4, anası Verdiyeva (Həsənova) Sona Hüseyn qızıdır. -Məhkəmənin elektron portalından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, məhkəmə iclasında şahid kimi dindirilmiş Həsənov Zöhrab Şahvələd oğlu xx.xx.1973-cü ildə Vardenis rayonunda, X3 xx.xx.1968-ci ildə Basarkeçər rayonunda anadan olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı, həmçinin, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilmişdir ki, Ərizəçi həqiqətən xx xxxx 1975-ci il tarixdə Ermənistan Vardenis rayonunda anadan olmuşdur, atası X4, anası X1r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, məhkəməyə iclasında tədqiq edilmiş ərizəçinin şəxsiyyət vəsiqəsi, atası və anasının ölüm haqqında şəhadətnaməsi, qardaşının doğum haqqında şəhadətnaməsi ilə müəyyən olundu ki, həqiqətən də Ərizəçi xx xxxx 1975-ci ildə Ermənistan Vardenis rayonunda doğulmuş, onun doğum akt qeydi aparılmışdır. İşdə olan ASAN-Sumqayıt tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən də, bu barədə məlumatların yazılması Ərizəçi Ermənistan Respublikasında doğum aktının qeyd edildiyini bir daha təsdiq edir. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən, ərizəçinin izahatından və şahidlərin ifadələrindən də görünür ki, Ərizəçi milliyyətçə azərbaycanlı, onun valideynləri isə X4 və X1r. Həmçinin, müəyyən edildi ki, əizəçi Ərizəçi doğum şəhadətnaməsi naməlum şəraitdə itmişdir və o hazırda doğum şəhadətnaməsini məhkəmədən kənar başqa yolla əldə edə bilmir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx xxxx 1975-ci il, doğulduğu yer Ermənistan Vardenis rayonu, soyadı, adı, atasının adı qrafasında «Ərizəçi», ata adı qrafasında «X4», ana adı qrafasında isə «X2», milliyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx xxxx 1975-ci il, doğulduğu yer Ermənistan Vardenis rayonu, soyadı, adı, atasının adı qrafasında «Ərizəçi», ata adı qrafasında «X4», ana adı qrafasında «X2», milliyəti «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2741/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2741/2020
29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver