Məhkəmə qərarları › İş №2(012)-2913/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2913/2021

05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2913/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdehlər X4 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X11 və etibarnamə əsasında satıcı qismində çıxış edən İddiaçı arasında 12 avqust 2008-ci il tarixdə bağlanmış torpaq alqı-satqı müqaviləsinin (AN-İ № 0172915), 2016-cı il tarixdən bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpağa dair çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları pul vəsaitinin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03.12.2001-ci il tarixdə Land Olakes şirkətinin marketinq üzrə mütəxəssisi, 01.04.2003-cü il tarixdə X23 layihəsinin koordinatoru və bundan sonra, yəni 29.08.2005-ci il tarixdən 15.07.2013-cü il tarixədək fasiləsiz 8 il müddətində BP Exploration (Caspian Sea) Ltd. Şirkətində çalışmışdır. İşə başlayandan aylıq gəlirlərdən əlavə bonuslar da almış və sonuncu iş yeri üzrə arayışa əsasən vergi tutulmamış aylıq məvacibi 8830 manat olmuşdur. X4 hüquqi varisi (mərhum atası 2009-cu ildə vəfat etmişdir) Cavabdeh3 (ögey anası) və digər Cavabdeh1 ilə 2001- 2014-cü illər ərzində birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Əldə olunmuş pul vəsaitlərinə bir neçə daşınmaz əmlaklar almış və alınan daşınmaz əmlakları atasının adına rəsmiləşdirmişdir. Əldə olunmuş pul vəsaitlərindən bir hissəsinə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsini mülkiyyətçilərdən - Sadıqov Rafiq Babaş oğlu, X13, X25, X15 və X8 təmsil edən X3 02 iyun 2008-ci il tarixdə 50 000 ABŞ dolları ödəməklə etibarnamə əsasında almışdır. Bundan sonra, həmin etibarnamə ilə 12 avqust 2008-ci il tarixdə atası X4 adına alqı-satqı müqaviləsi ilə simvolik qiymətə 12 000- 00 manata rəsmiləşdirmişdir ki, torpağa dair digər rəsmi sənədləri əldə etsin və beləliklə, atası X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına MH ******* nömrəli (reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02.09.2008-ci il) çıxarış və torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646-647-ci maddələrinin məzmunu alıcıya və satıcıya izah edilməmiş və beləliklə, tərəflərin hüquqları pozulmuşdur. Atası T.İddiaçı 2009-cu ilin mart ayında vəfatından sonra, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə onun və Cavabdeh3 adına rəsmiləşdirilmiş və o, vərəsəlik üzrə öz payını analığı, bu iş üzrə Cavabdeh3 bağışlamışdır. Sonradan isə o, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmiş və digər Cavabdeh1 bağışlama müqaviləsi ilə bağışlamışdır. Bu məsələ üzərində aralarında münaqişə yarandıqda, Cavabdeh1 mübahisəli torpaq sahəsini tez-tələsik Sumqayıt Asan xidmət mərkəzinin Notariat Kontoru tərəfindən aparılmış 14 yanvar 2019-cu il tarixdə Cavabdeh2 bazar qiymətindən çox aşağı qiymətə - 30 000 manata satmışdır. Aydındır ki, əsl niyyəti torpaq sahəsini təcili özgəninkiləşdirmək, hüquqları başqasına ötürüb ara sakitləşəndə pulları mənimsəmək olmuşdur. Hesab edir ki, Abşeron rayonu 2 saylı Notariat Kontoru tərəfindən aparılmış 12 avqust 2008-ci il tarixli 4Ə-09/1538 reyestr nömrə ilə qeydə alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsinə dair onunla X11 arasında bağlanmış torpağın alqı-satqı müqaviləsi və həmin müqavilədən irəli gəlmiş hüquqi nəticələr etibarsız sayılmalı və ləğv olunmalıdır. Həmçinin də, Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən aparılmış 23 fevral 2016-cı il tarixli 4Ə-317 reyestr nömrə ilə qeydə alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və qeydiyyat tarixi 09.03.2016-cı il, qeydiyyat nömrəsi **********, ******* nömrəli çıxarış məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Həmçinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Mülki iş üzrə 21.04.2021-ci il, 13.07.2021-ci il, 22.07.2021-ci il, 04.08.2021-ci il, 01.09.2021-ci il tarixlərinə təyin olunmuş məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat vermiş, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 hüquqi varisi Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə İddiaçı ona və digər cavabdehlərə qarşı iddia tələbi üzrə mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi barəsində Abşeron rayon Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaçı, onun oğlu olan İddiaçı iddia etmişdir ki, guya mübahisə predmetini o, almışdır. Halbuki, məhkəmə araşdırma aparmış və məlum olmuşdur ki, mülkiyyətçi onun mərhum yoldaşı olmuş və yoldaşının vəsaiti hesabına alınmışdır. Vərəsəlikdən ona qalmış bir torpaq sahəsi olmuşdur. İddiaçı notariat qaydada öz payından imtina etmiş, rəsmi qaydada ona öz payını bağışlamışdır. Artıq İddiaçı və onun həyat yoldaşı olan X28 ilə əlbir olaraq 6 ilə yaxındır ki, onunla mülk mübahisəsi aparır və ona aid olan mülkiyyətləri satıb fikirləri Azərbaycandan getməkdir. Dəfələrlə ona problemlər yaratmış, hətta dəfələrlə ona əl qaldırmış, həyatına təhlükə yaratmışlar. 20 sot torpaq sahəsini o, neçə il bundan qabaq qızı Cavabdeh1 bağışlamış, qızı da öz mülkiyyətini qanuni şəkildə Cavabdeh2 satmışdır. İki ildir ki, mülkiyyətçi Cavabdeh2dur. İndi isə həmin vətəndaşlara narahatlıqlar yaradır, əsassız iddialar verərək məhkəməyə müraciət edirlər. Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin hazırki mübahisə predmeti olan torpaq sahəsi barəsindəki məhkəmə aktını qüvvədə saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul etmişdir ki, həqiqətən mülkiyyətçi onun mərhum həyat yoldaşı X11 olmuş və rəhmətə gedəndən sonra isə o, vərəsəlik şəhadətnaməsini əldə etmişdir. Həmin torpaq sahəsi onun mərhum yoldaşı ilə birgə nikah dövründə əldə olunmuş mülkiyyətidir, indi isə İddiaçı həyat yoldaşı olan X28 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gah qızını, gah onu, gah Cavabdeh2 əsassız iddialar verərək narahat edir. Gah Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə, gah da Abşeron Rayon Məhkəməsinə dolayı yollarla müraciət edir ki, ona və qızına problemlər yaransın. Qeyd olunan torpaq sahəsinin mülkiyyətçisinə öz mülkiyyəti kimi istifadə etməyinə manelər törədir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən mülkiyyətçi Cavabdeh2dur. Əlavə olaraq, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzilini eyni zamanda Beynəlxalq Banka qoyaraq, 50000 manat kredit götürmüş, bu günə kimi də ödəməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə İddiaçı ona və digər cavabdehlərə qarşı iddia tələbi üzrə mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi barəsində Abşeron rayon Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaçı, onun qardaşı olan İddiaçı iddia etmişdir ki, guya mübahisə predmetini o, almışdır. Halbuki, məhkəmə araşdırma aparmış və məlum olmuşdur ki, mülkiyyətçi onun mərhum atası olmuş və və atasının vəsaiti hesabına alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul etmişdir ki, həqiqətən mülkiyyətçi onun mərhum atası X11 olmuş və rəhmətə gedəndən sonra isə anası qanuni yolla notariat qaydada ona bağışlamışdır. Mülkiyyətçi kimi o, bir neçə müddətdən sonra öz mülkiyyətini satmaq qərarına gəlmişdir. Bunu eşidən qardaşı-iddiaçı onunla problemlər yaratmışdır, belə ki, iddiaçının Beynəlxalq Banka 50000 manat borcu olduğu halda ona təzyiqlər göstərmiş, hətta dəfələrlə anasına əl qaldırıb təhqirlər etmişdir. Bu mülkün İddiaçı heç bir aidiyyəti yoxdur. Çünki İddiaçı öz payından notariat qaydada imtina etmiş, öz payını Anasına bağışlamışdır. İddiaçı sonra onun həyat yoldaşı eyni iddialarla məhkəməyə müraciət etmişdir ki, əsas məqsədi də məhz ona və anasına problemlər yaratmaqdır. O, torpağı Cavabdeh2 2 ildir ki, satmışdır. Lakin İddiaçı vətəndaşlara 2 ildir ki, narahatlıqlar yaradır. Əsassız iddialar yazır ki, torpaq sahəsi üzərinə həbs qoyulsun. Artıq 6 ildir ki, həmin torpaq sahəsi üzərində məhkəmə prosesləri gedir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha olan torpaq sahəsini almış və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.01.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışı ilə onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair İddiaçı və həmçinin onun həyat yoldaşı X31 tərəfindən əsassız iddia ərizələri irəli sürülərək ona öz mülkiyyətindən istifadə etməyə maneələr yaradırlar. Nəticə etibarı ilə o, artıq 3 ilə yaxın müddətdir ki, öz mülkiyyətindən istifadə edə bilmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18.12.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfat təyinatlı 0.2068 ha torpaq sahəsi Sadıqov Rafiq Babaş oğlunun, X5, X16, X9 və X6 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********* qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon 1 saylı Dövlət notariat kontorunda təsdiq olunmuş 01.06.2008-ci il tarixli 7E-15-8597 reyest nömrəli AR-İ 061933 saylı etibarnamənin surətindən görünür ki, Sadıqov Rafiq Babaş, X13, X25, X1 İbrahim Tofiq oğluna həmin etibarnamə ilə 18.12.2006-cı il tarixli reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan çıxarışa əsəsən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı və digər səlahiyyətləri 01.06.2038-ci il tarixədək etibar etmişdir. -X24 Babaş oğlunun, X5, X16, X9, X6 adından etibarnamə ilə çıxış edən İddiaçı ilə alıcı X11 arasında bağlanmış 12.08.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsini alıcıya 12000-00 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.09.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfat təyinatlı 0.2068 ha torpaq sahəsi X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.03.2009-cu il tarixli AZ-İ № 348459 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.03.2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 302 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş təkrar verilmiş 13.12.2017-ci il tarixli AZ-İ № 914124 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 03.03.2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 302 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Bakı şəhəri 27 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 20 oktyabr 2009-cu il tarixli 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03.03.2009-cu il tarixdə vəfat etmiş X4 vərəsələri bunlardır: həyat yoldaşı: Cavabdeh3, oğlu: İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzilindən ibarət olmuşdur. -Bakı şəhəri 27 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 29.04.2011-ci il tarixli 2V-110 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03.03.2009-cu il tarixdə vəfat etmiş X4 vərəsələri bunlardır: arvadı: Cavabdeh3, oğlu: İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsindən ibarət olmuşdur. -Hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh3 arasında bağlanmış 29.04.2011ci il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı 29.04.2011-ci il tarixli 2V-110 saylı, 4Ə-02/257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəlik yolu ilə ona çatmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsində olan payını anası Cavabdeh3 bağışlamışdır. Tərəflər bağışlanan torpaq sahəsini təmənnasız qiymətləndirmişlər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.06.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan Cavabdeh1 arasında bağlanmış 23.02.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsini qızı Cavabdeh3 bağışlamışdır. Tərəflər daşınmaz əmlakı qiymətləndirməmişlər. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.03.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı torpaq sahəsinə dair bağışlama müqaviləsinin və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı Notariat Kontorunda 23 fevral 2016-cı il tarixli 4Ə-317 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və cavabdeh ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi ********** olan, ******* nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 01 noyabr 2017-ci il tarixli iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinə dair Bakı şəhəri 27 saylı Notariat Kontorunda 29 aprel 2011-ci il tarixli 4Ə-02/257 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamədən daha sonra görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ ilk öncə X7 məxsus olmuşdur. 2009-cu ildə X11 vəfat etdiyindən həmin torpaq sahəsi vərəsəlik qaydasında Cavabdeh3 və İddiaçı keçmişdir. Lakin İddiaçı vərəsəlik qaydasında torpaq sahəsindən ona aid olan hissəsindən Cavabdeh3 xeyrinə imtina etmişdir, nəticədə mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ tam olaraq Cavabdeh3 məxsus olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi kimi Cavabdeh3 həmin torpaq sahəsini qızı Cavabdeh1 bağışlamışdır. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh1 məxsus olmuşdur. Bütün bu prosedurlar isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və müvafiq sənədlərlə həmin faktlar öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanılmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsini tələb etsə də, bu tələbin irəli sürülməsi üçün hər hansı hüquqi əsası olmamışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 02.10.2018-ci il tarixli 2(105)-2780/2018 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)- 7898/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.01.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X17 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 14 yanvar 2019-cu il tarixli 4Ə-121 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və qeydiyyat tarixi 16.01.2019, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh İddiaçı ilə birgə nikah zamanı qazanılmış vəsait hesab edilməsi və həmin birgə nikah zamanı qazanılmış 50000 ABŞ dolları məbləğində pul vəsaitinin bölünərək ona düşən hissə nəzərə alınaraq bölünüb ½ hissəsinin onun, ½ hissəsinin isə cavabdehlərə verilməsi və tutmanın Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan mübahisəli torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılmasına dair iddia tələbi rədd edilmişdir. Qətnamədən daha sonra görünür ki, iş materiallarında olan 14.01.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsini 30000 manat qiymətinə Cavabdeh2 satmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 14.08.2020-ci il tarixli 2(105)-1117/2020 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(012)- 3464/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.03.2021-ci il tarixli 2(103)- 1384/2021 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.08.2020ci il tarixli 2(105)-1117/2020 saylı dəyişdirilmədən saxlanılmışdır. -BP Exploration (Caspian Sea) Limited şirkəti tərəfindən verilmiş 19.02.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı 29.08.2005-ci il tarixindən bu günədək BP Exploration (Caspian Sea) Ltd. şirkətində işləyir. Hal-hazırda davamlı inkişaf təşəbbüsü meneceri vəzifəsini tutur. Vergi tutulmamış aylıq məvacibi 8330 manatdır. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 23.11.2002-ci il tarixli AZE № 00658303 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzilində qeydiyyatda olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 02.10.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 8 mkr C.Xəndan küçəsi 42A saylı evin 224 saylı mənzilində qeydiyyatdadır. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 20.04.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu 8 mkr C.Xəndan küçəsi 42A saylı evin 224 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 02.10.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əsgərov X18 rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi 15 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə alıcı X11 arasında bağlanmış 12.08.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsini alıcıya 12000-00 manata satmış və həmin torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02.09.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X11 03.03.2009cu il tarixdə vəfat etmiş, Bakı şəhəri 27 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 20 oktyabr 2009-cu il tarixli 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsələri olaraq həyat yoldaşı Cavabdeh3 və oğlu İddiaçı miras əmlak olaraq Bakı şəhəri Binəqədi rayonu 8 mkr Ş.Məmmədova küçəsi 11 saylı evin 108 saylı mənzili, 29.04.2011-ci il tarixli 2V-110 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə miras əmlak olaraq Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi qalmışdır. Daha sonra İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 29.04.2011-ci il tarixli bağışlanma müqaviləsinə əsasən İddiaçı 29.04.2011-ci il tarixli 2V-110 saylı, 4Ə-02/257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəlik yolu ilə ona çatmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsində olan payını anası Cavabdeh3 bağışlamış və 25.06.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışla həmin torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırki iş üzrə Cavabdeh3 bağışlanma müqaviləsi əsasında mülkiyyətinə verilmiş torpaq sahəsini öz növbəsində qızı Cavabdeh1 bağışlamış və tərəflər arasında 23.02.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.03.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışla qeyd olunan torpaq sahəsinə dair Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh1 öz növbəsində, Cavabdeh2 ilə 14.01.2019-cu il tarixdə bağladığı AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini Cavabdeh2 30000 manata satmış və sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.01.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 16 saylı reyestr kitabının 186 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********79 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla sonuncunun sahiblik və istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi barəsində tərəflər arasında müxtəlif mülki-hüquqi əqdlər bağlanmaqla həmin əqdlərin mübahisələndirilməsi ilə bağlı uzunmüddətli məhkəmə çəkişmələri olmuş, hətta İddiaçı həyat yoldaşı olmuş X31 tərəfindən də həmin əqdlər mübahisələndirilməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı qətnaməsi ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpaq sahəsinə dair Abşeron rayonu 1 saylı Notariat Kontorunda 23 fevral 2016-cı il tarixli 4Ə-317 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, cavabdeh ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi ********** olan, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, 29 aprel 2011-ci il tarixli 4Ə-02/257 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnaməsi ilə isə iddiaçı X17 Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 14 yanvar 2019-cu il tarixli 4Ə-121 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və qeydiyyat tarixi 16.01.2019, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh İddiaçı ilə birgə nikah zamanı qazanılmış vəsait hesab edilməsi və həmin birgə nikah zamanı qazanılmış 50000 ABŞ dolları məbləğində pul vəsaitinin bölünərək ona düşən hissə nəzərə alınaraq bölünüb ½ hissəsinin onun, ½ hissəsinin isə cavabdehlərə verilməsi və tutmanın Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan mübahisəli torpaq sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılmasına dair iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə aktlarından verilən şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı və 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmış və qanuni qüvvələrini almışdır. Məhkəmə yuxarıda qeyd olunan məhkəmə aktları ilə mübahisələndirilmiş mülkihüquqi əqdlərlə bağlı iddia tələbini hazırki iş üzrə İddiaçı mübahisələndirdiyi mülki-hüquqi əqdlərlə bağlı iddia tələbini paralel əlaqələndirərək belə bir ortaq nəticə aşkara çıxarır ki, Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı qətnaməsi ilə Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi 09.03.2016, qeydiyyat nömrəsi ********** olan, ******* nömrəli çıxarışın etibarsız hesab olunması xahiş edildiyi halda hazırki iş üzrə iddiaçı tərəfindən həmin çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnaməsi ilə hazırki iş üzrə İddiaçı həyat yoldaşı olmuş X28 tərəfindən Cavabdeh1 ilə Cavabdeh2 arasında olan 14 yanvar 2019-cu il tarixli 4Ə-121 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeydiyyat tarixi 16.01.2019, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi mübahisələndirildiyi halda eyni ilə həmin tələb hazırki iş üzrə İddiaçı tərəfindən mübahisələndirilmişdir. Göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.2068 ha torpaq sahəsi barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı və 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnamələri mübahisələndirilən alqı-satqı müqavilələrinin və çıxarışların ləğv və etibarsız edilməsi üçün əsaslar müəyyən etmədiyindən iddia tələbləri rədd edildiyi halda hazırki iş üzrə iddiaçı tərəfindən də öz növbəsində məhkəməyə müraciət edilmiş və Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpağa dair çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alıb mülki iş materiallarında olan məhkəmə aktlarına istinad edərək qeyd edir ki, həmin məhkəmə aktları ilə dəfələrlə mübahisələndirilən mülki-hüquqi əqdlərin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, bununla da iddiaçının həmin müqavilələrlə bağlı həqiqətən də əsassız şəkildə məhkəməyə müraciət etməsini istisna etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən ləğv olunmasını xahiş edilən və Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpağa dair 16.01.2019, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən İddiaçı iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə həmçinin, İddiaçı X11 ilə bağladığı 12.08.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində həmin müqavilənin bağlanması zamanı müqavilənin hüquqi nəticələrinin müqavilə tərəfi kimi ona və atası X7 izah edilməməsi səbəbindən həmin müqavilənin ləğv edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı nəinki həmin müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmiş, əksinə həmin müqavilənin tərəflərin könüllü iradə ifadələri əsasında, heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, hər hansı bir kənar təsir, məcburiyyət olmadan bağlandığı, həmin müqavilə bağlayarkən sərbəst şəkildə iradə ifadə edilməklə müqavilənin bağlanması müəyyən edilmişdir ki, ona görə də müqavilənin ləğv edilməsini sübuta yetirəcək faktlar öz təsdiqini tapmadığından məhkəmə iddia tələblərini bu hissədə əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. Belə ki, daşınmaz əmlakın satılmasına dair müqaviləsini iddiaçı öz iradə ifadəsi ilə bağlamaqla həmin əmlakın X4 mülkiyyətinə keçməsinə və onun həmin əmlak ilə bağlı istənilən sərəncam verə bilmək hüququnun realizəsini qəbul etdiyi qənaətini qaçılmaz etmişdir. Göründüyü kimi, bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı məhkəmə iclasında iştirak etməməklə həmin halları sübuta yetirəcək faktlarını məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə İddiaçı iddia tələblərinin bağışlanma müqaviləsi ilə Cavabdeh1 adına rəsmiləşən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.2068 ha olan torpağa dair çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeydiyyat tarixi 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin əldə olunmasına xərclənmiş 50000 ABŞ dolları pul vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılmasına dair hissədə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının ləğv edilməsini xahiş etdiyi, Cavabdeh1 adına olmuş çıxarış sonuncunun cavabdeh X10 ilə bağladığı daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında yaranmışdır. Sözügedən bağışlama müqaviləsinin həmçinin, etibarsızlığını inkar edəcək əsaslar Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-7898/2017 saylı qətnaməsi ilə də öz təsdiqini tapmamışdır. Bu səbəbdən də həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına olan 16.01.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX ******* nömrəli çıxarışın da ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunan iddia tələbi dolayı yolla Abşeron Rayon Məhkəməsinin 13.11.2019-cu il tarixli 2(012)-3464/2019 saylı qətnaməsi ilə İddiaçı həyat yoldaşı olmuş X28 tərəfindən də mübahisələndirilmiş və həmin iddia tələbləri qeyd olunan məhkəmə aktı ilə rədd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvini tələb etdiyi halda həmin tələbin əsasını təşkil edəcək müqavilənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmiş və sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda iddiaçı həmin tələbin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları ümumi şəkildə qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər X4 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər X4 hüquqi varisi Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması, torpaq sahəsinin alınmasına yönəlmiş real vəsaitin müəyyən olunması, həmin vəsaitin qaytarılması, tutmanın mübahisəli torpaq sahəsinə yönəldilməsi və açıq hərrac vasitəsilə satılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar