Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2760/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə 04 iyun 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinı dair ərizə ünvanlayaraq, Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış onun adınadır. Belə ki, Cavabdeh onun keçmiş gəlini olmuşdur. X1 ilə Cavabdeh arasında 14.09.2012-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. X7 və cavabdeh yola getmədiyi üçün aralarında ailə münasibətləri pozulmuş və Abşeron Rayon Məhkəməsinin 2(012)-1591/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Cavabdeh X7 ilə nikahları ləğv edilmədən öncə çıxıb atası evinə getmişdir və bu günə kimi qayıtmamışdır. O, bir mülkiyyətçi kimi cavabdehin təqsiri səbəbindən evindən sərbəst surətdə istifadə edə bilmir və hazırda müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hətta onu da qeyd edir ki, onlarla uzun müddət qonşuluqda yaşayan qonşular da onun iddia ərizəsində qeyd etdiklərini təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.05 ha torpaq sahəsi üzərində yerləşən və ümumi sahəsi 127.6 kv.metr olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı ev ********** qeydiyyat nömrəsi ilə 13.03.2010-cu ildə İddiaçı mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən verilən 15.03.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evdə İddiaçı ilə birlikdə Cavabdeh da qeydiyyatdadır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-1591/2020 saylı, 16.06.2020- ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 14 sentyabr 2012-ci il tarixli, 622 saylı nikah qeydi ləğv edilməsi, tərəflərin birgə nikahından anadan olmuş 11.10.2013-cü il təvəllüdlü X8 atası X4, 31.08.2015-ci il təvəllüdlü X9 və 20.10.2016-cı il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində saxlanılması və 31.08.2015-ci il təvəllüdlü X9 və 20.10.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat, cəmi 340 manat sabit pul məbləğində alimentə görə pul X3 alınıb Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evdən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci tarixli Konstitusiya Məhkəməsinin qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında istifadə hüququ ilə bağlı mübahisə 2000-ci ildən sonra yarandığına görə 2000-ci ildən sonra qüvvəyə minən Mülki Məcəllənin 228-ci maddəsinin normaları hazırki işə tətbiq edilməlidir. Belə ki, iş materiallarından göründüyü kim sözügedən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı ev İddiaçı adına 13.03.2010-cu ildə qeydiyyata alınmışdır. Lakin iş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən verilən 15.03.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan göründüyü kimi Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evə 15.03.2021-ci ildə qeydiyyata düşmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ümumiyyətlə sözügedən evə istifadə hüququ yaranmamışdır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehin sözügedən evə istifadə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və evin mülkiyyətçisi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsindən göründüyü kimi işin faktiki halların tələbin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun deyildir və buna görə də məhkəmə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya hazırkı mübahisənin həlli üçün Daxili İşlər Nazirliyinin ərazi vahidi üzrə müvafiq qurumuna müraciət etmək hüququnun və həmin müraciətin nəticəsindən asılı olaraq Daxili İşlər Nazirliyinin müvafiq qurumundan ərazi vahidi üzrə İnzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Rza küçəsində yerləşən 44 saylı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçıya mübahisənin həlli ilə bağlı Daxili İşlər Nazirliyinin ərazi vahidi üzrə müvafiq qurumuna və müraciətin nəticəsindən asılı olaraq Daxili İşlər Nazirliyinin müvafiq qurumundan ərazi vahidi üzrə İnzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2760/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2760/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver