Məhkəmə qərarları › İş №2(102)-5213/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5213/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5213/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1115/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4665/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qar şı “cehiz əmlakının qaytarılması və evə köçürülmə” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 3.500 manat dəyərində mebel (yataq dəsti, şkaf və digər dəstə daxil olan avadanlıqlar), 200 manat dəyərində bir ədəd divan, 150 manat dəyərində bir ədəd tozsoran, 120 manat dəyərində qab-qacaq, 600 manat dəyərində 2 ədəd televizor, 350 manat dəyərində yorğan-döşək, 100 manat dəyərində 1 ədəd pərdə, hər biri 100 manat dəyərində olan 3 ədəd xalça həmin əmlaklar, olmadıqları halda isə onların dəyəri, bundan başqa, (hər birinin dəyəri 8 manat) olmaqla 25 ədəd toyuq və ya onların dəyəri 200 manat, 7 ədəd qaz quşu (hər birinin dəyəri 20 manat olmaqla), olmadığı halda onların dəyəri olan 140 manat pulun alınıb iddiaçıya verilməsi və iddiaçının cavabdehin yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi, 0, 3 ha torpaq sahəsində yerləşən özbaşına tikilyə köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiyaşikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1115/2020 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və Z.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 3.500 manat dəyərində mebelin (yataq dəsti, şkaf və digər dəstə daxil olan avadanlıqların), 900 manat dəyərində 1 ədəd “Beko” markalı kondisionerin, 200 manat dəyərində 2 ədəd stolun və 4 ədəd stulun, 1.000 manat dəyərində 2 ədəd paltaryuyan maşının, 1.800 manat dəyərində 2 ədəd soyuducunun, 1.500 manat dəyərində mətbəx mebelinin, 200 manat dəyərində divanın, 150 manat dəyərində tozsoranın, 120 manat dəyərində qab-qacağın, cəmi dəyəri 600 manat olan 2 ədəd televizorun, 350 manat dəyərində yorğan-döşəyin, 100 manat dəyərində 1 ədəd pərdənin, hər biri 100 manat dəyərində olan 3 ədəd xalçanın, hər birinin dəyəri 8 manat, cəmi dəyəri 400 manat olan 50 ədəd toyuğun, hər birinin dəyəri 20 manat, cəmi dəyəri 280 manat olan 14 ədəd qazın, cehiz əşyaları və toyuq-qazlar yerində olmadıqda isə, həmin əmlakların dəyərini təşkil edən 11.400 manat pulun tutulub ona ödənilməsi, habelə birgə nikah dövründə birgə vəsaitləri hesabına özbaşına inşa etdikləri 3 otaqlı, 1 dəhliz, tualet-hamam, mə tbəx və 0,3 ha torpaq sahəsindən ibarət olan Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiyainstansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiyainstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRA K EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Tahir Əlirzayev kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili Tahir Əlirzayevin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə b axarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Ailə Məcəl ləsinin 34.1, 34.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxx 2017-ci il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar və onların birgə nikahından uşaqları olmam ışdır. Sonradan Tovuz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı, cavabdehdən 3.500 manat dəyərində mebel (yataq dəsti, şkaf və digər dəstə daxil olan avadanlıqların), 200 manat dəyərində 1 ədəd divanın, 150 manat dəyərində 1 ədəd tozsoranın, 120 manat dəyərində qab-qacağın, 600 manat dəyərində 2 ədəd televizorun, 350 manat dəyərində yorğan-döşəyin, 100 manat dəyərində 1 ədəd pərdənin, hər biri 100 manat dəyərində olan 3 ədəd xalçanın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin, həmçinin hər birinin dəyəri 8 manat olan 25 ədəd toyuğun və ya onların dəyəri olan 200 manat pulun, hər birinin dəyəri 20 manat olan 7 ədəd qaz quşunun, onlar olmadıqda isə onların dəyərini təşkil edən 140 manat pulun tutulub o na ödənilməsini, habelə onun cavabdehin yaşadığı Abşeron rayonu Nübar qəsəbəsi, 0,3 ha torpaq sahəsində yerləşən özbaşına tikilyə köçürülməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən əmlakların bir hissəsi nikaha daxil olanadək iddiaçıya məxsus olan əmlaklar sayıldığından, habelə həmin əmlakların bir hissəsi iddiaçı tərəfindən nikah dövründə hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə edildiyindən və beləliklə də həmin əmlaklar iddiaçının ayrıca mülkiyyəti saylıdığından, iddia tələbini mübahisəli əmlaklara münasibətdə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının cavabdehlə birgə nikahı dövründə birgə vəsaitləri hesabına tikdikləri 3 otaqlı, 1 dəhliz, tualet-hamam, m ətbəxdən və 0,3 ha torpaq sahəsindən ibarət olan Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi hissəsinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə, birgə vəsaitləri hesabına əldə edildiyindən, iddia tələbini evə köçürülmə hissəsində təmin etməklə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM-nin 13.5-ci maddəsinə əsasən hüq uq qaydasının ideya və ümumi prinsipləri əsas götürməklə həll edilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yer də yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddiaçının köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ailədə gərgin münasibətlər yarandığı üçün iddiaçı hazırda başqa evdə yaşamaq məcburiyyətində qalmışdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, yaşadığı evdən müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və yaşamasına cavabdehin imkan verməməsi məhrumetmə hesab olunur. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, məhrum etmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (mənzildən çıxarma, mənzilə buraxılmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ olmadığından iddiaçının məruz qaldığı məhrum etmə (evə buraxılmama) ilk vaxtdan qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmələr tərəfindən iddiaçı düzgün olaraq yaşamış olduğu evə köçürülmüşdür. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçı ilə əvvəllər yaşadıqları evin və evin yerləşdiyi torpaq sahəsinin Minurə Əbilovaya məxsus olduğunu, həmin torpaq sahəsinin 0,3 ha hissəsini sonuncudan satın aldığını və həmin torpaq sahəsində olan evin atası tərəfindən tikildiyini, iddiaçı ilə orada müvəqqəti olaraq yaşadığını və beləliklə də iddiaçının mübahisəli evə köçürülməsi üçün əsasların olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiyainstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, ka sasiya şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1115/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar