Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-294/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evdən (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evə dair (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) ƏMDK yanmda DƏDRX-nin vermiş olduğu çıxarış onun adınadır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun evində qeydiyyatdadırlar. Cavabdehlər onun qohumlarıdır. Cavabdehlər həmin evdə qeydiyyatda olsa da, ümumiyyətlə yaşamamışdırlar. Cavabdehlər özlərinə məxsus şəxsi evi vardır. O ilk əvvəl cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxmaları ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən ona 28.06.2021-ci il tarixli imtina məktubu verilmiş və həmin məktubda vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüwəyəminmiş hökmü əsasında çıxarı biləcəyi qeyd edilmişdir. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evdən (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) istifadə hüquqlarını itirilmiş hesab edilsin. Bunun üçün də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyacla üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikas min vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi,yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə geldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Ona görə də hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evdən (Yeni qaydalarla: Xırdalan şəhəri. Vəli Axundov küçəsi, ev 147) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 faktiki olaraq yaşamadıqlarına və yaşayış yerini daimi dəyişdiklərinə görə cavabdehlərin onun evindən istifadə hüquqları itirilməlidir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. İddiaçı onun əmisidir. Nənəsi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evi (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) onun atasına bağışlamışdır. Nənəsi isə 2018-ci ildə vəfat etdikdən sonra onun atası da rəhmətə getmişdir. Bundan sonra iddiaçı onun qardaşını aldadaraq, müqaviləyə qol çəkdirmiş və sözügedən evi öz adına keçirmişdir. İddiaçı onlara torpaq versə də, torpağın dəyəri çox azdır. Onlar məcbur qalaraq torpağı qəbul etmişlər. Torpaq əmisinin adına olmuşdur və torpağı 7000 manata satmışlar. Onlar 2015-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evdən (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) 2015-ci ildə məcbur çıxmışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı ev (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) ********** qeydiyyat nömrəsi ilə, 18.03.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 3 tərəfindən 01.07.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı ev (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) də İddiaçı ilə birgə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı ev (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlər iddiaçının qohumlarıdır,cavabdehlər mübahisəli evdə qeydiyyatdadırlar,lakin mübahisəli evdə cavabdehlərin yaşamaları barədə məhkəmədə hər hansı bir sübut müəyyən edilməmişdir. Cavabdehlərin istifadə hüquqlarının saxlanması üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı göstərilən evlə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün mübahiə predmeti olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 10-cu küçədə yerləşən 43 saylı evə (Yeni qaydalarla: Xırdalan şəhəri, Vəli Axundov küçəsi, ev 147) istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-294/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-294/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver