Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5215/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməs ini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 qarşı «mənzilə köçürmə, qızıl-zinət, cehiz və fərdi istifadədə olan əşyalarımın qaytarılması barədə» ilk iddia ərizəsi ilə; Cavabdeh2 İddiaçı qarşı «əmlakın çıxarılması tələbinə dair» qarşılıqlı iddia ərizəsiBakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.İmanova, iş 2(010)-5629/2018) ilk iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus əşyaların - dəyəri 50 manat olan 1 ədəd ətçəkən maşının, dəyəri 50 manat olan 1 ədəd şirəçəkən maşının, dəyəri 20 manat olan 1 ədəd mikserin, dəyəri 25 manat ola n 1 ədəd ütünün, dəyəri 25 manat olanl ədəd “tefal” qazanın, dəyəri 10 manat olan 1 ədəd blenderin, dəyəri 15 manat olan 1 ədəd ətdöyənin, dəyəri 8 manat olan 1 ədəd termosun, dəyəri 10 manat olan 1 ədəd ləpə maşınının, dəyəri 53 manat olan 1 ədəd samovarın, dəyəri 5 manat olan 1 ədəd ələyin, dəyəri 5 manat olan 1 ədəd göy taxtasının, dəyəri 20 manat olan 1 ədəd çaynik-çaydan dəstinin, dəyəri 24 manat olan 6 ədəd qənd qabının, dəyəri 15 manat olan 2 ədəd vazanın, dəyəri 20 manat olan 2 ədəd güldanın, dəyəri 15 manat olan bıçaq dəstinin, dəyəri 10 manat olan kauçuk qaşıq dəstinin, dəyəri 15 manat olan dəmir qaşıq dəstinin, dəyəri 20 manat olan duz qabı dəstinin, ümumi dəyəri 28 manat olan 12 ədəd kasa, masqura, boşqabın, ümumi dəyəri 43 manat olan 12 ədəd böyük və balaca boşqabın, dəyəri 10 manat olan 2 ədəd çörək qabının, dəyəri 35 manat olan 2 ədəd podnosun, dəyəri 15 manat olan 1 ədəd xəmir tabağının, dəyəri 70 manat olan 3 ədəd qazan dəstinin, dəyəri 50 manat olan 3 ədəd tava dəstinin, ümumi dəyəri 10 manat olan tort- keks qabı dəstinin, dəyəri 8 manat olan 1 ədəd paltar ləyəninin, dəyəri 14 manat olan 1 ədəd çuqun vedrənin, dəyəri 7 manat olan 1 ədəd dörd ayağın və 1 ədəd oxlovun, dəyəri 10 manat olan tort bıçağı dəstinin, dəyəri 3 manat olan 1 ədəd kartof doğrayanın, dəyəri 10 manat olan 1 ədəd aşsüzənin, dəyəri 25 manat olan 1 ədəd saatın, dəyəri 25 manat olan 1 ədəd “rümka” dəstinin, dəyəri 10 manat olan “bakal” dəstinin, dəyəri 5 manat olan üçmərtəbəli qabın, dəyəri 5 manat olan 3 ədəd kauçuk qazan dəstinin, dəyəri 5 manat olan 1 ədəd gecə işığının (“noçnik”), dəy əri 350 manat olan 4 ədəd çay-qəhvə-nahar komplektinin dəyəri 15 manat olan su badələri dəstinin, dəyəri 8 manat olan araq badələrinin ümumi dəyəri 5 manat olan 2 ədəd qozqıranın, dəyəri 5 manat olan “çaynik altlığı dəstinin dəyəri 20 manat olan 1 ədəd lampanın, dəyəri 5 manat olan kauçuk süpürgə dəstinin dəyəri 5 manat olan “baharat (ədviyyat) qabları” dəstinin, ümumi dəyəri 12 manat olan 12 ədəd armudu stəkanın, ümumi dəyəri 15 manat olan 12 ədəd düz stəkanın, ümumi dəyəri 20 manat olan 18 ədəd balaca nəlbəki və 12 ədəd böyüknəlbəkinin, ümumi dəyəri 5 manat olan 6 ədəd limon qabının, dəyəri 5 manat olan 1 ədəd qaşlı gül qabının, dəyəri 5 manat olan “tort-şpris dəsti”nin, ümumi dəyəri 6 manat olan 6 ədəd “salfetka qabı”nın, ümumi dəyəri 8 manat olan 2 ədəd ləpə qabının, dəyəri 5 manat ola n iynə-sap dəstinin, ümumi dəyəri 40 manat olan bulud qaşığı, 12 ədəd yemək qaşığı, 12 ədəd çəngəl, 12 ədəd balaca qaşıq və 1 ədəd taxta qaşığın, dəyəri 70 manat olan 1 ədəd tozsoranın, dəyəri 90 manat olan 1 ədəd duxovkanın, dəyəri 70 manat olan 1 ədəd pultlu çilçırağın, dəyəri 100 manat olan 1 ədəd xalçanın, dəyəri 300 manat olan 2 ədəd pərdənin, ümumi dəyəri 64 manat olan 7 ədəd nalça, 4 balaca yorğan, 1 taxt yorğanı, 4 balaca döşək, 1 taxt döşəyi və 7 ədəd balışın, ümumi dəyəri 1.500 manat olan 3 ədəd “odeyal”ın, dəyəri 70 manat olan 1 ədəd “pokrıval”, 4 ədəd balaca çexol və 3 ədəd taxt üçün, ümumi dəyəri 170 manat olan 5 ədəd “prostina”nın, ümumi dəyəri 130 manat olan 5 ədəd hamam dəsmalı, 7 ədəd əl dəsmalı və 6 ədəd qab dəsmalının, dəyəri 100 manat olan 1 ədəd sandığın, dəyəri 50 man at olan 1 ədəd “kalyaska”nın, dəyəri 15 manat olan 1 ədəd süfrənin, ümumi dəyəri 3.500 manat olan yataq-qonaq dəstinin, dəyəri 200 manat olan uşaq beşiyi-çarpayının, ümumi dəyəri 20 manat olan fincan çayniklər dəstinin, dəyəri 25 manat olan elektrik çaynik-çaydan dəstinin, dəyəri 3 manat olan 1 ədəd şüşə çaynik, dəyəri 25 manat olan 1 ədəd fincanın, ümumi dəyəri 9 manat olan 6 ədəd külqabının, dəyəri 5 manat olan 1 ədəd kabab qaşığının, dəyəri 3 manat olan 12 ədəd meyvə bıçağının, dəyəri 15 manat olan bulud qabının cavabdehlərdən alınaraq iddiaçıya verilməsini, qalan hissədə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, iddiaçıya məxsus əşyaların mübahisəli evdən çıxarılmasını qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tari xli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev, iş № 2(103)-2624/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddianın “iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə” hissəsinin təmin edilməməsi barədə hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü ilk iddianın “iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə” hissəsinin təmin edilməməsi, apellyasiya baxışının predmeti olan qalan, yəni İddiaçı Cavabdeh1 və başqalarına qarşı irəl i sürdüyü ilk iddianın “qızıl-zinət əşyaların qaytarılması barədə” hissəsinin təmin edilməməsi, habelə Cavabdeh2 iddiaçıya qarşı “iddiaçıya məxsus əmlakın mübahisəli evdən çıxarılması tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnı z maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmadan 2016-ci ilin mart ayında ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı mübahisəli evə köçərək orada cavabdehlər ilə birlikdə yaşamışdır. Cavabdeh1 ilə iddiaçının 1 övladları var - xx.xx.2016-cı il təvəllüdlü X2. Uşağın olmasına baxmayaraq Cavabdeh1 ilə iddiaçının münasibətləri pozulmuş və iddiaçı yaşadığı həmin evi tərk etmişdir. İddiaçıya məxsus olan əşyalar həmin evdə qalmışdır. İddiaçı yaşayış yeri üzrə mübahisəli evdə deyil, başqa evdə - ünvan 1 ünvanında qeydiyyatdadır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 56 nömrəli, 09.08.2018-ci il tarixli məktubuna görə, Cavabdeh2 mübahisəli evdə ailə üzvləri - iş üzrə digər ca vabdehlər ilə birlikdə yaşayır. Evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 27.2, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “mübahisəli özbaşına tikilinin Cavabdeh2 tərəfindən inşa edilməsinə dair nər hansı sübut yoxdur və apellyasiya instansiyası məhkəməsi həmin özbaşına tilkinin Cavabdeh2 tərəfindən inşa edilməsini qeyd edərkən hər hansı sübuta istinad etməyib. Bildiririk ki, mübahisəli tikili iddiaçının keçmiş əri Cavabdeh1 da daxil olmaqla, Daşdəmirovlar ailəsinin ümumi vəsaiti hisabına inşa olunub və qanunun analogiyası tətbiq olunmaqla həmin tikili Cavabdeh1 da daxil olmaqla bütün Cavabdehlərin ümumi əmlakı hesab olunmalıdır. Bu səbəbdən İddiaçı Cavabdeh1 keçmiş ailə üzvü hesab olunduğundan onun mübahisəli tikiliyə məhkəmə qaydasında köçürü lməsi üçün tam qanuni əsas mövcuddur və onun iddia tələbi bu hissədə tam əsaslıdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin hüquqi statusunun müəyyən olmaması həmin tikiliyə münasibətdə iddiaçı və cavabdehlərin bərabər hüquqlardan istifadə etməsini şərtləndirir. Bu cür hallarda formalaşmış məhkəmə təcrübəsinə müvafiq olaraq maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi əsas götürülür. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddia tələbinin ünvan 3 ünvana köçürülmənin rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə mülki iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 fevral 2019-cu il tarixli qətnaməsi qismən - iddiaçının iddia tələbinin ünvan 3 ünvana köçürülmənin rədd olunması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməs inə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5215/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5215/2019
26.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver