Məhkəmə qərarları › İş №2(102)-739/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-739/2020

10.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-739/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2(010)5629/2018 saylı qətnaməsi il ə ilk iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus əşyaların cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2(103)-2624/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın “iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə” hissəsinin təmin edilməməsi barədə hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü ilk iddianın “iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə” hissəsinin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan, yəni İddiaçı Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü ilk iddianın “qızıl-zinət əşyaların qaytarılması barədə” hissəsinin təmin edilməməsi, habelə Cavabdeh2 iddiaçıya qarşı iddiaçıya məxsus əmlakın mübahisəli evdən çıxarılması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(102)-5215/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsi qismən - iddiaçının iddia tələbinin ünvan 1 ünvana köçürülmənin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli, 2(103)-12436/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi) E.Q.Nəbiyev və A.Ə.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2(010)-5629/2018 saylı qətnaməsinin ilk iddiada irəli sürülmüş iddiaçının uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İlkin iddia üzrə ddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Balaqədə qızına, Cavabdeh4, C avabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 13.12.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, özünə məxsus qızıl-zinət əşyalarının, həmçinin cehiz və fərdi istifadəsində olan əşyaların ona qaytarılması və köçürüləcəyi evə yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ona məxsus olan mübahisəli evdən iddiaçıya məxsus əmlakın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan evin özbaşına tikili olması apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə Mülki Məcəllənin 27.1. və 180-ci maddələrini tətbiq etməsinə əsas vermir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.1. və 30.2. tətbiq etməli olduğu halda tətbiq etməyib və bu maddi hüquq normasının pozulmasına səbəb olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12436/2019 saylı 08.10.2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və apellyasiya şikayəti verilən hissədə iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçının vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2019-cu i l tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 X məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdı raraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)12436/2019 saylı 08.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(102)-5215/19 saylı qərarındakı göstərişləri nəzərə alaraq apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın iddiaçının uşağı ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi barə də tələblərin rədd edilməsi hissəsində yoxlanılır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı 2016-cı ilin mart ayında Cavabdeh1 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək cavabdehlərlə birlikdə orada yaşamağa başlamış və ümumi təsərrüfat aparmışdır. Həmin faktiki nikah münasibətlərindən 13.12.2016-cı il təvəllüdlü X1 anadan olmuşdur. Sonradan iddiaçının Cavabdeh1 ilə münasibətləri pozulmuş və o, 2017-ci ilin avqust ayında yaşadığı həmin evi tərk etmişdir. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı həmin evə köçürülməsi tələbini irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli evə kö çürülməsi barədə iddia rədd edilməlidir. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1 -ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İlkin iddia üzrə iddiaçının həmin evə köçürülməsi barədə tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Apellyasiya instansiyası məhkəməsi həmçinin, qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildi r. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1 -ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Res publikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu hallara ümumiyyətlə istinad etməmiş və heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad edilmişdir ki, mübahisə predmeti olan evin özbaşına tikili olması apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə Mülki Məcəllənin 27.1. və 180-ci maddələrini tətbiq etməsinə əsas vermir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkə məsi Mənzil Məcəlləsinin 30.1. və 30.2. tətbiq etməli olduğu halda tətbiq etməyib və bu maddi hüquq normasının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apel lyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli 2(103)-12436/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar