Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3131/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullyayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 Mənzil- Tikinti Kooperativinə qarşı “ventilyasiya qurğularının sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi, liftən istifadəyə yaranmış maneələrin aradan qaldırılması, səs-küylə müşayiət olunan proseslərin yerinə yetirilməsinin qadağan olunması və müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 Mənzil- Tikinti Kooperativinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Daha sonra iddiaçı ilə bağlı ərizə təqdim edərək, iddiaçı İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küç. 80, blok 4, *** saylı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində (avtodayanacaqda) quraşdırılmış ventilyasiya qurğularının həmin yerdən sökülərək çıxarılması öhdəliyinin cavabdehlər cavabdeh1 MTK və “xxxx” MMC-nin üzərinə qoyulması, iddiaçı İddiaçı sağlamlığına dəymiş 5000 AZN, mənzilinə vurulmuş 15000 AZN məbləğində, eləcə də mənəvi ziyan olaraq dəymiş 10000 AZN məbləğində pul vəsaitlərinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı və onun ailə üzvlərinin binanın ümumi əmlakından istifadə olunmasına yaradılan süni maneələrin (lift kartının bloklanması və bununla məhdudlaşdırılmadan binanın ümumi əmlakından istifadə olunmasına gətirib çıxaran hər hansı hərəkətlərin) cavabdehlər cavabdeh1 MTK və “xxxx” tərəfindən aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və gələcəkdə həmin hərəkətlərin (lift kartının bloklanması və bununla məhdudlaşdırılmadan binanın ümumi əmlakından istifadə olunmasına gətirib çıxaran hər hansı hərəkətlərin) edilməsinin cavabdehlərə qadağan olunması, iddiaçı İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küç. 80, blok 4, *** saylı mənzilin yerləşdiyi binanın ərazisində iş günləri saat 09:00-dan 18:00-dək və bazar və qeyri- iş günlərində saat 10:00-dan 14:00-dək olan zaman kəsikləri istisna olmaqla digər vaxtlarda tikinti, tikinti-bərpa və təmir işlərinin aparılması və bununla əlaqədar səs-küylə müşayiət olunan proseslərin yerinə yetirilməsinin qadağan olunması, iddiaçı İddiaçı ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və həmin binaya xidmət göstərilməsinə dair tərəflərin hüquq bərabərliyi və qanunun tələblərinə riayət etməklə müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Mənzil-Tikinti Kooperativindən müştərək qaydada 3000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən binanın liftlərindən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneələrin (lift kartının bloklanması) aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və gələcəkdə həmin hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçı İddiaçı özünə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan ümumilikdə 250 manat məbləğində pulun iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub ünvanlanaraq bildirilmişdir ki, iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili mülki işin rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən verdiyi şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3131/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3131/2026
24.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver