Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2749/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Ararat (Vedi) rayonunda anadan olmuş, milliyəti kürd Ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxs üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Ermənistan SSR Ararat (Vedi) rayonu, Xalisa kəndində anadan olmuşdur. Bu haqda ona Vedi rayon Avşar kənd sovetliyi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Onun hərbi biletində də, xx.xx.1968-ci ildə doğulmağı barədə qeyd vardır. Ərizəçi naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirdiyi üçün doğum haqqında akt qeydinin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə 3-16-5/8-15-7-42/2025 saylı məktubla ona cavab olaraq "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.” Bildirilmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Ararat (Vedi) rayonu, Xalisa kəndində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə soyadı, adı, ata adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3” ana adı qrafasında “X2”, milliyəti “kürd” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Abşeron Rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Abşeron Rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən №3-16-5/8-15-7-42/2025 saylı, xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etmiş, həmin tələblə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ararat rayonunda doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - № ******* saylı, xx.xx.1987-ci il tarixli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ararat rayonunda doğulmuşdur. - Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən № 03307 saylı vəsiqədən görünür ki, Ərizəçi 1988-ci il tarixindən qaçqındır və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında” xx.xx.1992-ci il tarixdə imzaladığı 311 saylı qanunu və Milli Məclisin eyni tarixli qərarına əsasən qaçqınlıq statusu almışdır. - Naxçıvan MR Şərur rayonu Dərəkənd İnzibati ərazi vahidi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ №116072 saylı ölüm haqqında şəhadətnamədən görünür ki., X3 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmişdir. - Naxçıvan MR Şərur rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ №165194 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2002ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 41 nömrəsi ilə qeyd edilmişdir. - HЗ ******* saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Ararat (Vedi) rayonu, Xalisa kəndində doğulmuşdur, milliyyəti kürddür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Ararat rayonunda anadan olmuşdur. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənədi itirildiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X1, anası isə X2, milliyyəti isə kürddür. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd itdiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğum qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan SSR Ararat (Vedi) rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X2”, milliyyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Ararat (Vedi) rayonu, Xalisa kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X2”, milliyyəti kürd kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2749/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2749/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver