Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2801/2020 02.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1 və Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması və pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın çıxarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların (Büfet (şüşəli) 2 əd, Güzgü 1 əd, Televizor atlığı 1 əd, Jurnal masası 1 əd, Stol 1 əd, Stul 6 əd, Televizor “Nika” 1 əd, 16 şamlı Çılçıraq 1 əd, Tül pərdə 6 əd, Pərdənin üstü (qalın) 7 əd, Güzgü ön hissəsi qaşlı qab 3 əd, Güldan 1 əd, Qrəfinkə 8 əd və stəkanlar 30 əd, Kiçik stəkan (rumka) 46 əd, Çaynik-çaşka-nəlbəki dəsti 1 əd + 12 əd, Şəkər qabı (böyük, balaca) 13 əd, Qənd qabı 2 əd, Kefeyni stəkan+nəlbəki dəsti 12 əd, Zubnik 1 əd, Böyük boşqab 24 əd, Bulud boşqab 3 əd, Aş üçün boşqab 12 əd, Salat üçün boşqab 12 əd, Sümük boşqabı 12 əd, Kasa (kiçik) 23 əd, Duz qabı 10 əd, Salfetka qabı 4 əd, Böyük kasa (altlıqla birgə) 1 əd, Armudu stəkan (xrustal) 12 əd, Çay stəkanı (xrustal) 18 əd, Göy dolça + stəkan 1 əd + 5əd, Madonna çaşka nəlbəki dəsti 6 əd, Xrustal konfet qabı + Konfet qabı 6 əd + 9 əd, Stəkan (zərli) 6 əd, Xrustal lotka 1 əd, Xrustal meyvə qabı 2 əd, Divar saatı 3 əd, Orta boşqab 12 əd, Dərin boşqab 18 əd, Kiçik boşqab 12 əd, Masnisa (orta boy kasa) 12 əd, Stol süfrəsi 1 əd, Bulud 2 əd, Xrustal boçka 2 əd, Mürəbbə qabı 12 əd, Razetka (mürəbbə üçün qab) 12 əd, Ləbləbi qabı 1 əd, Şüşə stəkan 19 əd, Şüşə dört künc qab 7 əd, Mətbəx mebeli 13 hissəli, Soyuducu “Toshiba” 154x52 1 əd, Çörək qurudan “Geepas” 1 əd, Ləpəçəkən 1 əd, Salat doğrayan 1 əd, Ətçəkən maşın “Sanfet” 1 əd, Elektrik Çaynik “Tokio” 1 əd, Dondurma qabı şüşə 6 əd, Çaydan 4 əd, Banka (ayı şəkilli) 3 əd, Dondurma qabı (madonna) 6 əd, Şüşə qənd qabı 2 əd, Şüşə qab 16 əd, Güllü su stəkanı 6 əd, Çaynik 7 əd, Çaşka 9 əd, Su qabı 1 əd, Şüşə yağ qabı 2 əd, Kül qabı 3 əd, Nəlbəki (güllü) 6 əd, Ağ güllü qazan 5 əd, Qara güllü qazan 5 əd, Qara qazan 6 əd, Simovar 1 əd, Üzərlik qabı 2 əd, Patnus 4 əd, Sok maşını (Evrolux) 1 əd, İşıqlı su çayniki 1 əd, Mikser 1 əd, Sade xrustal qab 1 əd, Lotka xrustal qab 1 əd, Alminium qazan 7 əd, Plasmas tas 3 əd, Çuğun tas 1 əd, Aş süzən 2 əd, Yuxayayan və oxlov 1 əd, Ağ madonna boşqab 11 əd, Qara madonna boşqab 11 əd, Çörək qabı 3 əd, Tort qabı 3 dəst, Bıçaq 13 əd, Taxta bıçaq dəsti 2 əd, Şüşə su stəkan (Accent mug) 6 əd, Çılçıraq 3 şamlı 1 əd, Çay dəsti (Schafer) 1 əd, Maskura qaşıqla (qatıq qabı) 6 əd, Tefal tava qırmızı 2 əd, Rəndə (Tyorka) 1 əd, Çaynik altlığı (taxta), 2 əd Plasmas qıf, 3 əd Qaz sobası (dörd göz) 1 əd, Paltaryuyan (LG 6 kg) 1 əd, Kiçik kapron qab 2 əd, Güllü maddona qab 2 əd, Çay qaşığı 24 əd, Xörək qaşığı 24 əd, Çəngəl 24 əd, Fındıqsındıran 1 əd, Çay süzən 2 əd, Dırnaq təmizləyən 1 əd, Plastmas kəfkir (dəst) 10 əd, Qənd qayçısı 1 əd, Tort bəzəyən 2 əd, Balıq təmizləyən 2 əd, Abdugərdən 1 əd, Qapaq açan 1 əd, Kartof doğrayan 1 əd, İynə-sap qabı 1 əd, Kapron örtük 2 əd, Soyuducu üçün kapron örtük 3 əd, Yumurta çalan 1 əd, Qazan ağzı üçün dəsmal 3 əd, Dəsmal 1 əd, Əlçək tutacaq 1 əd, Qazan altı tutacaq 1 əd, Çay dəsmalı 6 əd, Kapron qab yığan 1 əd, Zibil üçün qab 1 əd, Pol verdresi ve taxtası 1 əd, Kartof-soğan qabı 1 əd, Şotka (kiçik)1 əd, Stol-stul (mətbəx üçün) 1 əd, + 4 əd, Çılçıraq tək şamlı 1 əd, Gül qabl (saxsı)1 əd, Plasmas gül qabı 5 əd, Şkaf (250x212x66) 1 ədYataq (taxt) 1 əd, Termo 1 əd, Kiçik tumbuçka 2 əd, Naçnik (işıqlı sadə)2 əd, Çılçıraq 5 şamlı1 əd, Böyük yataq döşəyi 1 əd, Kiçik yastıq 2 əd, Yataq üçün yastıq2 əd, Yorğan 4 əd, Balınş4 əd, Ədyal 7 əd, Oturacaq (150x40) 1 əd, Yataq örtüsü (qırmızı,ağ) 2 əd, Tozsovuran 1 əd, Hazır yorğan 1 əd, İpək prostin dəsti 3 əd, Mazoli yataq dəsti 1 əd, Qırmızı güllü yataq dəsti1 əd, Göy yataq dəsti 1 əd, Prostin 1 əd, Balış üzü2 əd, Çay dəsmalı (qutuda)1 dəst Yorğan prostin dəsti 1 əd, Yorğan dəsti 1 ədƏl-üz dəsmalı 4 əd, Əl-üz dəsmalı 8 dəst Kiçik çay dəsmalı 6 əd, Qırmızı güllü prostin1 əd, Qaşlı süfrə 1 əd, Paltar asılqanı 4 əd, Hamam dəsmalı 4 əd, Süfrə 2 əd, Çilçıraq 5 şamlı (sadə dəmir) 1 əd, Ütü (Texnolux)1 əd, Ütü masası1 əd, Xalça (250x490) “Super Sema”1 əd, Xalça (200X300) “Alfina”2 əd, Xalça (200x300) “Altın nehir”1 əd, Xalça (150x270) “Mert”1 əd, Palaz (184x310) “əl işi”1 əd, İşıq lampası24 əd, Tərəvəz doğramaq üçün taxta1 əd, Pleyer (samsung)1 əd, Dairəvi stol 1 əd, Əl-üz yuyan kran dəmiri ilə 1 əd (şəxsi əşyalar: Kofta 14 əd, Kiçik çanta 2 əd, Gödəkçə (sadə) 3 əd, Şalvar 10 əd Mayka 5 əd, Cins cilet 1 əd, Paltar 5 əd, Bel qayışı 2 əd, İdman gödəkçəsi 2 əd, Finka 2 əd, İdman paltarı 1 əd, Ayaqqabı 4 əd, Üz təmizləyən maşın 1 əd, Saç üçün rezin 3 əd, Lak 1 əd, Daraq 1 əd Pamada, 1 əd Kiçik güzgü, 1 əd Alt paltarı, 31 əd Buzgalter, 6 əd Yun papaq, 1 əd Corab, 1 əd Kapron paltar yığan 1 əd,) ona məxsus ünvan 1 yerləşən fərdi yaşayış evindən çıxarılaraq cavabdehin özünə təhvil verilməsi, cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi zərərin ödənilməsi üçün cavabdehdən maddi zərər üçün 3000 manat, mənəvi zərər üçün 1000 manat, cəmi 4000 (dörd min) manat tutularaq iddiaçıya ödənilməsi, 31 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərci cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlu – Begiyev Fərid ilə xx xxxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaqla ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evində yaşamışdır. Cavabdeh iddia ərizəsində göstərilən öz cehiz əşyalarını müvəqqəti olaraq həmin fərdi yaşayış evinə yığmışdır. Oğlu – X8 ilə Cavabdeh bir müddət münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yarandığından Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3273/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, Cavabdeh atası evinə getmişdir. O, həmin əşyaların ona məxsus evdən çıxarılmasını tələb etsə də, Cavabdeh heç bir əhəmiyyət verməmişdir. Həmin əşyalar ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evində qalmaqla onun həmin evə dair mülkiyyət hüquqlarını məhdudlaşdırır. Eləcə də, cavabdehin hərəkətləri səbəbi ilə ona həm də maddi və mənəvi zərər dəymiş, o həmin əşyalara heç bir zərər gəlməməsi üçün həmin əşyaları bugünədək qorumuş, evinin birini həmin əşyalara ayırmış, buna görə də bu vaxta qədər həmin mənzildən istifadə edə bilməmişdir. Eyni zamanda, hər dəfə həmin əşyalara baxarkən əsəbləşərək mənəvi iztirab keçirmişdir. Buna görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək göstərdi ki,o iddiaçının oğlu Begiyev Fərid ilə xx xxxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaqla ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşamışdır. O, öz cehiz əşyalarını müvəqqəti olaraq həmin fərdi yaşayış evinə yığmışdır. Bir müddət Begiyev Fəridlə münasibətləri yaxşı olsa da, lakin sonradan aralarında mübahisələr yarandığından Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3273/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş və o atası evinə getmişdir. Ona məxsus cehiz əşyalarda həmin evdə qalmışdır. Eləcə də, o, İddiaçı ona qarşı irəli sürdüyü maddi və mənəvi zərərin ödənilməsi barədə tələbin əsasız olduğunu qeyd edərək, iddianın həmin hissədə rədd edilməli olduğunu qeyd etmişdir. Ona görə də, iddia ərizəsində göstərilən iddianın ona məxsus cehiz, geyim və digər əşyaların iddiaçıya məxsus ünvan 1 yerləşən fərdi yaşayış evindən çıxarılaraq ona təhvil verilməsi hissəsində təmin edilməsi, iddianın maddi və mənəvi zərərin ödəniməsi və s. hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı X8 xx xxxxxxx 2016-cı ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış rəsmi nikah əsasında evlənmiş olsalar da, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-3273/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2016-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Mülki işin materiallarında olan Cavabdeh oğlu tərəfindən məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş iddiaya etirazdan görünür ki, cavabdeh İddiaçı iddiasını qismən qəbul edərək, iddia ərizəsində göstərilən iddianın ona məxsus cehiz, geyim və digər əşyaların iddiaçıya məxsus ünvan 1 yerləşən fərdi yaşayış evindən çıxarılaraq ona təhvil verilməsi hissəsində təmin edilməsini, iddianın maddi və mənəvi zərərin ödəniməsi və s. hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan JN-375A KOD 30803018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon X3 xx xxxxxxx 2002-ci il tarixli 44 №-li qərarı ilə 0,07 ha torpaq sahəsi İddiaçı, X4, X7, X2 və X5 mülkiyyətinə verilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə əmlakların iddiaçıya aid evdən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin hər ikisinin verdiyi izahata əsasən görünür ki, əmlaklar cavabdehə məxsusdur və cavabdeh həmin əmlakların mübahisəli evdən çıxarılıb ona təhvil verilməsinə razıdır.Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi əsaslı deyildir, ona görə də rədd edilməlidir.Belə ki, cavabdehə məxsus iddia olunan əmlaklar iddiaçıya məxsus mənzilə özünün razılığı ilə aparılmışdır,hazırda cavabdehlə iddiaçının oğlu arasında rəsmi nikah qeydi ləğv edildiyindən, yəni ailə münasibətləri pozulduğundan, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 200 manat məbləğində vəkil xərci ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən bu hissədə də iddia əsassız olmaqla rədd edilməlidir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məblğində dövlət rüsumunun 10 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən,hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358-360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları olan - (Büfet (şüşəli) 2 əd, Güzgü 1 əd, Televizor atlığı 1 əd, Jurnal masası 1 əd, Stol 1 əd, Stul 6 əd, Televizor “Nika” 1 əd, 16 şamlı Çılçıraq 1 əd, Tül pərdə 6 əd, Pərdənin üstü (qalın) 7 əd, Güzgü ön hissəsi qaşlı qab 3 əd, Güldan 1 əd, Qrəfinkə 8 əd və stəkanlar 30 əd, Kiçik stəkan (rumka) 46 əd, Çaynikçaşka-nəlbəki dəsti 1 əd + 12 əd, Şəkər qabı (böyük, balaca) 13 əd, Qənd qabı 2 əd, Kefeyni stəkan+nəlbəki dəsti 12 əd, Zubnik 1 əd, Böyük boşqab 24 əd, Bulud boşqab 3 əd, Aş üçün boşqab 12 əd, Salat üçün boşqab 12 əd, Sümük boşqabı 12 əd, Kasa (kiçik) 23 əd, Duz qabı 10 əd, Salfetka qabı 4 əd, Böyük kasa (altlıqla birgə) 1 əd, Armudu stəkan (xrustal) 12 əd, Çay stəkanı (xrustal) 18 əd, Göy dolça + stəkan 1 əd + 5əd, Madonna çaşka nəlbəki dəsti 6 əd, Xrustal konfet qabı + Konfet qabı 6 əd + 9 əd, Stəkan (zərli) 6 əd, Xrustal lotka 1 əd, Xrustal meyvə qabı 2 əd, Divar saatı 3 əd, Orta boşqab 12 əd, Dərin boşqab 18 əd, Kiçik boşqab 12 əd, Masnisa (orta boy kasa) 12 əd, Stol süfrəsi 1 əd, Bulud 2 əd, Xrustal boçka 2 əd, Mürəbbə qabı 12 əd, Razetka (mürəbbə üçün qab) 12 əd, Ləbləbi qabı 1 əd, Şüşə stəkan 19 əd, Şüşə dört künc qab 7 əd, Mətbəx mebeli 13 hissəli, Soyuducu “Toshiba” 154x52 1 əd, Çörək qurudan “Geepas” 1 əd, Ləpəçəkən 1 əd, Salat doğrayan 1 əd, Ətçəkən maşın “Sanfet” 1 əd, Elektrik Çaynik “Tokio” 1 əd, Dondurma qabı şüşə 6 əd, Çaydan 4 əd, Banka (ayı şəkilli) 3 əd, Dondurma qabı (madonna) 6 əd, Şüşə qənd qabı 2 əd, Şüşə qab 16 əd, Güllü su stəkanı 6 əd, Çaynik 7 əd, Çaşka 9 əd, Su qabı 1 əd, Şüşə yağ qabı 2 əd, Kül qabı 3 əd, Nəlbəki (güllü) 6 əd, Ağ güllü qazan 5 əd, Qara güllü qazan 5 əd, Qara qazan 6 əd, Simovar 1 əd, Üzərlik qabı 2 əd, Patnus 4 əd, Sok maşını (Evrolux) 1 əd, İşıqlı su çayniki 1 əd, Mikser 1 əd, Sade xrustal qab 1 əd, Lotka xrustal qab 1 əd, Alminium qazan 7 əd, Plasmas tas 3 əd, Çuğun tas 1 əd, Aş süzən 2 əd, Yuxayayan və oxlov 1 əd, Ağ madonna boşqab 11 əd, Qara madonna boşqab 11 əd, Çörək qabı 3 əd, Tort qabı 3 dəst, Bıçaq 13 əd, Taxta bıçaq dəsti 2 əd, Şüşə su stəkan (Accent mug) 6 əd, Çılçıraq 3 şamlı 1 əd, Çay dəsti (Schafer) 1 əd, Maskura qaşıqla (qatıq qabı) 6 əd, Tefal tava qırmızı 2 əd, Rəndə (Tyorka) 1 əd, Çaynik altlığı (taxta), 2 əd Plasmas qıf, 3 əd Qaz sobası (dörd göz) 1 əd, Paltaryuyan (LG 6 kg) 1 əd, Kiçik kapron qab 2 əd, Güllü maddona qab 2 əd, Çay qaşığı 24 əd, Xörək qaşığı 24 əd, Çəngəl 24 əd, Fındıqsındıran 1 əd, Çay süzən 2 əd, Dırnaq təmizləyən 1 əd, Plastmas kəfkir (dəst) 10 əd, Qənd qayçısı 1 əd, Tort bəzəyən 2 əd, Balıq təmizləyən 2 əd, Abdugərdən 1 əd, Qapaq açan 1 əd, Kartof doğrayan 1 əd, İynə-sap qabı 1 əd, Kapron örtük 2 əd, Soyuducu üçün kapron örtük 3 əd, Yumurta çalan 1 əd, Qazan ağzı üçün dəsmal 3 əd, Dəsmal 1 əd, Əlçək tutacaq 1 əd, Qazan altı tutacaq 1 əd, Çay dəsmalı 6 əd, Kapron qab yığan 1 əd, Zibil üçün qab 1 əd, Pol verdresi ve taxtası 1 əd, Kartof-soğan qabı 1 əd, Şotka (kiçik)1 əd, Stol-stul (mətbəx üçün) 1 əd, + 4 əd, Çılçıraq tək şamlı 1 əd, Gül qabl (saxsı)1 əd, Plasmas gül qabı 5 əd, Şkaf (250x212x66) 1 ədYataq (taxt) 1 əd, Termo 1 əd, Kiçik tumbuçka 2 əd, Naçnik (işıqlı sadə)2 əd, Çılçıraq 5 şamlı1 əd, Böyük yataq döşəyi 1 əd, Kiçik yastıq 2 əd, Yataq üçün yastıq2 əd, Yorğan 4 əd, Balınş4 əd, Ədyal 7 əd, Oturacaq (150x40) 1 əd, Yataq örtüsü (qırmızı,ağ) 2 əd, Tozsovuran 1 əd, Hazır yorğan 1 əd, İpək prostin dəsti 3 əd, Mazoli yataq dəsti 1 əd, Qırmızı güllü yataq dəsti1 əd, Göy yataq dəsti 1 əd, Prostin 1 əd, Balış üzü2 əd, Çay dəsmalı (qutuda)1 dəst Yorğan prostin dəsti 1 əd, Yorğan dəsti 1 ədƏl-üz dəsmalı 4 əd, Əl-üz dəsmalı 8 dəst Kiçik çay dəsmalı 6 əd, Qırmızı güllü prostin1 əd, Qaşlı süfrə 1 əd, Paltar asılqanı 4 əd, Hamam dəsmalı 4 əd, Süfrə 2 əd, Çilçıraq 5 şamlı (sadə dəmir) 1 əd, Ütü (Texnolux)1 əd, Ütü masası1 əd, Xalça (250x490) “Super Sema”1 əd, Xalça (200X300) “Alfina”2 əd, Xalça (200x300) “Altın nehir”1 əd, Xalça (150x270) “Mert”1 əd, Palaz (184x310) “əl işi”1 əd, İşıq lampası24 əd, Tərəvəz doğramaq üçün taxta1 əd, Pleyer (samsung)1 əd, Dairəvi stol 1 əd, Əl-üz yuyan kran dəmiri ilə 1 əd (şəxsi əşyalar: Kofta 14 əd, Kiçik çanta 2 əd, Gödəkçə (sadə) 3 əd, Şalvar 10 əd Mayka 5 əd, Cins cilet 1 əd, Paltar 5 əd, Bel qayışı 2 əd, İdman gödəkçəsi 2 əd, Finka 2 əd, İdman paltarı 1 əd, Ayaqqabı 4 əd, Üz təmizləyən maşın 1 əd, Saç üçün rezin 3 əd, Lak 1 əd, Daraq 1 əd Pamada, 1 əd Kiçik güzgü, 1 əd Alt paltarı, 31 əd Buzgalter, 6 əd Yun papaq, 1 əd Corab, 1 əd Kapron paltar yığan 1 əd,) iddiaçı X6 məxsus ünvan 1 yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 10 manat dövlət rüsumuna görə pul alınıb X6 verilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2801/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2801/2020
02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver