Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-328/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin e-2(029)-566/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, məhkəməyə dövlət rüsumu kimi ödədilmiş 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat və mənəvi ziyana görə 1000 (bir min) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, eləcə də məhkəməyə dövlət rüsumu kimi ödədiyi 68.87 (altımış səkkiz manat, səksən yeddi qəpik) manat, ümumilikdə 4955.87 (dörd min doqquz yüz əlli beş manat səksən yeddi qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində inşa edilmiş 4, 4A, 5, 5A saylı 12 mərtəbəli yaşayış binalarının 1-ci, 2-ci mərtəbələri və zirzəmi sahələrini 15 avqust 2015-ci il tarixli, AF-E/0140, 0141, 0142, 0143, 0144, 0145, 0146, 0147, 0150, 0151 saylı alqısatqı müqavilələri əsasında dəyərini tam şəkildə ödəyərək ümumilikdə 10 ədəd qeyriyaşayış obyektləri (həmçinin zirzəmi sahələri də daxil olmaqla) əldə etmişdir. Lakin həmin yaşayış binalarının sakinləri olan bir qrup şəxslər əlbir olaraq xx.xx.2023-cü il tarixdə ona məxsus zirzəmi sahələrində qazıntı işləri apararaq zirzəmiyə düşən pilləkən qəfəsləri, asfalt örtüyünü, obyektin ağ lay hissəsini, zirzəmiyə quraşdırılmış daş pəncərə örtüyünü dağıdaraq zirzəmiyə qanunsuz olaraq daxil olmuş, hansı ki, binanın layihəsində nəzərdə tutulmayan, avtomobillərin saxlancı üçün özbaşına olaraq parking yerləri (avto qaraj) yaratmağa çalışmışlar. O,dərhal baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin sakinlərin aparıcı qüvvəsi olan Cavabdeh(mobil nömrəsi: *** *** ** **) başda olmaqla digər sakinləri də öz ətrafına toplayıb “reket” dəstəsi yaradaraq ona hədə qorxu gəlməklə, təzyiqlər göstərməklə obyektlərini əlindən almağa çalışırlar. Onu “görüşə-Разборка”ya çağırır, obyektlərini tələb edir, əks halda sakinləri üzərinə qaldıracağı ilə hədələyirlər. Qeyd edir ki, həmin zirzəmi sahələri son bir ildə qəsdən sakinlər tərəfindən müxtəlif məişət tullantıları ilə zibillənir, kanalizasiya və qrunt suları zirzəmi sahələrini basmış, kəskin üfunət qoxusu və antisanitar vəziyyət yaranmışdır. Aidiyyəti qurumlar və binanın saxlayıcıları hansı ki, kommunal ödənişləri yığan şəxslər, binanın idarəediciləri buna nəzarət etmir, zibilliklər, kanalizasiya və qrunt suları təmizlənmir, yəni obyektlərinin əlindən alınması üçün ona hər cür təzyiqlər göstərilir. Binanın zirzəmi hissəsini kənar müdaxilədən qorumaq və mühafizəsi məqsədilə öz maddi vəsati hesabına dəmir barmaqlıqlar quraşdırmışdır, lakin 2022-ci ilin dekabr ayında həmin barmaqlıqlar da oğurlanmışdır. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində həmin oğurluq hadisəsi ilə bağlı cinayət işi açılmışdır. Bundan başqa, ərazidə yerləşən 6-cı binanın da zirzəmi sahəsini sakinlər özbaşına olaraq zəbt edərək artıq orada avtomobillərin saxlancı üçün parking yerləri yaratmışlar. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 X3 xx.xx.2019-cu il tarixli, 1021 saylı Rəyinə əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 12 ədəd, zirzəmili, 1 girişli, 12 mərtəbəli (+mansarda) yaşayış binalarının zirzəmi sahələrində avtomobillərin saxlancı üçün parking yerləri (avto qaraj) nəzərdə tutulmamışdır.Lakin sakinlər buna məhəl qoymadan, ona və digər sahibkarlara məxsus zirzəmi sahələrinə qanunsuz müdaxilə etməklə apardıqları söküntü, qazınti işləri, habelə daxil olan avtomobil yükləri binanın dayanıqlığı üçün təhlükəli vəziyyət yaradır. Beləliklə, hüquq mühafizə orqanına etdiyi şikayət əsasında inzibati xəta törədən şəxs məhz, Cavabdeh olduğu müəyyən edilmiş, inzibati araşdırma aparmaqla təyin edilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/5865 nömrəli ekspertiza rəyinə əsasən dəymiş ziyanın məbləği 3187,0 manat müəyyən edilməklə iş yekunlaşdıraraq Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, inzibati araşdırma aparılan zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MEB02/23 saylı mütəxəssis rəyindən də görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəmi hissəsinin sökülərək dağıdılması nəticəsində dəymiş ziyanın həcmi və ya yenidən bərpa olunması üçün tələb olunan məbləğ 3409.73 manat məbləğdə təşkil etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-748/2024 nömrəli qərarına əsasən inzibati xəta törətmiş şəxs Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibinin olması müəyyən edilsə də, İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh vermə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin Qərarda qeyd olunur ki, məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Cavabdeh Şahmahud oğlunun əməlində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsinin tərkibinin olması müəyyən edilsə də, Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilən sənədlər Abşeron rayon Polis İdarəsi tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2024- cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Cavabdeh özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurmasını təsdiq edir. Abşeron rayon Polis İdarəsi tərəfindən Cavabdeh tərəfindən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurması xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin 102 xidmətinə məlumat verməsi ilə aşkar etmişdir. Qeyd olunan hal araşdırılmış və nəticədə 26 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Beləliklə, Cavabdeh tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunsa da,inzibati xətanın aşkar edildiyi gündən 1 ildən çox, yəni 26 dekabr 2023-cü il tarixdən də 4 aydan artıq müddət keçdiyindən, məhkəmə hesab edir ki, onun barəsində inzibati tənbeh verilə bilməz. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh Şahmahud oğlu tərəfindən İddiaçı məxsus ünvan 1 ünvnaınd yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəmi hissəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə 3187,0 manat məbləğdə maddi ziyan vurması müəyyən olunmuşdur. Dəymiş zərər isə xeyli (5000 manat) miqdardan az yəni 3187,0 manat təşkil etdiyindən həmin şəxin əməli Azərbaycan Respunlikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulan "Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə” kimi qiymətləndirilməlidir.Odur ki, toplanmış materialda Cavabdeh Şahmahud oğlunun əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respunlikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuş, inzibati xəta nəticəsində zərərçəkmiş şəxs olaraq ona, yəni İddiaçı dəymiş maddi zərərin məbləği 3187,0 manat müəyyən edilmişdir. Bundan başqa,həmin binanın sakinlərinin aparıcı qüvvəsi olan Cavabdeh başda olmaqla digər sakinləri də öz ətrafına toplayıb “reket” dəstəsi yaradaraq ona hədə qorxu gəlməklə, təzyiqlər göstərməklə obyektlərimi əlindən almağa çalışır. Oni “görüşə-Paзборка”ya) çağırır, obyektlərimi tələb edir, əks halda sakinləri üzərinə qaldıracağı ilə hədələyir. Həmin zirzəmi sahələri son bir ildə qəsdən Cavabdeh başçılığı ilə sakinlərlə əlbir olub müxtəlif məişət tullantıları ilə zibilləyir, kanalizasiya suları axıdılır, kəskin üfunət qoxusu və antisanitar vəziyyət yaratmışlar. Onun bu qanuna zidd hərəkətindən mənəvi – psixi sarsıntı keçirir, həqiqətən mənəvi iztirab çəkməyinə, əsəb sisteminin pozulmasına gətirib çıxarıb. Hazırki vəziyyətdə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Buna görə də mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb ona ödənilməlidir. Habelə, işin məhkəməyə verilməsi üçün də 68.87 (altmış səkkiz manat, səksən yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkilə tərəfindən 700 (yeddi yüz) manat vəsait ödənilmişdir. Halbuki, cavabdeh ona vurduğu ziyanı vaxtında ödəsəydi bu xərclər ortaya çıxmayacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da uşaqların hansı valideytnin yanında saxlanmasına dair hissədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respulikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mülki hüquq pozuntusunun (delikt) cavabdeh tərəfindən törədilməsi və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı məxsus Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 27-ci məhəllə, bina 4A ünvanında yerləşən, çox mərtəbəli yeni tikili binanın, zirzəmi hissəsinin girişində söküntü nəticəsində qüsurların yaranması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə mübahisələndirilən hissədə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvnaınd yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəminin bir hissəsi sökülmüş və iddiaçıya məxsus qeyriyaşayış sahəsinə ziyan dəymişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, aparılan hesablamalar nəticəsində, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 27-ci məhəllə, bina 4A ünvanında yerləşən, çox mərtəbəli yeni tikili binanın, zirzəmi hissəsinin girişində söküntü nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3187 manat məbləğində müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-328/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-328/2025
11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver