Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2836/2020 08.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakimCəmilə İbrahim qızı Səfiyeva İddiaçı X1 cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsinə xx xxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı X1 cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilən sənədlərdən cavabdehin qeydiyyat yerinin Bakı şəhəri Nəsimi və Nərimanov rayonu olduğu, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin isə Sumqayıt şəhəri ərazisinə aid olduğu müəyyən edilir.Yəni göründüyü kimi hazırkı iddia ərizəsi nə subyektiv tərkibinə, nə də müstəsna aidiyyata görə Abşeron rayon məhkəməsində baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39-cu maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyatına görə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalı, iddianın predmeti Sumqayıt şəhər məhkəməsinin ərazisində yerləşən daşınmaz əmlakla əlaqədar olduğundan iddiaçıya hazırkı ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlak üzərində qeydə alınmış hüquqların ləğvinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2836/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2836/2020
08.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver