Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2812/2024 04.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini, həmin məzillərə dair müvafiq olaraq dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Rusiya vətəndaşı olduğu üçün etibar etdiyi, yaxın münasibətdə olduğu, ona hər zaman düz və güvənilir insan kimi göstərən, həmkəndlisi olan Cavabdeh1 adına şəxsi mülklərini onun adına alaraq sonradan onun adına keçirəcəyi şərti ilə aralarında razılaşmışlar. Belə ki, 05 fevral 2021-ci il tarixdə müqavilə əsasında Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili 50000 manata, həmin kompleksdə bina 3, 126 nömrəli mənzil, bundan başqa 2022-ci ilin dekabr ayında "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzili aralarında olan razılaşmaya əsasən iddiaçının dostunun qaynanası Tünzalə Əhmədovanın vasitəsilə Cavabdeh1 adına keçirmişdir. Sonuncu mənzilin təmiri üçün ünvan 2 ünvanında yerləşən, Nərimanov metrosunun yaxınlığındakı ödəmə terminalı vasitəsilə hissə-hissə olmaqla Cavabdeh1 50000 manat pul göndərmişdir. Bütün bu hərəkətlərin şahidləri də vardır. Belə ki, X4, X9, X5, X7, makler Tünzalə xanım və X1 bütün bu hadisələrin şahidləri olmuşlar. Sonrdan Cavabdeh1 həmin mənzillərə çıxarışlar almışdır. Binəqədidə yerləşən mənzildəki əşyalar, mebellər, hamam-tualet əşyaları, mətbəxə adi əşyalar hamısı iddiaçıya məxsusdur. Uzun sürən mübahisədən sonra Cavabdeh1 mənzillərdən birini, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən bina 3, 126 nömrəli mənzil iddiaçıya qaytarmışdır, lakin digər mənzilləri qaytarmayacağını bildirmişdir. Bundan başqa qeyd edir ki, həmin mənzillər iddiaçının istifadəsində olmuşdur, mənzillərin təmirini iddiaçı etmişdir, mənzilləri iddiaçının tərəfindən Tünzalə Əhmədovanın vasitəsilə kirayəyə vermişdir, kirayə pulları iddiaçıya çatmışdır. Bütün bunlara dair sms yazışmalar, səs yazıları, şahidlər və digər sübutlar vardır. Hazırda bir mənzil iddiaçıya qayıtmışdır, digər yerdə qalan 2 mənzilin (Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzil) çıxarışı cavabdehin adındadır. Həmin çıxarışlar ləğv edilərək dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmaqla yeni çıxarışlar verilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, iddiaçı tələbində ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, lakin ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilin Cavabdeh1 məxsus olmasına dair çıxarış mövcud deyildir. Bundan əlavə digər mənzil olan Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil isə çıxarış əsasında Cavabdeh1 mülkiyyətindədir. Qanunvericiliyə əsasən, mülkiyyət hüququ qanunla qorunur. Odur ki, o, iddia tələbinin əsassız olduğundan, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iclasında şahid qismində ifadəsi alınmış X6 bildirmişdir ki, o, iddiaçının əmisioğludur. Cavabdeh1 onların yerlisidir. İddiaçı ilə cavabdehlərin münasibətləri isə çox yaxşı olmuşdur. İddiaçı ilə cavabdeh arasında həm dost, həm tanışlıq münasibətləri olmuşdur. O, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzillərə görə MTK-ya aylıq ödənişlərinin ödənilməsində 3-4 dəfə iştirak etmişdir. Daha sonra isə iddiaçı ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzili alması üçün ona 50000 manat pul göndərmiş və qalanını da kreditə salmasını bildirmişdir. Cavabdeh1 evlərin ödənişi ilə bağlı nəsə lazım olduqda həmişə ona zəng etmişdir. Bir müddət sonra Cavabdeh1 bu evlərin onun adında qalmasını istəmədiyini bildirmiş və evlərin onlardan birinin adına keçirilməsini istəmişdir. Lakin sonradan cavabdehin fikri əskinə dəyişmiş və Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən bina 3, 126 nömrəli mənzilin pulunu bank hesaba qaytaran zaman, pulu hesabdan çıxarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh pulun 15000 manat hissəsini özündə saxlayıb, qalan pulu iddiaçıya vermişdir. Təsdiq edir ki, həmin mənzilləri iddiaçı almışdır. Məhkəmədə iclasında şahid qismində ifadəsi alınmış X5 bildirmişdir ki, o, iddiaçı ilə yerlidir və normal münasibətləri olmuşdur. Sözügedən mənzillər iddiaçı tərəfindən alınmışdır, lakin cavabdehin adına olmuşdur. İddiaçının evlərində hətta o, usta olaraq işləmişdir. Xırdalanda olan 2 mənzilin onun adına keçiriləcəyi söz verilmişdir. 9-cu mkr-da yerləşən mənzili X6, Xırdalanda yerləşən 2 mənzili isə X2 iddiaçıya tapmışdır. Evlərin alınmasında şəxsən iştirak etməmiş, lakin evlərin iddiaçının aldığını bilmişdir. Məhkəmədə şahid qismində cəlb edilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostudur və 20 ildən artıqdır ki, Moskvada işləyir. O, Quliyev Susana ilə də eyni kənddəndir. Lakin cavabdeh iddiaçının etibarından sui-istifadə etmiş, evləri iddiaçı alsa da cavabdehin adınna keçirmişdir. Sonradan isə cavabdeh evləri iddiaçının adına keçirməkdən imtina etmişdir. Məhkəməyə şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, Xırdalan şəhəri, Heydər Əliyev prospektində işləyir və əmlak alqı- satqısı ilə məşğuldur. Onun iddiaçı ilə qohumluğu vardır. Təxminən 3-4 il əvvəl iddiaçı onun osifinə yaxınlaşaraq kreditlə mənzil almaq istədiyini bildirmişdir. Daha sonra iddiaçı Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzili və həmin kompleksdə bina 3, 126 nömrəli mənzili bəyənmiş, lakin öz adına deyil, başqasının adına keçirmək istədiyini bildirmişdir. Alqı-satqı olunan zaman iddiaçı hər 2 mənzili Cavabdeh1 adına almışdır. Onu da qeyd edir ki, mənzlləri uzun illər o, kirayə vermiş, pulları isə iddiaçıya göndərmişdir. Odur ki, qeyd etdiyi mənzilləri iddiaçı almışdır və iddiaçıya məxsusdur. Çünki Cavabdeh1 həmin mənzilləri almağa maddi imkanı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 279 saylı reyestr kitabının 71 saylı vərəqində **********96-05301-093065 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı və Quliyeva X3 rayonu, Qaradolaq Ə/D, Qaradolaq kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 həmyerli olmuş və aralarında dostluq münasibətləri olmuşdur. İddiaçı ərizəsində Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli, həmin kompleksdə bina 3, 126 nömrəli və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilləri aldığını, lakin sonradan öz adına keçirməsi şərti ilə Cavabdeh1 adına keçirdiyini, sonradan isə cavabdehin onun etibarından sui istifadə edərək, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilləri mülkiyyət hüququ əsasında adına keçirmədiyini bildirmişdir. Hazırda, iddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilə dair verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini, həmin məzillərə dair müvafiq olaraq dövlət reyestrində onun adına dair qeydiyyat aparılmaqla həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 279 saylı reyestr kitabının 71 saylı vərəqində **********96-05301-093065 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin iddiaçı tələbində ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, iş materiallarında ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair Cavabdeh1 aid çıxarış aşkar edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilin Cavabdeh1 mülkiyyətində olmaqla qeyd olunan hal mülki işin mübahisələndirilməyən tərəfidir. İddiaçı Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzililə dair çıxarışın ləğv edilməsini tələb etsə də, həmin çıxarışın verilməsinə əsas olan sənədləri mübahisələndirməmiş, özünün mülahizələrinə uyğun plaraq onun aldadıması nəticəsində iddiaçının həmin mənzilin öz mülkiyyətinə keçirməsini məhkəməyə bildirmişdir və yalnız iddiaçının adına olan çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk əvvəl çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, sonra çıxarışın ləğvini tələb edə bilərdi. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Qanunun 8.0.6. maddəsində əsasn mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) MTK-a tərəfindən pay hüququ ilə verilmiş mənzilin Dövlət qeydiyyatına alınması üçün əsasdır. Ona görə də, məhkəmə iddianın bu hissəsini əsaslı hesab etməyərək təmin edilməməsi qərarına gəlir. İddianın ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində məhkəmə, iddiaçı tərəfindən həmin mənzilə dair hər hansı bir sübut təqdim edilmədiyindən həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə şahidlərin ifadəsi ilə bağlı qeyd edir ki, şahidlər iddiaçın cavabdehin adına Abşeron rayonu, Heydər Əliyev prospekti “Kristal Abşeron” yaşayış kompleksində yerləşən 42.3 kv.m sahəsi olan, 2 otaqlı, bina 11, 98 nömrəli mənzilin və ünvan 1 ünvanında inşa edilmiş, ümumi sahəsi 77 kv.m olan, 127 nömrəli 2 otaqlı mənzilin alınmasında pul vəsaitinin onun tərəfindən ödənilərək mənzillərin alınmasında iştirak etdiyini bildirərək təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, mənillərin alınmasında iştirak etmiş iddiaçı gələcəkdə cavabdehə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ vardır və bu hüququ özündə saxlayır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Mülki Məcəllənin; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İ˝nsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, ˝hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. "Daşınmaz Əmlakın Dövlət Reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi qanunverici mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin "G Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən və ləğv edilməsinə heç bir əsas olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması, həmin mənzillərə dair onun adına yeni çıxarışların verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov