Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-292/2024 03.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1, Ərizəçinin vəkili Vəkil, Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X16 18 may 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atasının adı Bəhrəm, anasının adı isə İrina Viktorovna, atası milliyətcə azərbaycanlı, anası isə ukraynalı olmuşdur. X25 Ukrayna Respublikasından Bakı şəhərində gələrək atası Bəhrəmlə qeyri-rəsmi yaşamışdır. Onların qeyri-rəsmi nikahlarından Həyatdan başqa xx.xx.2000-ci il tarixdə Diana, xx.xx.2005-ci il tarixdə Renat, xx.xx.2013-cü il tarixdə isə Tamerlan adlı övladları anadan olmuşdur. Uşaqlar, o cümlədən Həyat ataları Bəhrəmi xatırlamırlar. Belə ki, o övladları ilə maraqlanmamış, onların yaşadığı evə çox nadir hallarda gəlib-getmişdir. Onun həyatda olub-olmaması barəsində isə heç bir məlumat yoxdur. Uşaqlar ata qohumlarını da tanımırlar. X22 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Uşaqların ana qohumları ilə də heç vaxt əlaqələri olmadığına görə onları da tanımırlar. Göstərilənlərə əsasən X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazılıq iclası zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğumun qeydə alınması faktının müəyyən edilməsi, doğum akt qeydində valideynləri qrafasında anasının adı “İrina”, ata adı “Viktorovna” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizədə X10 X25nın səhvən xx.xx.2022-ci il tarixdə vəfat etməsi göstərilmişdir. Lakin o xx.xx.2022-ci il tarixdə deyil, 15 yanvar 2023cü il tarixdə vəfat etmişdir. Göstərilənlərə əsasən X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğumun qeydə alınması faktının müəyyən edilməsi, doğum akt qeydində valideynləri qrafasında anasının adı “İrina”, ata adı “Viktorovna” qeyd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizədə və dəqiqləşdirmə barədə ərizədə göstərilənlərin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, Həyat Məmmədovaya məxsus doğum haqqında şəhadətnamənin olmaması, həmin şəhadətnamə əsasında özünə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini ala bilməməsi sonuncunu Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan təhsil hüququndan, qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda isə işləmək və işinə görə minimum əmək haqqı alaraq ona verilmiş hüquqlardan istifadə etməkdən məhrum edir. Bu da şəxsiyyətin hüququnun kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 02 avqust 2023-cü il tarixdə verilmiş 928 nömrəli arayışdan görünür ki, X1, Rauf Atakişiyev küçəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi başçısının müavini İctimaisiyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Gülnar Rəhimovaya ünvanlanmış 03 avqust 2023-cü il tarixli, 3-16-5/8-798/2023 nömrəli məktubdan görünür ki, özünü X7 təqdim edən şəxs şöbəyə müraciət edərək bildirmişdir ki, özünün, qardaş və bacılarının doğum haqqında şəhadətnamələri, şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur. X21 özünün xx.xx.2005-ci il, bacısı X11 xx.xx.2000-ci il, bacısı X12 xx.xx.2008-ci il, qardaşı X6 xx.xx.2013-cü il təvəllüdlü olduqlarını bildirmişdir. Yetkinlik yaşına çatmış şəxslər barəsində hüquqi yardım Maraqlı şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 336-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 5-ci maddəsinin 26-cı hissəsində komissiyanın təşəbbüsü ilə qaldırılan və yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək səlahiyyəti qeyd olunub. xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X9 hüquqi yardım göstərilərək, müvafiq komissiya tərəfindən məhkəmədə doğum faktının müəyyən edilməsi barədə iddia qaldırılmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunan Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə Ərizəçinə ünvanlanmış 2101 nömrəli məlumatdan görünür ki, ünvan 2 küçəsində qeydiyyatsız yaşayan X16, X13, X21 və X2 icra nümayəndəliyində Dövlət Statistika portalında yoxdur. Adları yuxarıda qeyd olunan şəxlərin heç bir sənədi olmadığı üçün müvəqqəti qeydiyyata almaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X20” X30 xx.xx.2024-cü il tarixli 53 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, X10 müəyyən edilmiş sümük yaşı 16-17 ilə uyğun gəlir. X14 doğum tarixi 2008-ci il tarixi inkar etmir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Bəhrəm adlı şəxslə İrina Viktorovnanın qeyri-rəsmi münasibətlərindən 18 may 2008-ci il tarixdə X16 anadan olmuşdur. Həyat Məmmədova atası Bəhrəmi xatırlamır. Belə ki, o övladı ilə maraqlanmamış, onun yaşadığı evə çox nadir hallarda gəlib-getmişdir. Onun həyatda olub-olmaması barədə isə hazırda heç bir məlumat yoxdur. Həyat Məmmədova ata qohumlarını tanımır. X25 isə Ukrayna Respublikasının vətəndaşı olmaqla 23 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Həyat Məmmədova ana qohumları ilə də heç vaxt əlaqəsi olmadığına görə onları da tanımır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X20” X30 xx.xx.2024-cü il tarixli 53 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyinə əsasən X10 müəyyən edilmiş sümük yaşının 16-17 ilə uyğun gəldiyi, X14 doğum tarixinin isə 2008-ci il tarixi inkar etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci və 76.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcədə şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidi; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir; 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir; 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli və digər şəxslər bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, X15 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Həyat”, ata adı “Bəhrəm”, doğum tarixi “18 may 2008-ci il”, doğum yeri “Bakı şəhəri”, ana qrafasında “X25” kimi qeydiyyat aparılmalıdır. Qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 18 may 2008-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X15 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Həyat”, ata adı “Bəhrəm”, doğum tarixi “18 may 2008-ci il”, doğum yeri “Bakı şəhəri”, ana qrafasında “X25” kimi qeydiyyat aparılsın. Qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-292/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-292/2024
03.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver