Məhkəmə qərarları › İş №2(012)-2788/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2788/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2788/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, Maraqlı şəxsAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-1251 A saylı (KOD 30800118) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Quliyev Muradəli oğluna, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi3 məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi1 Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən birgə mülkiyyətdə olan 0.18 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 Saylı X15nə müraciət etmişdir. DƏDRX-in 4 saylı ərazi idarəsindən verilən cavabda hüquq müəyyənedici sənədlərdə fərqin olması səbəbindən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin fərq ondan ibarətdir ki, JN-1251 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüququ sahibi “Ərizəçi2 Məmməd oğlu” göstərilməsinə baxmayaraq AR şəxsiyyət vəsiqəsində “Ərizəçi2”, hüquq sahibi “Ərizəçi1 Məmməd qızı” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, hüquq sahibi “X9” göstərilməsinə baxmayaraq AR vətəndaşının ölüm haqqında şəhadətnaməsində “X3” kimi qeyd edildiyi aşkar edilmişdir. X3 rəhmətə getmişdir və onun oğlu Ərizəçi3 ərizə ilə müraciət edir. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.18 ha torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Abşeron rayon X7 xx xxxxxx 1999-cu il tarixli 28 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun və digər ərizəçilərin nöqsanlara yol verilməklə qeyd edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən o, iddianın təmin edilməsini xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında izahatında bildirdi ki, Quliyev Məmmədqulu onun atası olmuş və rəhmətə getmişdir. Bağçılıq kitabçasının alınması ilə bağlı həyat yoldaşı müraciət etmişdir. Şəhadətnamədə adı düzgün göstərilməmişdir. Bağçılıq kitabçası vaxtilə Quliyev Muradəlinin olmuşdur. O torpaq dədə-baba torpağıdır. Ərizəçi1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Atasının adı Ağamalıdır. Məmməd isə qaynatasının adıdır. Maraqlı şəxsAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, işi məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-1251 A saylı (KOD 30800118) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsi X10, Ərizəçi2 Məmməd oğlunun, Ərizəçi1 Məmməd qızının və X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, ********42 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur. İş materiallarında olan XVİİ-ЖГ № 498557 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1993-cu ildə anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 401151 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2006-cı il tarixində vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 009108 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ № 285857 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı, ərizənizə əlavə edilmiş ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1251A nömrəli şəhadətnamədə qeyd olunan hüquq sahiblərinin ata adlarında təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlərdəki ata adları ilə kəskin fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “Ərizəçi2 Məmməd oğlu” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Ərizəçi2”, şəhadətnamədə hüquq sahibi “Ərizəçi1 Məmməd qızı” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, şəhadətnamədə hüquq sahibi “X9” göstərilməsinə baxmayaraq ölüm haqqına şəhadətnamədə “X3” olduqları müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, JN-1251 A saylı (KOD 30800118) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yazılmış Ərizəçi1 Məmməd qızının AZE seriyalı, ********42 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1 ilə eyni şəxs olması, Ərizəçi2 Məmməd oğlunun AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2 ilə eyni şəxs olması və Ərizəçi3 Məmməd oğlunun XVİİ-ЖГ № 498557 saylı doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi3 ilə eyni şəxs olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi mülki, sosial və digər hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının reallaşmasına maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1251A saylı (KOD 30800118) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Quliyev Muradəli oğluna, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar