Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2762/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi və mansardın boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh «xxxx» MMC-nə qarşı «maddi və mənəvi zərərin ödənilməsi, cərimənin əsassız hesab olunması» tələbinə dair qarşılıqlı iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı “Mansardın alğı-satqısı haqqında” müqaviləsinin ləğv edilməsi və Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində (167) inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47.4 kv.metr olan 1 otaqdan ibarət 47 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə «xxxx» MMC arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı "alğı-satqı” müqaviləsinə əsasən «xxxx» MMC tərəfindən ona verilmə olan 47,4 kv.m sahə ilə satıcı tərəfindən ona verilən 37,5 kv.m-lik sahə arasındakı 9,9 kv.m-lik fərqin manat ekvivalentinin (9,9x675=6682,50 manat) «xxxx» MMC-yə yaranmış borcunun qalıq hissəsi olan 22058 manat məbləğindən çıxılması, «xxxx» MMC tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin «xxxx» MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun «xxxx» MMC-dən alınaraq ona ödənilməsi, «xxxx» MMC tərəfindən ondan dəbbə pulu kimi tələb olunan 8000 manat cərimənin əsassız hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclası 25 may 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı və cavabdeh iclasda iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi və mansardın boşaldılaraq təhvil verilməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh «xxxx» MMC-nə qarşı «maddi və mənəvi zərərin ödənilməsi, cərimənin əsassız hesab olunması» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2762/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2762/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver