Məhkəmə qərarları › İş №2(012)-2983/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2983/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2983/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B-də yerləşən 1 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri,27-ci məhəllə, ev 13 B-də yerləşən 1 saylı mənzilə dair ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış onun adınadır. O, həmin mənzili xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin müqavilənin 13-cü bəndində qeyd edilmişdir ki, cavabdeh xx.xx.2020-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh artıq 7 aydır ki, ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdeh hal-hazırda Almaniyadadır və öhdəliyini yerinə yetirmir. Hazırki vəziyyətdə cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması səbəbindən mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşir. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2019-cu il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 41,9 kv/m, yaşayış sahəsi 29 kv/m, yardımçı sahəsi 12,9 kv/m olan 2 otaqlı mənzili alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, İddiaçı həmin mənzili öz adına qeydiyyata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki,xx.xx.1966-cı ildə Zəngilan rayonunda anadan olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri,27-ci məhəllə, ev 13 Bdə yerləşən 1 saylı mənzildə Cavabdeh qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, 1 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə həmin mənzili öz adına qeydiyyata almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu,Xırdalan şəhəri,27-ci məhəllə,ev 13 B-də yerləşən 1 saylı mənzilində Cavabdeh qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdeh fərdi yaşayış sahəsi üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13 B, 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar