Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2833/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi) avtombilin sahibsiz hesab edilməsinə dair ərizəsinə 03 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi) avtombilin sahibsiz hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərk 2005-ci ildə Özbəkistan Respublikasında istehsal edilmiş Daevvoo Nexia markalı, 99 M-749 dövlət qeydiyyat nişanlı, ban XVVB3L31BD6A198770 nömrəli avtomobili çıxdaş elan edilməklə sahibsiz elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsinin məzmunundan göründüyü kimi, üzərində ban XVVB3L31BD6A198770 olan ban 2005-ci ildə Özbəkistan Respublikasında istehsal edilmiş avtomobilə aiddir və həmin avtomobil Azərbaycan Respublikasında 99-KM -749 dövlət qeydiyyat nişanı əsasında uçotdadır. Qeyd edilənlərdən göründüyü kimi ban nömrəsi XVVB3L31BD6A198770 olan 99-KM -749 dövlət qeydiyyatlı nişanlı avtomobil mövcud olduğu üçün ərizəçinin xahişində mübahisə olduğundan ərizəçi xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə MPM-nin 153.2.1 maddəsinə əsasən iş məhkəmədə baxılmalı olmadığından imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3. maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa-ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından iddiaçı X1 xx.xx.2023-cü il tarixdə 704 nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi) avtombilin sahibsiz hesab edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Maliyyə İdarəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2833/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2833/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver