Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2976/2020 01.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və əmlak tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Digah qəsəbəsində, Ə.Vahid küçəsində inşa edilmiş, Cavabdeh yaşadığı yaşayış evinə köçürülməsi və adları aşağıda qeyd edilmiş iddiaçıya məxsus əmlakların (əmlaklar olmadıqda isə onların dəyərlərinin) Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
1. 2 dəst-Yataq mebeli-dəyəri 7000 manat
2. 1 ədəd-Televizor-Hoffmann-dəyəri 2000 manat
3. 1 ədəd-Televizor-Samsung-dəyəri 1700 manat
4. 1 ədəd-DVD Samsung-dəyəri 300 manat
5. 1 ədəd-TV stend-dəyəri 500 manat
6. 1 ədəd-TV stend-dəyəri 300 manat
7. 1 ədəd-Divan-kreslo-dəyəri 1500 manat
8. 1 ədəd-Stol-dəyəri 500 manat
9. 8 ədəd-Stul-dəyəri 700 manat
10. 2 ədəd-Uşaq çarpayısı-dəyəri 700 manat
11. 1 ədəd-PC kompyuter-dəyəri 1800 manat
12. 7 ədəd-Çilçıraq-dəyəri 2300 manat
13. 1 ədəd-Mebelli saat-dəyəri 500 manat
14. 3 ədəd-Stol-stul-dəyəri 200 manat
15. Pərdələr-dəyəri 3000 manat
16. 1 ədəd-Künc divanı-dəyəri 800 manat
17. 1 ədəd-Stol, 6 ədəd stulu ilə-dəyəri 500 manat
18. 10 ədəd-Xalça-dəyəri 1500 manat
19. 1 ədəd-Soyuducu (Samsung)-dəyəri 1800 manat
20. 1 ədəd-Paltaryuyan (Beko)-dəyəri 700 manat
21. 1 ədəd-Aspirator-dəyəri 500 manat
22. 1 ədəd-Duxovka (Hansa)-dəyəri 900 manat
23. 1 ədəd- Peç (Susler)-dəyəri 250 manat
24. 1 ədəd-Tozsoran (LG)-dəyəri 500 manat
25. 1 ədəd-Pufing-dəyəri 200 manat
26. 1 ədəd-Kalonka (Samsung)-dəyəri 1500 manat
27. 1 komplekt-Bagema-dəyəri 500 manat
28. 1 komplekt- Boşqab-dəyəri 400 manat
29. 18 ədəd-Büllur stəkan-dəyəri 60 manat
30. 1 ədəd-Çəngəl-qaşıq dəsti-dəyəri 100 manat
31. 1 ədəd-Qab rəfi-dəyəri 30 manat
32. 1 ədəd-Paltar rəfi-dəyəri 30 manat
33. 10 ədəd-Qadın gödəkçəsi-dəyəri 500 manat
34. 1 ədəd-Şuba-palto-dəyəri 1500 manat
35. Paltarlar-dəyəri 800 manat
36. Ayaqqabılar-dəyəri 500 manat
37. Büllur qablar-dəyəri 800 manat
38. Şalvar-köynək-dəyəri 500 manat
39. Paltar asan-dəyəri 300 manat
40. İdman geyim dəstləri-dəyəri 250 manat
41. Süfrə, dəsmal, yataq dəsti, pokrval-dəyəri 700 manat
42. İstifadə olunmuş qablar-dəyəri 500 manat
43. Şəkil albomlar (toy, nişan, uşaq)
44. DVD Disklər (toy, nişan, uşaq)
45. Çantalar-dəyəri 300 manat
46. Ütü, ütü stolu-dəyəri 200 manat
47. Bəzəkli dekorlar, suvenirlər-dəyəri 500 manat
48. Ətir, kosmetika-dəyəri 400 manat
49. Jurnal stolu-dəyəri 200 manat
50. Büllur qədəhlər-dəyəri 300 manat
51. Mikser, Kofemolka-dəyəri 200 manat
52. Servislər-dəyəri 600 manat
İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıCavabdeh ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatında girərək ailə qurublar. Birgə nikahlarından xx xxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları dövrdə ilk əvvəl iddiaçı cavabdehin atasının yaşadığı evə gəlin gəlmiş, bütün əmlaklarını da həmin evə yerləşdirmişdir. Lakin 2012-ci ildə onlar yaşadıqları evin həyətində özləri üçün ev tikməyə başlamış, 2016-cı tarixdə evin birinci mərtəbəsi hazır olduqdan sonra onlar həmin evə köçmüş, iddiaçı bütün əmlaklarını da həmin evə yerləşdirmişdir. Qeyd edilən evdə yaşaya-yaşaya onlar həmin evi tikib qurtarmış və evi tamamilə yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmasa da, ev onların yaşayış yeri kimi Abşeron Rayon İcra Hakimiyyətinin Digah qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış, onlar zəruri olan bütün arayışları da Digah qəsəbəsi üzrə nümayəndəlikdən almışlar. İddiaçı ailəsi ilə birlikdə həmin evə köçdükdən sonra cavabdehlə birgə həmin evdə yaşamış, aralarında ara-bir mübahisələri olsa da, qısa bir müddətə faktiki ayrılsalar da, sonradan barışaraq o evdə yaşamışlar. Lakin sonradan cavabdehin və onun atasının hərəkətlərinə dözə bilmədiyinə görə o, cavabdehlə ayrılmaq qərarına gəlmiş, nikahlarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı nikahın ləğvi ilə əlaqədar məhkəməyə müraciət etdikdən sonra cavabdeh onu evə buraxmamış, ona məxsus bütün əmlaklar həmin evdə qalmışdır. Hazırda o, öz evinə köçərək evdə yaşamaq istəsə də cavabdeh iddiaçının həmin evə köçməyinə razılıq vermədiyinə görə o, azyaşlı uşaqlarıyla atasının evində yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, yaşayış evi qanunsuz tikili olsa da, həmin ev yaşayış sahəsi olduğuna görə, birgə nikahda olduqları dövrdə tikildiyinə görə onun evə köçərək yaşamaq hüququ vardır. Qanunvericilik də özbaşına tikinti aparmış şəxslərin həmin tikilidə yaşamasını qadağan etməmişdir. İddiaçı həmçinin qeyd edir ki, o, evdən çıxdıqdan sonra ona məxsus əmlaklar həmin evdə qalmış, onlardan məhrum edilmişdir. Ona görə də həmin əmlakların cavabdehdən alınaraq iddiaçıya verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, qayınatasının evinin yaxınlığında 2016-cı il tarixdən etibarən birgə nikah dövründə həmin mübahisəli ev inşa edilmişdir. O, xx xxx 2020-ci tarixə qədər həmin evdə yaşayıb və siyahıdakı əmlakları həmin evdə olmuşdur. Həmin tarixdə evdə mübahisə yarandığından o, evdən çıxmağa məcbur qalmışdır.Evin səədləşməsi aparılmayıb, özbaşına tikilidir. İddiaçı indi isə birgə yaşadıqları evə köçmək istədiyini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi X10 iddianı qəbul edərək izahatında bildirdi ki, əmlaklar hər biri yerindədir. Cavabdeh və onun ailə üzvləri iddiaçının həmin evə köçüb yaşamasına etiraz etmir. Hətta əvvəllər də onlar iddiaçıya geri dönməsi barədə təkliflər edib, lakin nədənsə iddiaçı məhkəməyə üz tutub. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 644 №-li xx xxxx 2020-ci il tarixli arayışa görə İddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsi, №-li evdə qeydiyyatsız yaşayır. Bu faktı xx xxxx 2020-ci il tarixli aktla qonşuları X1, X3 və X5 öz imzaları ilə təsdiq etmişdirlər. Mülki işin materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, Cavabdeh yaşayış yeri üzrə Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatdadır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2976/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmini barədə verdiyi ərizə qismən təmin edilmişdir. Belə ki, Abşeron rayonu, Digah qəsəbəsində inşa edilmiş Cavabdeh yaşadığı yaşayış evinin üzərinə həbs qoyulması və həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi, sökülməsi, yenidən qurulması cavabdehə və başqa şəxslərə qadağan edilmiş, adları iddia ərizəsində qeyd olunan əmlakların üzərinə həbs qoyulması və həmin əmlakların istifadə edilməsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdikləri izahatlardan məlum olmuşdur ki, iddiaçı və cavabdeh Abşeron rayonu, Digah qəsəbəsindəki fərdi yaşayış evinin həyətindəki özbaşına tikilidə birgə yaşamışlar. Həmin ev onların rəsmi nikahdə olduqları dövrdə tikilib başa çatmışdır. Tərəflər arasındakı münasibətlər pisləşdikdən sonra iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən ailədə münaqişə yarandığından o, evi tərk etmiş və 2 uşağı ilə birlikdə atası evində yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Abşeron rayonu, Digah qəsəbəsində, Ə.Vahid küçəsində inşa edilmiş Cavabdeh yaşadığı yaşayış evinə köçürülməli və adları iddia ərizəsində qeyd edilmiş ona məxsus əmlaklar, həmin əmlaklar olmadığı halda onların dəyərləri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Abşeron rayonu, Digah qəsəbəsində, Ə.Vahid küçəsində inşa edilmiş Cavabdeh yaşadığı yaşayış evinə köçürülsün. Adları aşağıda qeyd edilmiş iddiaçıya məxsus əmlaklar, həmin əmlaklar olmadığı halda onların dəyərləri Cavabdeh alınaraq İddiaçı verilsin.
53. 2 dəst-Yataq mebeli-dəyəri 7000 manat
54. 1 ədəd-Televizor-Hoffmann-dəyəri 2000 manat
55. 1 ədəd-Televizor-Samsung-dəyəri 1700 manat
56. 1 ədəd-DVD Samsung-dəyəri 300 manat
57. 1 ədəd-TV stend-dəyəri 500 manat
58. 1 ədəd-TV stend-dəyəri 300 manat
59. 1 ədəd-Divan-kreslo-dəyəri 1500 manat
60. 1 ədəd-Stol-dəyəri 500 manat
61. 8 ədəd-Stul-dəyəri 700 manat
62. 2 ədəd-Uşaq çarpayısı-dəyəri 700 manat
63. 1 ədəd-PC kompyuter-dəyəri 1800 manat
64. 7 ədəd-Çilçıraq-dəyəri 2300 manat
65. 1 ədəd-Mebelli saat-dəyəri 500 manat
66. 3 ədəd-Stol-stul-dəyəri 200 manat
67. Pərdələr-dəyəri 3000 manat
68. 1 ədəd-Künc divanı-dəyəri 800 manat
69. 1 ədəd-Stol, 6 ədəd stulu ilə-dəyəri 500 manat
70. 10 ədəd-Xalça-dəyəri 1500 manat
71. 1 ədəd-Soyuducu (Samsung)-dəyəri 1800 manat
72. 1 ədəd-Paltaryuyan (Beko)-dəyəri 700 manat
73. 1 ədəd-Aspirator-dəyəri 500 manat
74. 1 ədəd-Duxovka (Hansa)-dəyəri 900 manat
75. 1 ədəd- Peç (Susler)-dəyəri 250 manat
76. 1 ədəd-Tozsoran (LG)-dəyəri 500 manat
77. 1 ədəd-Pufing-dəyəri 200 manat
78. 1 ədəd-Kalonka (Samsung)-dəyəri 1500 manat
79. 1 komplekt-Bagema-dəyəri 500 manat
80. 1 komplekt- Boşqab-dəyəri 400 manat
81. 18 ədəd-Büllur stəkan-dəyəri 60 manat
82. 1 ədəd-Çəngəl-qaşıq dəsti-dəyəri 100 manat
83. 1 ədəd-Qab rəfi-dəyəri 30 manat
84. 1 ədəd-Paltar rəfi-dəyəri 30 manat
85. 10 ədəd-Qadın gödəkçəsi-dəyəri 500 manat
86. 1 ədəd-Şuba-palto-dəyəri 1500 manat
87. Paltarlar-dəyəri 800 manat
88. Ayaqqabılar-dəyəri 500 manat
89. Büllur qablar-dəyəri 800 manat
90. Şalvar-köynək-dəyəri 500 manat
91. Paltar asan-dəyəri 300 manat
92. İdman geyim dəstləri-dəyəri 250 manat
93. Süfrə, dəsmal, yataq dəsti, pokrval-dəyəri 700 manat
94. İstifadə olunmuş qablar-dəyəri 500 manat
95. Şəkil albomlar (toy, nişan, uşaq)
96. DVD Disklər (toy, nişan, uşaq)
97. Çantalar-dəyəri 300 manat
98. Ütü, ütü stolu-dəyəri 200 manat
99. Bəzəkli dekorlar, suvenirlər-dəyəri 500 manat
100. Ətir, kosmetika-dəyəri 400 manat
101. Jurnal stolu-dəyəri 200 manat
102. Büllur qədəhlər-dəyəri 300 manat
103. Mikser, Kofemolka-dəyəri 200 manat
104. Servislər-dəyəri 600 manat
Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Səfiyeva