Məhkəmə qərarları › İş №2(012)-276/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-276/2024

30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-276/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0219 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tkilillərin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 05 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.03 ha torpaq sahəsini X9 almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin cavabdeh göstərilən torpaq sahəsini zəbt edərək orada tikinti işi aparmışdır. O cavabdehə dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. O bu barədə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişdir. X41 İdarəsinin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru X19 tərəfindən onun müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, təhqiqat araşdırması dövründə tərəflərin təqdim etdikləri sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisələri tərəfindən ölçmə işləri aparılan zaman torpaq sahəsinin İddiaçı məxsus olması öz təsdiqini tapmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən tikinti işləri davam etdirilmişdir. Ekspert rəyində də iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikililərin tikildiyi və zəbt etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı onun nümayəndəsi-vəkili Nümayəndə izahatını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A № 819925 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X17, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-1502, xx.xx.2022 olmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilmısinə dair xx.xx.2022-ci il tarixli, 01/56852 saylı arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ********** №-li ərizəsinə və müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirmə işi aparılmışdır. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0226 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 6000 manat təşkil etmişdir. -X6 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № 11510485 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə alıcıya 10800.22 manata satmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A № 984722 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu X14, alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-431, xx.xx.2023 olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sabunçu rayon Polis İdarəsinin Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur.Tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan məhkəmə orqanına müraciət olunması məqsədə müvafiqdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Asif Mədətova göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ƏMDK-nin DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixdə **********03 reyestr nömrəli ********** saylı dövlət reyestrindən çıxarışa əsasən X10 tərəfindən X21 arasında alqı-satqı etməsi barədə notariat işinin və ya arayışın istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. “Elektron notariat” İnformasiya sistemində X10 ilə X21 arasında 0.11 ha torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2014-cü il tarixdə 4Ə-4190 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi müəyyən edilmişdir. dair Abşeron rayonu 1 saylı notariat ofisində 2014-cü ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. -X3 ilə alıcılar X5 və X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 1.2464 ha olan torpaqdan yalnız 0.06 ha torpağı alıcı X2 2700 manata, 0.14 ha torpağı alıcı X7 5400 manata satmışdır. -Bölgü Eskizindən görünür ki, X16, X22 və X10 bölgü ilə razıdır, şikayəti, etirazı və əlavəsi yoxdur. -Bölgü Eskizindən görünür ki, aıcı X18 və satıcı X11 eskizlə tanış olmuşdur. -Bölgü Eskizindən görünür ki, alıcı Mİrzəyeva Radə Camal qızı və X11 eskizlə tanış olmuşdur. -xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin bölgüsü haqqında sazişin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinin Bölgü Eskizində göstərilə qaydada 0.39 ha hissəsi X12, 0.10 ha hissəsi isə X7 bölünsün. X1 əvəzinə X23 və X11 tərəfindən imzalanmışdır. -Bölgü Eskizindən görünür ki, X15 və X11 bölgü ilə razıdır, şikayəti, etirazı və əlavəsi yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-1287/2024 saylı mütəxəssis rəyindən görünür ki,1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmət Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən,İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatları üst-üstə düşür və sxemdə göstərilmişdir. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli, **********34 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatları üst-üstə düşmür. 3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən,İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və tikilisinin koordinatları üst-üstə düşür və sxemdə göstərilmişdir. 4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən,İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakı Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınma əmlakı Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********34 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları üst-üstə düşmür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1360 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-4273/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2-1287/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, **********34 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********34 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh sənəd üzrə mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qeyd: Torpaq sahəsinə yerli baxış zamanı İddiaçı (naturada) faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, lakin mübahisəli torpaq sahəsi və tikilisi (naturada) cavabdehin faktiki istifadəsindədir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli AN-İ № 11510485 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X4 rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsini tam mülkiyyət hüququ ilə alıcı İddiaçı 10800.22 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçıya həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilən ərazidə cavabdeh tərəfindən tikinti işlərinin aparılması məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0219 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tkilillərin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X28rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə sübuta yetirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2- 1287/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə mübahisəli torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.0219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspertizanın rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.0219 ha torpaq sahəsində hazırda cavabdeh tərəfindən qanunsuz olaraq tikililər tikilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililər cavabdeh tərəfindən sökülməli, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh iddiaçıya məxsus olan, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0219 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinə görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməli, bundan əlavə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********76 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0219 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililər cavabdeh tərəfindən sökülsün, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat və ödənilmiş mütəxəssis rəyinə görə 100 (yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar