Məhkəmə qərarları › İş №2(012)-2827/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2827/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2827/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci ildə Ermənistanın Yexeqnadzor rayonunun Keşişkənd kəndində anadan olması barədə doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Keşişkənd şəhərində anadan olmuşdur. O, doğum akt qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən ona xx.xx.2024-cü il tarixdə imtina məktubu verilmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx.xx.1968-ci il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Keşişkənd kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X2, ana adı qrafasında X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Abşeron rayonu Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O təsdiq etdi ki, qardaşı Ərizəçi xx.xx.1968-ci ildə Ermənistanın Yexeqnadzor rayonunun Keşişkənd kəndində anadan olmuşdur. X8, anaları isə Qismət Əliyeva olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Azər xx.xx.1968-ci ildə Ermənistanın Yexeqnadzor rayonunun Keşişkənd kəndində anadan olmuşdur. Onların bütün bacı və qardaşları orada anadan olmuşlar. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əliyev X4 rayonu, Mehdiabad qəsəbəsi, Xəzri küçəsi, ev 21 ünvanında yaşayır. - Abşeron rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən 3-16-5/8-xx-xx/2024 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, itmiş sənədlərin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - H3 ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə Ermənistan SSR Yexeqnadzor rayonu, Qadikvank kəndində doğulmuş Ərizəçi xx.xx.1987ci il tarixdə Bakı şəhərinin Kirov rayon HK-da hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistanın Yexeqnadzor rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan SSR Yexeqnadzor rayonu, Keşişkənd kəndi, soyadı, adı, atasının adı Ərizəçi, ata adı X2, ana adı X1 qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan SSR Yexeqnadzor rayonu, Keşişkənd kəndi, soyadı, adı, atasının adı Ərizəçi, ata adı X2, ana adı X1 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar