Məhkəmə qərarları › İş №2(012)-2749/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2749/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2749/2020 02.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədəiddiası üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzildən 4-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 4-ü İddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasında almışdır. Həmin mənzilə dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış İddiaçı adına qeydı alınmışdır. Mənzil iddiaçı tərəfindən alındıqdan sonra bacı-qardaş olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ən qısa zamanda həmin mənzildən qeydiyyatdan çıxacaqları barədə söz vermiş, lakin 7 aydır ki, onlar hələ də qeydiyyatdan çıxmamışdırlar. Bu səbəbdən də iddiaçı öz mənzilindən sərbəst surətdə istifadə edə bilmir və müəyyən problemlərlə üzləşir. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı tam olaraq qəbul etdiyini bildirərək qeyd etmişdir ki, həmin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı etirazı yoxdur. Məhkəmə prosesində iştirak edən zaman İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlərdən ona məxsus mənzildən qeydiyyatdan çıxmaqları ilə bağlı dəfələrlə xahiş etsə də, xahişi yerinə yetirilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz etmədiyini bildirərək izahatında qeyd etdi ki, o, hazırda həmin mənzildən qeydiyyatdan çıxıb və başqa ünvanda qeydiyyatdadır. İşin materiallarından olan ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən ev 2, 4 nömrəli mənzili İddiaçı mülkiyyətinə vermişdir. Müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş və reyestrdə 4Ə2915 nömrəsi ilə qeyd edilmişdir. İşin materiallarından olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 4 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İşdə olan DİN tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 4-də qeydiyyatdadırlar. Cavabdeh1 şəxsiyyət vəsiqəsinin portaldan xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən edilir ki, o, həmin mənzildə qeydiyyatdan çıxmışdır. Hazırda Bakı şəh., Nəsimi ray., Ağadadaş Qurbanov küç., ev 40, mənzil 112-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-cimaddəsinəəsasənmülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyindən və Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından Cavabdeh2 mənzilə olan istifadə hüququ itirilməlidir. İddia tələbi digər Cavabdeh1 aid olan hissədə təmin edilməməlidir, çünki o, həmin mənzildən qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 4-ə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 2, mənzil 4dən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar