Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2867/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1-də yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda rəsmi qeydiyyatdadır və orada yaşayır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,0149 ha olan torpaq sahəsini X1 almışdır. Bununla bağlı onların arasında Bakı şəhəri 53 saylı Notariat Ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin Cavabdeh ona məxsus fərdi yaşayış evindən çıxmır. Dəfələrlə cavabdehə irad tutsa da, fərdi yaşayış evindən çıxmasını tələb etsə də, nəticəsi olmur. Evdə olanda ona rahatlıq vermir. Musiqi səsini bilərəkdən qaldırır ki, yata bilməsin. Öz evində rahat yaşaya bilmir. Bu yaşında dolanmaq üçün təmizlik işləri ilə məşğul olur. İşdən sonra evə gələndə qapını üzünə açmırlar ki, mülkiyyətçisi olduğu mənzildən çıxsın və orada yaşamasın. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh onun mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1-də yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması və xx.xx.2023-cü il tarixdən başlayaraq, evdən çıxacağı günədək kirayə haqqının hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, Cavabdeh xx.xx.2010cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, cavabdeh onun oğlu ilə qeyri-rəsmi yaşamışdır, lakin hazırda ayrı yaşayırlar. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini 40000 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 3569/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 22 adda əşyanın, olmadığı təqdirdə onların dəyərinin İddiaçı və X4 müştərək qaydada tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Hazırda İddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmalarını xahiş edir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə Cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçının oğlu R.Ə.İskəndərovla qeyri-rəsmi nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazrda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehin öz uşaqları ilə birlikdə yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2867/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2867/2023
26.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver