Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2805/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X7 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qaytarılması və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaların qaytarılması və əmlak bölgüsü tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus əşyaların hədiyyə verilən qızıl-zinyət əşyaları - komplekt: (sırğa - 2 ədəd, qolbağı - 1 ədəd; bəzək üzüyü - 1 ədəd, kulon - 1 ədəd, boyunbağı - 1 ədəd) - cəmi: 16,25 qram - 1460 manat; bəzək üzüyü - 3.7 qr, 1 ədəd - 330 manat; bəzək üzüyü - 5 qr, 1 ədəd - 450 manat; nişan üzüyü - 6.5 qr, 580 manat; məişət əşyaları - yataq dəsti (1 ədəd krovat - 2 yerli, tümba - 2 ədəd, dolab, şifoner, termo) - 2900 manat, divan yarımdairəvi - 950 manat, stol və 6 ədəd stul - 720 manat, televizor -300 manat, tozsovuran – 170 manat, ütü - 50 manat, mikser - 30 manat, blendr - 25 manat, el. ətçəkən 1 ədəd - 65 manat, çaydan-çaynik dəsti - 75 manat, xalça (4x3)-l ədəd-300 manat, xalça (2x3)-l ədəd-180 manat, bucaq dəsti (12 ədəd) - 25 manat, böyük boşqab - 12 ədəd - 60 manat, orta ölçüdə boşqab - 12 ədəd - 33 manat, salat qabı (dəst) - 12 ədəd - 40 manat, kasa böyük - 12 ədəd - 24 manat, boşqab-dörə-2 ədəd-20 manat, kofe dəsti böyük, 1 dəst - 45 manat, kofe dəsti balaca, bir dəst - 30 manat, çilçıraq 2 ədəd 50 + 80 = 130 manat, pərdə 3 ədəd (3 otaq üçün) - 210 manat, qazan dəsti (6 ədəd) - 65 manat, şirli qazan dəsti (6 ədəd) - 65 manat, şirli vedrə 1 ədəd - 25 manat, divar saatı - 2 ədəd - 30 manat, krovat üstü adeyal 3 ədəd - 90 manat, süfrə 4 ədəd - 100 manat, döşək - 3 ədəd - 150 manat, yorğan 3 ədəd - 90 manat, balınc 8 ədəd - 64 manat dəyərində olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi və ya onların dəyərinin ödənilməsi, Cavabdeh1 “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi olmaqla, 7000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia həcminin azaldılması” ilə bağlı ərizə təqdim edərək, cavabdehlərə məxsus evdə qalan qızıl-zinyət əşyalarının - qızıl komplekti - (sırğa 2 ədəd, qolbağı 1 ədəd, bəzək üzüyü 1 ədəd, kulon 1 ədəd, boyunbağı 1 ədəd) cəmi çəkisi 16,25 qram, əyarı 583 %, Türkiyə istehsalı, dəyəri 1460 manat; bəzək üzüyü - 1 ədəd, 3.7 qram, Rusiya istehsalı, əyarı 583 %, dəyəri 330 manat; bəzək üzüyü - 1 ədəd, çəkisi 5 qram, əyarı 583 %, dəyəri 450 manat, Rusiya istehsalı; nişan üzüyü - 1 ədəd, çəkisi 6.5 qram, əyarı 583 %, dəyəri 580 manat, Rusiya istehsalı olmaqla - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi və “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 04 yanvar 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus evə gəlin köçmüş, cehiz əşyalarını və qızıl-zinyət əşyalarını həmin evdəki otağına yerləşdirmişdir. Ailədaxili münaqişə nəticəsində iddiaçı 17 avqust 2020-ci ildə həmin evi tərk etmişdir. X8 onlar arasındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddiaçı hazırda ona məxsus qeyd edilən əşyaların cavabdehlərdən alınması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, tərəflər birgə nikah dövründə cavabdeh X3 mülkiyyətində olan “Opel” markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. İddiaçı həmin əmlakın dəyərinin ½ hissəsini tələb edir. Belə ki, iddiaçı birgə nikah dövründə ev işləri ilə məşğul olmaqla yanaşı, səhiyyə sahəsində - klinikada işləyərək ailə büdcəsinə yardım etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, həmin qızıl-zinyət əşyalarını cavabdehlərin evindən götürə bilməyib. Cavabdehlər qızıl-zinyət əşyalarının onlarda olduğunu qəbul etmirlər. Zinyət əşyalarının iddia ərizəsində göstərilən qiymətlərini o, cavabdehlərin ona dedikləri məbləğlərlə qeyd etmişdir. Lakin zinyət əşyalarının həmin vaxtla müəyyən edilən qiymətləri hazırki qiymətlərlə uyğunluq təşkil etməyə bilər. Bundan əlavə, “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əldə edilməsi üçün ödənişlər X8 tərəfindən edilmiş, lakin ödənişlər yekunlaşdıqdan sonra o, avtomobili xalası oğlunun adına rəsmiləşdirmişdir. Beləliklə, həmin avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili X7 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi qızıl-zinyət əşyaları həqiqətən mövcud olmaqla toy-nişan hədiyyəsi olaraq iddiaçıya alınmışdır. Onların qiymətləri isə iddiaçı tərəfindən şişirdilmiş məbləğdə göstərilir. Belə ki, boyunbağı, kulon, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 583 əyar olmaqla qiyməti 1050 manat, çəkisi 15 qram; bəzək üzüyü 583 əyar olmaqla qiyməti 80 manat, çəkisi 1 qram; bəzək üzüyü (həri) 583 əyar olmaqla qiyməti 150 manat, çəkisi 1 qram və nişan üzüyü 583 əyar olmaqla qiyməti 350 manat, çəkisi 3 qram təşkil etdiyi halda iddiaçı onların qiymətini artıq göstərmişdir. Qızıl-zinyət əşyalarının harada olması ilə bağlı məlumatı yoxdur. Bundan əlavə, “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili o, etibarnamə əsasında idarə edir. Həmin avtomobil mülkiyyət hüququ əsasında ona yox, xalası oğluna məxsusdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia tələbində qeyd etdiyi qızıl-zinyət əşyaları həqiqətən mövcud olmaqla toynişan hədiyyəsi olaraq iddiaçıya alınmışdır. Onların qiymətləri isə iddiaçı tərəfindən şişirdilmiş məbləğdə göstərilir. Belə ki, boyunbağı, kulon, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 583 əyar olmaqla qiyməti 1050 manat, çəkisi 15 qram; bəzək üzüyü 583 əyar olmaqla qiyməti 80 manat, çəkisi 1 qram; bəzək üzüyü (həri) 583 əyar olmaqla qiyməti 150 manat, çəkisi 1 qram və nişan üzüyü 583 əyar olmaqla qiyməti 350 manat, çəkisi 3 qram təşkil etdiyi halda iddiaçı onların qiymətini artıq göstərmişdir. Qızıl-zinyət əşyalarının harada olması ilə bağlı məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti ilə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, iddiaçının qardaşının həyat yoldaşı, eyni zamanda iddiaçının iş yoldaşıdır. 16 avqust 2020-ci il tarixdə axşam saatlarında iddiaçı ilə Cavabdeh1 arasında mübahisə baş vermiş, 17 avqust 2020-ci il tarixdə səhər saatlarında iddiaçı işə getmişdir. Evi tərk etdikdə evə qayıtmamaq niyyəti olmadığından evdən heç bir əşyasını götürməmişdir. Mübahisə barədə iddiaçı ilə söhbət əsnasında xəbərdar olmuş, iddiaçıya həmin evə qayıtmamağı tövsiyə etmişdir. Bundan sonra iddiaçı artıq cavabdehlə birgə yaşadıqları evə qayıtmamış, işdən qardaşıgilə getmişdir. İddiaçının üzərində və çantasında qızıl-zinyət əşyaları olmamışdır. Söhbət əsnasında qızıl-zinyət əşyalarının cavabdehlərdə olduğunu eşitmişdir. Beləliklə, iddiaçının bütün əşyaları kimi qızıl-zinyət əşyaları da cavabdehlərdə qalmış, onlar qızılları iddiaçıya verməkdən imtina etmişlər. Məhkəmə iclasında iddiaçının şifahi vəsatəti ilə şahid qismində dindirilən X1 Aysel Nazim qızı ilə eyniməzmunlu ifadə verərək ifadəsində bildirdi ki, iddiaçının atasıdır. İddiaçının bütün əşyaları kimi qızıl-zinyət əşyaları da cavabdehlərdə qalmışdır, onlar qızılları iddiaçıya verməkdən imtina edirlər. Məhkəmə iclasında Cavabdeh1 şifahi vəsatəti ilə şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, cavabdehin bacısıdır. O, ailəlidir və cavabdehlərin evinə qonaq qismində gəlib-gedir. Qızıl-zinyət əşyalarının harada olması ilə bağlı hər hansı məlumatı yoxdur. Söhbət əsnasında iddiaçının qızıl-zinyət əşyalarını özü ilə apardığını eşitmişdir. Mülki işin materiallarından olan 412785 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 11.12.2020-ci il tarixdə Cavabdeh1 9 il 7 ay 28 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə 08.08.2030-cu il tarixədək qüvvədədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı 2019-cu ildə qeydə alınmış və 2021-ci ildə pozulmuşdur. 16 avqust 2020-ci il tarixdə axşam saatlarında iddiaçı ilə Cavabdeh1 arasında mübahisə baş vermiş, 17 avqust 2020-ci il tarixdə səhər saatlarında iddiaçı işə getmişdir. Evi tərk etdikdə evə qayıtmamaq niyyəti olmadığından evdən heç bir əşyasını götürməmişdir. Mübahisə barədə ailə üzvləri ilə söhbət əsnasında iddiaçıya həmin evə qayıtmamaq tövsiyə edilmişdir. Bundan sonra iddiaçı artıq cavabdehlə birgə yaşadıqları evə qayıtmamış, işdən qardaşıgilə getmişdir. Sonradan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdehin yaşadığı evdən çıxanda valideynləri tərəfindən ona cehiz kimi verilmiş və özünün gətirdiyi əşyalar, o cümlədən toy-nişan hədiyyəsi olaraq ona verilən zinyət əşyaları cavabdehin evində qalmışdır. Sonradan qızıl-zinyət əşyalarından başqa bütün digər əşyalarını cavabdehlərdən almışdır. Hazırda zinyət əşyalarının cavabdehlərdən alınması tələbi ilə məhkəməyə müraciət edir. Cavabdehlər isə zinyət əşyalarının mövcudluğunu və onların toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığını etiraf etsələr də, qiymətlərinin iddiaçı tərəfindən şişirdildiyini bildirir, həmçinin həmin əşyaların onlarda olmasını qəbul etmirlər. Bundan başqa, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlak kimi ½ hissədə pay tələb etdiyi “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 11.12.2020-ci il tarixdə Cavabdeh1 9 il 7 ay 28 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə 08.08.2030-cu il tarixədək qüvvədədir. Cavabdehlər bu hissədə də iddia tələbini qəbul etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “toy-nişan hədiyyəsi olaraq iddiaçıya alınmış qızıl-zinyət əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdehlər izahatlarında iddiaçının iddia ərizəsində qeyd etdiyi zinyət əşyalarının mövcud olduğunu, lakin onlarda olmadığını, həmçinin iddiaçı tərəfindən onların qiymətlərinin şişirdildiyini bildirdilər. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçının qeyd olunan zinyət əşyalarının naturada mövcud olması barədə sübutları – fotoşəkillər və iddiaçının şifahi vəsatəti üzrə dindirilən şahidlərin ifadələri ilə cavabdehin etirafı və cavabdehin şifahi vəsatəti üzrə dindirilən şahidin ifadəsi uyğunluq təşkil etdiyindən həmin qızıl-zinyət əşyalarının mövcudluğu məhkəmə baxışı zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır. Cavabdehlər zinyət əşyalarının mövcudluğunu və onların dəyəri və çəkisi - boyunbağı, kulon, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 583 əyar olmaqla qiyməti 1050 manat, çəkisi 15 qram; bəzək üzüyü 583 əyar olmaqla qiyməti 80 manat, çəkisi 1 qram; bəzək üzüyü (həri) 583 əyar olmaqla qiyməti 150 manat, çəkisi 1 qram və nişan üzüyü 583 əyar olmaqla qiyməti 350 manat, çəkisi 3 qram olmaqla toy-nişan hədiyyəsi olaraq iddiaçıya alındığını izahatları ilə də təsdiq etdiklərindən, lakin həmin əşyaların iddiaçının evdən gedərkən özü ilə apardığını bildirsələr də, bunu sübut edə bilmədiklərindən məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Zinyət əşyalarının çəkisi və qiyməti ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə cavabdehlərin izahatına əsaslanmağı lazım bilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, qızıl-zinyət əşyalarına dair hissədə iddia qismən təmin edilməli, boyunbağı, kulon, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 583 əyar olmaqla qiyməti 1050 manat, çəkisi 15 qram; bəzək üzüyü 583 əyar olmaqla qiyməti 80 manat, çəkisi 1 qram; bəzək üzüyü (həri) 583 əyar olmaqla qiyməti 150 manat, çəkisi 1 qram və nişan üzüyü 583 əyar olmaqla qiyməti 350 manat, çəkisi 3 qram olmaqla qızıl-zinyət əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “birgə nikah dövründə əldə edilmiş əmlak kimi “Opel” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ hissədə payın müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi avtomobilin mülkiyyətçisi cavabdeh deyil, başqa şəxsdir. Cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə edir. Bundan əlavə, iddiaçı ödənişlərin cavabdeh tərəfindən aparıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən bu hissədə iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Boyunbağı, kulon, qolbaq, 1 cüt sırğa və üzükdən ibarət komplekt 583 əyar olmaqla qiyməti 1050 manat, çəkisi 15 qram; bəzək üzüyü 583 əyar olmaqla qiyməti 80 manat, çəkisi 1 qram; bəzək üzüyü (həri) 583 əyar olmaqla qiyməti 150 manat, çəkisi 1 qram və nişan üzüyü 583 əyar olmaqla qiyməti 350 manat, çəkisi 3 qram olmaqla qızıl-zinyət əşyaları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2805/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2805/2021
20.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver