Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-294/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət reysterindən adına verilmiş **********79-10301 reyster nömrəli, ********** qeydiyyat nömrəli, 07 yanvar 2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi evin boşaldılaraq, ona təhvil verilməsi Cavabdeh üzərinə vəzifə öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 3 saylı notariat ofisində bağlanmış RB/İKNR-367 l№-li alğı-satqı və ipoteka müqaviləsinə əsasən əmlakı ipoteka saxlayan “Rabitəbank” Açıq Səhimdar Cəmiyyəti, əmlakın alıcısı olaraq o, İddiaçı və əmlakın satıcısı olaraq Cavabdeh (bundan sonra cavabdeh), dövlət reyestrindən Cavabdeh adına verilmiş, ********** qeydiyyat nömrəli, 07 avqust 2022-ci il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi evin ona satılmasına dair, 29 dekabr 2023-cü il tarixli müqavilə imzalanaraq bağlanıb. Həmin 29 dekabr 2023-cü il tarixli müqavilənin 2.2.1-2.2.5-ci bəndlərinin tələblərinə görə (satıcı) Cavabdeh üzərinə bir neçə öhdəlik götrüb ki, onlardan da biri də əmlakın dəyərini tam aldıqdan sonra 30 (Otuz) gün ərzində evi yardımçı vasitələri ilə birlikdə ona (alıcı, ipoteka qoyan) təhvil verməsi barədədir ki, cavabdeh üzərinə götürdüyü bu öhdəliyini bu günə kimi icra etməyib. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Dövlət reysterindən İddiaçı adına verilmiş **********79-10301 reyster nömrəli, ********** qeydiyyat nömrəli, 07 yanvar 2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi evin Cavabdeh tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etdiyini, doğurdanda hazırda iddiçının mülkiyyətində olan evi ona satdığını və həmin evə dair heç bir iddiasının olmadığını, lakin mənzili ona təhvil verə bilmədiyini, səbəbin isə evin əvvəlki mülkiyyətçisinin özünə ev tapıb çıxa bilməməsini bildirmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsi, ev 29 tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, əmlakın satıcısı olaraq Cavabdeh, dövlət reyestrindən Cavabdeh adına verilmiş, ********** qeydiyyat nömrəli, 07 avqust 2022-ci il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi evin İddiaçı 120000 manata satmışdır. Daşınmaz əmlakın satış dəyərinin 24000 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 96000 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən Kreditor-ipoteka saxlayan və Alıcıipoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış "29“ dekabr 2023-cü il tarixli RB/İKNR-367 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit hesabına ödənilmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 gün ərzində ipoteka predmetini yardımçı vasitələr ilə birlikdə Alıcı-İpoteka qoyana onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Həmçinin cavabdeh öz üzərinə iddiaçı ilə aralarında olan müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 gün ərzində ipoteka predmetini yardımçı vasitələr ilə birlikdə iddiaçıya onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olsa da, mübahisəli mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi evin Cavabdeh tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh isə onun icazəsi olmadan, özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. İşdən görünür ki, cavabdeh müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə yaşayır və bu, iddiaçının qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ona məxsus əmlakları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, 24 saylı evin, 176 saylı mənzilindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-294/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-294/2025
21.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver