Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2851/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladlarıxx.xx.2007-ci il təvəllüdlü,X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə ona məxsus Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində, İddiaçı qarşı mənzilə mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia tələblərinin rədd edilməsi, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilməsinə yəni - birgə nikah dövründə İddiaçı adına alınmış Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi, bina 7 ünvanında yerləşən 31 nömrəli mənzilə Cavabdeh 1/2 hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia tələblərinin rədd edilməsi, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilməsinə yəni - birgə nikah dövründə İddiaçı adına alınmış Abşeron rayon, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi, bina 7 ünvanında yerləşən 31 nömrəli mənzilə Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü, X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Əvvəllər tərəflərin münasibətləri normal olsa da sonradan aralarında narazılıqlar, dava-dalaşa səbəb olmuşdur. Keçən il Cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın yanında saxlanılması və aliment tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-954/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü, X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ananın yanında saxlanılmış, birgə nikahdan dünyaya gəlmiş övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş qətnamə öz qanuni qüvvəsini almışdır. Bildirmək istəyir ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi, bina 7 ünvanında yerləşən 31 nömrəli mənzilin alınması üçün İddiaçıla “X9" MMC arasında xx.xx.2007-ci il tarixdə aylıq ödənişi 215 manat, 45 qəpik olmaqla 15 illik, 1393 nömrəli müqavilə bağlanmışdır. Nikahları pozulduqdan sonra İddiaçı 1393 nömrəli müqavilə üzrə yaranmış borc olan 1600 manat pul vəsaitini satıcıya ödəyərək, sözügedən mənzilə xx.xx.2023-clı il tarixli **********18-05307-093050 reyestr nömrəli çıxarış əldə etmişdir. Sözügedən mənzil 1 otaqlı olmaqla ümumi sahəsi 44 kv metrdən ibarətdir. Cavabdehlə nikahlarının pozulmasından 1 il vaxt keçməsinə baxmayaraq hələdə tərəflər bir otaqlı mənzildə birgə yaşayırlar. İddiaçı dəfələrlə cavabdehə mülkiyyətində olan mənzili azyaşlı övladları ilə tərk etməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Artıq tərəflərin bir mənzildə yaşamaqları dözülməz həddə çatmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, o, ilkin iddianın təmin edilməsini, qarışılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, ilkin iddia tələbləri təmamilə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Belə ki, Cavabdeh övladları ilə birlikdə çıxarılması tələb edilən mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş mənzil olduğundan həmin əmlak Ailə və Mülki qanunvericiliyə əsasən ümumi birgə mülkiyyət hesab edilir. Belə olan halda ilkin iddia tələblərinin tam əsassız olması aydın olur. Qeyd edilənlərə əsasən hazırki mülki iş üzrə qarşılıqlı iddia vermək zərurəti yaranmışdır. Belə ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar, dava-dalaşa səbəb olmuşdur. Keçən il Cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın yanında saxlanılması və aliment iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-954/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2007-ci iləvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ananın yəni Cavabdeh yanında saxlanılmış, birgə nikahdan dünyaya gəlmiş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş qətnamə öz qanuni qüvvəsini almışdır. Bildirmək istəyir ki, ilkin iddiaçı ilə birgə nikah dövründə Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzilin alınması üçün ilkin İddiaçı ilə "X9" MMC arasında xx.xx.2007-ci il tarixdə aylıq ödənişi 215 manat 45 qəpik olmaqla 15 illik, 1393 nömrəli müqavilə bağlanmışdır. Həmin 1393 nömrəli müqavilə üzrə mənzilə görə borc tam olaraq nikah dövründə ödənilmişdir. Lakin İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarına dair qeydiyyatı nikah pozulduqdan sonra yəni, xx.xx.2023-cü il tarixdə qeydə aldırmış və buna dair **********18-05307-093050 reyestr nömrəli çıxarış əldə etmişdir. Hal-hazırda Cavabdeh həmin mənzildə qeydiyyatda olmaqla övladları ilə birgə sözügedən mənzildə yaşayır. Qeyd edilənlərə əsasən, o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsini dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İsmayıllı Rayon Məhkəməsinin 2(037)-954/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 14 iyul 2006-cı il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 105 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü, X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2007-ci il təvəllüdlü, X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 30 iyun 2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzil **********18-05307-093050 reyestr nömrəsi ilə, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023cü il tarixində İddiaçı mülkiyyətinə qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Nəsirov X1 rayonu, İsmayıllı şəhəri, Ə.Bayramov küçəsi, ev 32 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzil ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Daha sonra İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-954/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yəni Cavabdeh yanında saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. Tərəflər birgə nikah dövründə Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzilin alınması üçün ilkin İddiaçı ilə "X9" MMC arasında xx.xx.2007-ci il tarixdə aylıq ödənişi 215 manat 45 qəpik olmaqla 15 illik, 1393 nömrəli müqavilə bağlanmışdır. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarına dair qeydiyyatı nikah pozulduqdan sonra yəni, xx.xx.2023-cü il tarixdə qeydə aldırmış və buna dair **********18-05307-093050 reyestr nömrəli çıxarış əldə etmişdir. Hal-hazırda Cavabdeh həmin mənzildə qeydiyyatda olmaqla övladları ilə birgə sözügedən mənzildə yaşayır. İlkin iddia üzrə İddiaçı Cavabdeh övladları xx.xx.2007-ci il təvəllüdlü,X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə ona məxsus Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində, İddiaçı qarşı mənzilə payların müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia tələblərinin rədd edilməsi, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilməsinə yəni - birgə nikah dövründə İddiaçı adına alınmış Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi, bina 7 ünvanında yerləşən 31 nömrəli mənzilə Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir ki, bu işin mübahisə edilməyən halıdır. Belə ki, tərəflərin nikaha girmə və nikahdan çıxma tarixi və birgə təsərrüfat aparmaları bunları təsdiq edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə qeyd edir ki, tərəflər mübahisəli mənzili birgə nikah dövründə əldə etdiklərindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh mənzilə dair pay hüququ vardır və həmin mənzil onun gələcəkdə gözlənilən mülkiyyət hüququdur, o paylı mülkiyyətindən məhrum edilə bilməz. Ona görə də Məhkəmə ilk iddiaçının iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qərarına gəlir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakı qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. İşdə olan sübutlardan görünür ki, tərəflər 14 iyul 2006-ci il tarixdə rəsmi nikaha daxil olmuş və xx.xx.2022-ci il tarixdə nikahları pozulmuşdur. Birgə nikah dövründə Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzili ilkin İddiaçı 1393 nömrəli müqavilə əsasında öz adına "X9" MMC-dən xx.xx.2007-ci il tarixdə aylıq ödənişi 215 manat 45 qəpik olmaqla 15 illik müddətinə almış və axırıncı ödəniş olan 1600 manat pul vəsaiti mənzilə görə tam olaraq ödənilmiş, mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı nikah pozulduqdan sonra yəni, xx.xx.2023-cü il tarixdə qeydə aldınmışdır. İşin araşdırılan halları tərəflərin izahatı və sənədlərlə bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin; 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması ; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qanunvericiliyin tələblərinə əsasən yalnız o əmlak birgə mülkiyyət hesab edilə bilər ki, tərəflərdən birinin həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzil birgə nikah dövründə ümumi gəlirlərinin hesabına əldə edildiyindən, həmin əmlak üzərində İddiaçı 1/2 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilməlidir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən ödənilmiş rüsum məbləği iddiaçının özünə aid edilsin. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Abşeron rayon, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1ənzilə iddiaçı Cavabdeh 1/2 hissədə payı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov