Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-293/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların vəkili Vəkil, Ərizəçi3 nümayəndəsi X9, Maraqlı şəxs rəisi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 doğum faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun, yəni Ərizəçi1 15 iyun 2005-ci il tarixində Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi3 doğum faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi2 doğum faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun, yəni Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-4335/2023 və 2(012)-4338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadlarına əsasən Abşeron rayon Məhkəməsinin icraatında olan, Ərizəçi3 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)-4335/2023 saylı və Ərizəçi2 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)-4338/2023 saylı mülki işlər, Ərizəçi1 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)- 4337/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X3 vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atasının adı Bəhrəm, anasının adı isə İrina Viktorovna olmuşdur. Atası milliyətcə azərbaycanlı, anası isə ukraynalı idi. Anası Ukraynadan Bakı şəhərində gələrək, atası ilə qeyri-rəsmi yaşamışdır. Onların qeyri-rəsmi nikahlarından Ərizəçi1 başqa, xx.xx.2000-ci il tarixdə Diana, xx.xx.2013-cü il tarixdə isə Tamerlan adlı övladları anadan olmuşlar. Renat atası Bəhrəmi xatırlamır. Belə ki, o, onların yaşadıqları evə çox nadir hallarda gəlib-gedirmş. Onun həyatda olub-olmaması barəsində heç bir məlumatı yoxdur. Ata qohumlarını da tanımır. X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Maddi imkanları olmadığına görə bu günə kimi anası üçün başdaşı qoydurmamışlar. Ana qohumları ilə də heç vaxt əlaqələri olmadığına görə onları da tanımır. Onun qardaş- bacılarından başqa heç kimi yoxdur. Valideynləri həyatda düzgün yaşamadıqlarına, çox səhlənkar olduqlarına görə onlar üçün doğum haqqında şəhadətnamə almamışlar. Şəxsiyyətlərini təsdiq edən sənədləri olmadığına görə orta məktəbdə oxumamışlar. Hal-hazırda bacısı Diana qeyrirəsmi işləyərək, onları saxlayır. Maddi vəziyyətləri çox çətindir, yaşamağa da evləri yoxdur. Doğum faktının qeydə alınması və onlara doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəflərindən yazılı ərizə ilə Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin imtina edilmiş, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində, X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair, doğum akt qeydində valideynləri qrafasında ananın adı və ata adı “İrina Viktorovna” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Digər Ərizəçi3 nümayəndəsi X14 ərizələrin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Maraqlı şəxs rəisi Nümayəndə doğum faktının müəyyən edilməsinə dair ərizələrin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında ərizəçilərin vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, ərizəçilərin qaldığı evin sahibidir. Onun həyətindəki evdə yaşayırlar. Analarını tanıyırdı. Anaları həqiqətən İrina Viktorovnadır. Atalarını tanımasa da, eşitdiklərinə görə atalarının adı Bəhrəmdir. Ataları haqqında hər hansı bir başqa məlumatı yoxdur. Bildiyinə görə uşaqlar ev şəraitində doğulublar. Uşaqların hansı tarixdə doğulması barədə məlumatlı deyildir. Digər şahid, X11 ifadəsində göstərmişdir ki, ərizəçilərlə bir kənddə qalır, qonşudurlar. Analarını tanıyırdı, uşaqlar kənddə doğulmuşdurlar. Anaları rəhmətə getmişdir. Anaları həqiqətən İrina Viktorovnadır. Uşaqların hansı tarixlərdə doğulmasını bilmir. Uşaqlar yaxşı uşaqlardı. Valideynsiz uşaqlar olduqlarından kənd camaatı onlara hörmət edirlər. Məhkəmə, ərizəçilərin izahatlarını və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-798/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, özünü Ərizəçi1 kimi təqdim edən şəxs şöbəyə müraciət edərək bildirmişdir ki, özünün, qardaş və bacılarının doğum haqqında şəhadətnamələri, şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur. Ərizəçi1 özünün xx.xx.2015-ci il, bacısı Ərizəçi2 xx.xx.2000-ci il, bacısı X5 xx.xx.2008-ci il, qardaşı X6 xx.xx.2013-cü il təvəllüdlü olduqlarını bildirmişdir. Yetkinlik yaşına çatmış şəxslər barəsində hüquqi yardım Maraqlı şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 5-ci maddəsinin 26-cı hissəsində komissiyanın təşəbbüsü ilə qaldırılan və yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı işlərə məhkəmədə baxılması zamanı iştirak etmək səlahiyyəti qeyd olunub. xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X4 hüquqi yardım göstərilərək, müvafiq komissiya tərəfindən məhkəmədə doğum faktının müəyyən edilməsi barədə iddia qaldırılmasına göstəriş verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-804/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən bildirir ki, doğum haqqında №103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/2- 6493/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 670,671,672 və 673 nömrəli sorğularına cavab olaraq bildirilib ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Qanunun 38-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlar haqqında fərdi məlumtlarla yalnız onların valideynləri və ya qəyyumlarının tanış olmaq və ya onu əldə əldə etmək hüququ vardır. İnformasiyanın əldə edilməsinin zərurətinin əsaslandırılmadığını, həmçinin valideynin müvafiq təsdiqedici sənədlərinin (şəxsiyyət vəsiqəsi, uşaqların doğum haqqında şəhadətnamələrinin) təqdim edilmədiyini nəzərə alaraq sorğunun icra edilməsi mümkün hesab edilmir. -Ərizəçi3 Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 926 saylı arayışından görünür ki, Ərizəçi1 həqiqətən Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatsız yaşayır. -Ərizəçi3 Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 927 saylı arayışından görünür ki, Ərizəçi2 həqiqətən Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatsız yaşayır. -Ərizəçi3 Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 929 saylı arayışından görünür ki, X7 həqiqətən Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatsız yaşayır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 xx.xx.2023-cü il tarixli 592 saylı rəyindən görünür ki, Ərizəçi2 sümük yaşı 23-24 ilə, X1 inkişaf yaşı 11-11,5 ilə və Ərizəçi1 sümük inkişaf yaşı 19-20 ilə uyğun gəlir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, milliyyətcə ukraynalı olan X12 Bakı şəhərinə gələrək milliyyətcə azərbaycanlı olan Bəhrəm adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdırlar. Onların qeyri-rəsmi nikahlarından ərizəçilərin dediklərinə əsasən xx.xx.2000-ci il təvəllüdlü Ərizəçi2, xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi1, xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Uşaqlar ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamələr verilməsindən Maraqlı şəxs imtina etmişdir. X16 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Ataları ilə heç bir münasibətləri yoxdur. Hazırda ərizəçilər Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində, X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsi, doğum akt qeydində valideynləri qrafasında ananın adı “İrina”, ata adı “Viktorovna” qeyd edilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə də, mülki işin mahiyyəti doğum faktı müəyyən edilməklə, ərizəçilərin həmin fakt əsasında doğum haqqında şəhadətnamə ilə təmin olunması məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı doğum tarixlərinin ərizədə göstərilən tarixə uyğun olub-olmamlarının müəyyən edilməsi üçün məhkəmə tibbi bioloji ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 xx.xx.2023-cü il tarixli 592 saylı rəyindən görünür ki, Ərizəçi2 sümük yaşı 23-24 ilə, X1 inkişaf yaşı 11-11,5 ilə və Ərizəçi1 sümük inkişaf yaşı 19-20 ilə uyğun gəldiyi təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, məhkəmə iclasında dindirilmiş şahid ifadələrinin bir-birinə uyğunluğu, ekspert rəyi və iş materiallarında olan sənədlərin tədqiqi bir daha, Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində, Ərizəçi1 15 iyun 2005ci il tarixdə Bakı şəhərində və X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmaları faktını təsdiqləyir. Ona görə də Məhkəmə Ərizəçi2 06 iyun 2000-ci il tarixdə, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə və X3 11 mart 2013-cü il tarixdə doğum faktının müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin o da müəyyən edilmişdir ki, hal-hazırda onlar sağlamdır və odur ki, uşağın doğum faktlarının müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X2 X8 2.1-ci bəndinin tələbinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3. bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizələr əsaslı olduğundan təmin edilməli, Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində və X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmaları faktı müəyyən edilməli, doğumun qeyd edilmə aktında uşaqların ana adı qrafasında analarının adı, ata adı “İrina Viktorovna” kimi qeyd edilməlidir. Uşaqların atası barədə qeydiyyat-məlumat olmadığından həmin hissəyə məhkəmə tərəfindən münasibət bildirilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizələr təmin edilsin. Ərizəçi2 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində, Ərizəçi1 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində və X3 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğulmaları faktı müəyyən edilsin. Doğumun qeyd edilmə aktlarında uşaqların ana adı qrafasında analarının adı, ata adı “İrina Viktorovna” kimi qeyd edilsin. Qətnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 qeydiyyatı kitabında doğumun qeydə alınması və doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov