Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2887/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızı katibliyi, İddiaçı və iddiaçının vəkili-nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladları - 27.12.2004-cü il təvəllüdlü X8 və 07.10.2007-ci il təvəllüdlü X1 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngədə yerləşən, 44.6 kv.m sahəsi olan 44 saylı evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, döngə-1 ünvanında yerləşən 44 saylı ev Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla iddiaçının adınadır. X2 ilə cavabdeh X7 arasında 01.02.2005-ci il tarixdə Saatlı VVADQ şöbəsində 05 saylı rəsmi nikah qeydə alınmışdır. Onların birgə nikahlarından 3 (üç) övladları - 27.12.2004-cü il təvəllüdlü X8, 01.04.2006-cı il təvəllüdlü X11 və 07.10.2007-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Oğlu İlham ilə cavabdeh arasında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Nikahları formal xarakter daşıdığı və ailə münasibətləri dözülməz həddə çatdığı üçün oğlu nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Hazırda ona məxsus mənzildə cavabdeh tək başına yaşayır. Onlar həmin evə gedə bilmirlər. Cavabdeh ilə oğlu arasında nikah 2005-ci ildə qeydə alınmışdır. Mübahisəli ev isə 2004-cü ildə alınmışdır. Belə ki, X4 onun həyat yoldaşıdır. Həyat yoldaşı 28 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Mübahisəli ev ilk öncə mərhum ərinin adına olmuşdur. Onlar hazırki mübahisəli evi Bakı şəhərində mərhum ərinin adına olan evi sataraq əldə etmişlər. Əri 2007-ci ildə vəfat etdikdən sonra vərəsəlik yolu ilə ev onun adına keçmişdir. Cavabdehin onun mülkiyyətində olan mübahisəli evdə qeydiyyatda olması ona mülkiyyət, istifadə və əmlak üzərində sərəncam vermək və sair hüquqlarını həyata keçirməyə imkan vermir, maneçilik yaradır. Dəfələrlə cavabdehdən mülkiyyətində olan evdən həm qeydiyyatdan, həm də evdən çıxmasını xahiş etmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edir və hesab edir ki, məhkəmə qaydasında cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, döngə-1, 44 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli və evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X12 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçının oğlu ilə cavabdehin birgə nikahlarından 3 övladları vardır. İkisi qız, biri isə oğlandır. Məhkəmə qətnaməsi ilə qızlar anaya, oğlan isə ataya verilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbinin “Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngədə yerləşən, 44.6 kv.m sahəsi olan 44 saylı evdən istifadə hüquqlarına xitam verilməsi” hissəsi məhkəmədə baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işin icraatına bu hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehin və onun azyaşlı övladlarının evdən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından göründüyü kimi cavabdehin mübahisəli evdə qeydiyyatları olmuşdur,orada yaşayır, cavabdehin oradan istifadə hüquqlarının mövcudluğu barədə sənəd iş materiallarında mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında müəyyən edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırkı halda işin icraatına iddia tələbinin “Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngədə yerləşən, 44.6 kv.m sahəsi olan 44 saylı evdən istifadə hüquqlarına xitam verilməsi” hissəsində xitam verilməli, cavabdehin mübahisəli evdən qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçı ərizə ilə müvafiq icra orqanına (Polis İdarəsinə) müraciət etməli, imtina aldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbinin “Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngədə yerləşən, 44.6 kv.m sahəsi olan 44 saylı evdən istifadə hüququna xitam verilməsi” hissəsi üzrə iş ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2887/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2887/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver