Məhkəmə qərarları › İş №2(012)-2866/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2866/2021

08.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2866/2021 08.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı “qeyri-qanuni istifadə olunan torpağın geri qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsi Cavabdeh qarşı “qeyri-qanuni istifadə olunan torpağın geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dair mülki iş üzrə 08 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında onun “qeyri-qanuni istifadə olunan torpağın geri qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin Cavabdeh qarşı “qeyri-qanuni istifadə olunan torpağın geri qaytarılması” barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar