Məhkəmə qərarları › İş №2(012)-2900/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2900/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2900/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1ə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1ə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı uzun illər orta məktəb müəllimi işləmiş, hazırda isə təqaüddədir və Masallı rayonu Ərkivan qəsəbəsində yaşayır. Cavabdeh iddiaçının qızı Humay Allahverdiyevanın keçmiş həyat yoldaşıdır və onların nikahı Abşeron rayon Məhkəməsinin 14.01.2016-cı il tarixli 2(012)-78/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Onların uşaqları hazırda yetkinlik yaşına çatmış, uşaqlardan biri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis nəfəri, digəri isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çavuş kimi xidmət edir. Üçüncü uşaq olan qız övladları isə anası ilə birlikdə yaşayır. Hazırda iddiaçının 72 yaşı var və nəvələrinin təhsil haqlarını təmin etmək və evləndirmək niyyətindədir. Bu səbəbdən də bu işlərin həyata keçirilməsi üçün maddi vəsait tələb olunur və iddiaçı mülkiyyətində olan mənzili satmaq niyyətindədir, hətta mənzilinə real alıcı da vardır. Lakin cavabdehin harada olması məlum olmadığından və keçmiş kürəkəninin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mənzilin satılması prosedurunu həyata kəçirməsinə maneə yaradır. Evdə iddiaçının keçmiş kürəkəni Cavabdehla bərabər iddiaçının qızı 04.09.1973-cü il təvəllüdlü X3, gəlini 08.03.1995-ci il təvəllüdlü X5, kürəkəni xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh, nəvələri 12.07.1994-cü il təvəllüdlü X16, 07.01.2004-cü il təvəllüdlü X14, nəticələri 25.07.2018-ci il təvəllüdlü X8, 04.12.2019-cu il təvəllüdlü X12 qeydiyyatdadırlar. İddiaçının qızı və uşaqları özlərinə məxsus AAAF yaşayış kompleksində yerləşən mənzillərində yaşayırlar, lakin evin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmirlər. Ev üzərində sərəncam verməyinə də etiraz etmirlər. İddiaçının qızı və ailəsi, o cümlədən Cavabdeh iddiaçıya məxsus evdə qeydiyyatda olmalarına baxmayaraq bircə gün olsun belə həmin evdə yaşamamışlar. Onların evə istifadə hüquqları yoxdur. Ona görə də bu hüquq məhkəmə qaydasında öz təsdiqini tapmalıdır. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 27.03.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 İddiaçı adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27.03.1997-ci il tarixli 66 saylı sərəncamı əsasında qeydə alınmış və bu barədə 29445 saylı reyestr kitabında 2935 saylı inventar işi ilə qeydiyyat aparılmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 1014 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1də yaşayır, ailə üzvləri 04.09.1973-cü il təvəllüdlü X3, 08.03.1995-ci il təvəllüdlü X5, 12.07.1994-cü il təvəllüdlü X9, 07.01.2004-cü il təvəllüdlü X14, 25.07.2018-ci il təvəllüdlü X8, 04.12.2019-cu il təvəllüdlü X12 qeydiyyatdadırlar və xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh 2005-ci il tarixdən qeydiyyatdadır. -Abşeron Rayon Məhkəməsinin 14.01.2016-cı il tarixli 2(012)-78/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X3 arasında 04.10.1991-ci il tarixdə Masallı rayonunun Ərcivan kənd sovetində 135 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulmuş, 07.01.2004-cü il təvəllüdlü X6 anası X1 yanında qalması, 07.01.2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X1 xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 08.09.2015-ci il tarixdən hesablanması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin cavabdehə aid edilməsi qət edilmişdir. -Masallı RPŞ tərəfindən 28.04.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdulla X7 rayonu Ərkivan kəndində qeydiyyatdadır. -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli arayışdan görünür ki, Əzizov X10 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi küçə 7, 22 saylı evdə qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olundu ki, ünvan 1 Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 27.03.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qızı X3 ilə 04.10.1991-ci il tarixdə nikaha daxil olmuş və nikahları Abşeron rayon Məhkəməsinin 14.01.2016-cı il tarixli 2(012)- 78/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2005-ci ildə qeydiyyata düşmüş, hazırda cavabdehin harada olması barədə məlumat olmadığından və iddiaçının qızı ilə cavabdehin nikahı pozulduğundan iddiaçı cavabdehin mülkiyyətində olan evə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi İddiaçı qızı X3 ilə Cavabdeh nikahı 04.10.1991-ci il tarixdə bağlanmış, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1ə 2005-ci ildə qeydiyyata alınmışdır. Məlum olduğu kimi ailə üzvü olan cavabdeh evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. Cavabdehin qeyd edilən evə daimi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12.03.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Eyni zamanda işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının ünvan 1ə dair qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh ünvan 1də formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh ünvan 1ə istifadə hüququ itirilmiş hesab edilsin. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar