Məhkəmə qərarları › İş №2(012)-2988/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2988/2022

19.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2988/2022 19.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 051/HR saylı əmrinin ləğv edilərək işə bərpa edilməsi, cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 2021-ci iş ili üçün 1000 manat məbləğində 13-cü aylıq əmək haqqının, 10000 manat maddi və 15000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonar, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin tərtibatı zamanı ləğv olunması nəzərdə tutulan əmrin çıxarılma nömrəsində texniki yanlışlığa yol verilərək xx.xx.2022-ci il tarixli, “051/HR” saylı əmrinin “05T/HR” saylı əmr kimi qeyd olunduğunu, bu səbəbdən də, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv olunmuşdur. Lakin həmin əmr aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edilir. İddiaçı uzun müddətli əmək stajına malikdir, xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.1979-cu il tarixdən etibarən 43 illik uzun müddətli iş stajına malikdir, bu müddətdə operator və çilingər peşələrində çalışmışdır. Bu əmək stajının da əsas hissəsini Cavabdeh MMC-də işləmişdir. Cavabdeh MMC-nin səhmdarı olmaqla, 43 illik əmək fəaliyyəti dövründə 2022-ci ilin əvvəlinə kimi heç bir vaxt işi ilə əlaqədar əmək intizamı məsuliyyətinə cəlb olunmamış, əksinə, işlədiyi müddətdə həm digər müəssisələrdə, həm də cavabdeh MMC-də 2009-cu ilin may ayında “Təltifnamə”, xx.xx.2013-cü il tarixdə diplom, sonrakı illərdə təşəkkürnamə və sair digər təltif və mükafatlar almışdır. İddiaçıya qarşı qərəzli münasibət və sonradan isə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, ləğv edilməsi isə cavabdehin Baş energetik vəzifəsində işləyən Zaur Ağaxanovun iddiaçıya qarşı qərəzli hərəkətlərinin nəticəsi əsasında həyata keçirilmişdir. Zaur Ağaxanov iddiaçının əmək münasibətlərində olduğu son dövrdə, xüsusən də 2022-ci ilin əvvəlindən onu qanunsuz olaraq təqib etmiş, iddiaçıya qarşı qərəzli hərəkətlər etmiş, əmək hüquqlarını pozmuş və sonda isə qanunsuz yollarla əmək müqaviləsinin ləğv edilməsinə nail olmuşdur. Bu barədə əmr verilməmişdən əvvəl isə, konkret olaraq xx.xx.2022-ci il tarixdə Baş energetik Zaur Ağaxanov iddiaçını direktorun yanına aparmış, burada isə həm direktor, həm də Baş energetik tərəfindən təzyiq olunaraq bildirilmişdir ki, iddiaçıya 3 aylıq kompensasiya verilir, iddiaçı isə ərizə yazaraq öz xahişi ilə işdən getməli, əks halda iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv ediləcəkdir. İddiaçı bununla razılaşmadıqda isə hal-hazırda mübahisələndirilən əmri verməklə onu işdən azad etmişlər. Qeyd olunanlar da iddiaçıya qarşı təzyiqlərin olmasını və əmək hüquqlarının pozulmasını sübut edir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, ərizə yazmaqla əmək müqaviləsini ləğv etmək hüququ işəgötürənin deyil, işçinin hüququdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən isə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilərkən Əmək Məcəlləsinin aşağıdakı tələbləri pozulmuşdur: Belə ki, ilkin olaraq, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər, eyni zamanda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əmək qabiliyyətini müvəqqəti itirmiş, bu müddətdə müalicə almış və xəstəlik vərəqəsi almışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bülletendə olması ilə əlaqədar xəstəlik vərəqəsini Cavabdeh MMC-yə təqdim etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müalicədə olmağına və bu günlər üçün də xəstəlik vərəqəsi olmasına baxmayaraq, cavabdehin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsi qanunsuz olaraq ləğv edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, ləğv edilərkən, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri kobud surətdə pozulmuşdur. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Lakin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, sadə bir əsas və ya əmr deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Bu əsasdan da bu barədə olan əmr və işdən azad olunma müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan qaydada müəssisənin hüquqi ünvanı göstərilməmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Lakin Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrinin məzmunundan da göründüyü kimi, cavabdeh bu əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Cavabdehin əmrinin məzmunundan da göründüyü kimi, əmr ümumi və formal sözlərdən ibarətdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Lakin Cavabdeh MMC-nin əmrinin məzmunundan da göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən qaydada mülkiyyətçi olan Cavabdeh MMC-yə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməklə əlaqədar heç bir maddi və ya başqa ziyan vurmamışdır. Lakin cavabdeh müəssisə əmrlə iddiaçıya qarşı Əmək Məcəlləsinin 186-cı maddəsini tətbiq etsə də, əmrdə bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan və həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş konkret hansı vəzifələrini yerinə yetirmədiyini göstərməmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə səbəb olmuş hadisə barədə isə xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrdə qeyd olunmuşdur ki, “iddiaçının gecə növbəsində təhlükəli obyektdə yuxulumağı” olmuşdur. Cavabdehin bununla bağlı ən yüksək əmək intizamı tənbehi tədbiq edilməklə əmək müqaviləsinin ləğv edilməsini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, bu hadisə ilə əlaqədar mülkiyyətçi olan Cavabdeh MMC-yə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməklə əlaqədar heç bir ziyan vurulmamışdır. Bu hadisə ilə əlaqədar iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilən digər əmək intizam tənbehlərdən birinin deyil, əmək müqaviləsi ləğv edilməklə ən ağır və ya sonuncu intizam tənbehi tətbiq olunmuşdur. Halbuki, Məcəllənin 186-cı maddəsində intizam tənbehi sayılmayan xəbərdarlıq və intizam tənbehi sayılan digər məsuliyyətlər də nəzərdə tutulmuşdur. Əmək intizamı tənbehi tətbiq olunarkən iddiaçının ağır gecə növbəsində işləməsi əsas götürülmüşdür. Cavabdehin əmrində qeyd olunduğu kimi təhlükəli iş sahəsində işçinin tək işlədilməsi, əgər bu təhlükəli işdirsə, bu vaxt, həm də gecə vaxtı gecə növbəsində ən azı 2 nəfər deyil, 1 nəfərin növbədə olması qanuni deyildir. Həmin dövrdə iddiaçının bel ağrısı və sağlamlığında olan digər narahatlıqları olmuşdur. Bu faktı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər müalicədə olmağına və bu günlər üçün də xəstəlik vərəqəsi almağı da təsdiq edir. İddiaçının Cavabdeh MMC-nin səhmdarı olmağı, 43 illik əmək fəaliyyəti dövründə, 2022-ci ilin əvvəlinə kimi heç bir vaxt işi ilə əlaqədar əmək intizamı məsuliyyətinə cəlb olunmamağı, işlədiyi müddətdə həm digər müəssisələrdə, həm də Cavabdeh MMC-də 2009-cu ilin may ayında təltifnamə, xx.xx.2013-cü il tarixdə diplom, sonrakı illərdə təşəkkünamə, digər təltif və mükafatlar almağı, əmək kollektivində olan nüfuzu, şəxsiyyəti, peşəkarlığı və sair hallar nəzərə alınmamışdır. Gecə növbəsində iş vaxtının qısaldılmaması işçi kimi iddiaçının səhhətinə mənfi təsir və yorğunluq göstərmişdir. Lakin cavabdeh müəssisə tərəfindən iş vaxtı gecə növbəsində olmağına baxmayaraq 1 saat qısaldılmamışdır. İddiaçının qısa müddətə yuxulamağı istirahət vaxtına düşmüşdür. Həmin istirahət vaxtından isə iddiaçının istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbləri pozulmuşdur. xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilsə də, əmrdə Məcəllənin 72-ci maddəsində sadalanan hallarda konkret olaraq hansı əmək vəzifələrini kobud şəkildə pozmağı göstərilməmiş və əsaslandırılmamışdır. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən və əmək vəzifələrinin kobud şəkildə pozulan hallarından heç birinə yol verməmişdir. Əgər Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən halların biri pozulmuşdursa, bu norma əmrdə konkret olaraq göstərilməmiş, ümumi sözlərlə ifadə olunmuşdur. Bu faktı Əmək Məcəlləsinin 72-ci maddəsi də təsdiq edir və müəssisənin əmrində göstərildiyinin əksi olaraq bu hadisə heç bir halda ağır bir vəziyyətə gətirib çıxarmamış və ya mülkiyyətçiyə ziyan dəyməmişdir. İddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməməsi də ona qarşı Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən birinin, xüsusilə ağır və sonuncu intizam tənbehinin tətbiq edilməsinin əsassız və qanunsuz olmasını təsdiq edir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin tələbləri pozulmuşdur. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrində iddiaçının Əmək Məcəlləsinin 10-cu maddəsində və ya əmək müqaviləsində göstərilən hansı əsas vəzifələrini, bu maddənin hansı bəndini pozmağı konkret göstərilməmiş (ümumi şəkildə “iş vaxtı yuxuya gedib” kimi ümumi sözdən istifadə edilmişdir) və sübut olunmamışdır. Cavabdeh müəssisə iddiaçıya qarşı qeyd olunan 10-cu və 70-ci maddənin ç) bəndini tətbiq etsə də, əmrdə bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan və həmçinin, əmək müqaviləsi ilə müəyyən edilmiş hansı vəzifələrini yerinə yetirmədiyini göstərməmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70, 72 və 186-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh Əmək Məcəlləsinin 186-cı maddəsinin sonuncu bəndini tətbiq etməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, qanunvericilik baxmayaraq ki, iddiaçı heç bir intizam xətasına yol verməmişdir, hətta gecə iş növbəsində qısa müddətdə belə yuxuya getməsi (nəzərə almaq lazımdır ki, həm yaşla, həm gecə vaxtı, həm də həmin dövrdə müalicə almağı ilə əlaqədar belə bir hal baş verə bilər) və ya kiçik bir xətaya yol verdiyi halda belə birbaşa olaraq 43 illik əmək stajı olan işçiyə ən ağır və ya sonuncu intizam tənbehinin tətbiq olması üçün əsas yaratmır. İddiaçının Əmək Məcəlləsinin 70 və 72-ci maddəsində göstərilən əmək funksiyalarını yerinə yetirməməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birinə yol verməməsi də ona qarşı Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən birinin, xüsusilə ağır və sonuncu intizam tənbehinin tətbiq edilməsinə əsas ola bilməzdi. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya qarşı intizam tənbehi tətbiq olunarkən, bu maddənin şərtləri də nəzərə alınmamışdır. Hesab edir ki, bu əsaslardan da cavabdehin yuxarıda qeyd olunan əmri ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsi göstərilən əsaslardan da qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin MMC Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini də pozmuş və bu barədə olan əmri sonuncu iş günü olan xx.xx.2022-ci il tarixdə təqdim etməmişdir. Qeyd olunan əmr dəfələrlə etdiyi müraciətdən sonra, 16 gün gec olmaqla xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh bu sahədə də iddiaçının əmək hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 87.3-cü maddəsinin tələbləri pozulmuşdur. Lakin MMC Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini də pozmuş və əmək kitabçasını sonuncu iş günü olan xx.xx.2022-ci il tarixdə təqdim etməmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarının tələbləri pozulmuşdur. Lakin MMC Nazirlər Kabinetinin həmin qərarının 6-cı maddəsinin tələblərini də pozmuş və əmək kitabçasını sonuncu iş günü olan xx.xx.2022-ci il tarixdə təqdim etməmiş və iddiaçının razılığı olmadan poçt vasitəsi ilə göndərmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsini əsas tutaraq hesab edir ki, dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 10000 manat pul vəsaiti də Cavabdeh MMC-dən məhkəmə qaydasında tutulmaqla ödənilməlidir. Əmək Məcəlləsinin 290-cı maddəsini əsas tutaraq hesab edir ki, dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi MMC-dən iddiaçının xeyrinə 15000 manat pul məhkəmə qaydasında cavabdehdən tutulmaqla ödənilməlidir. Cavabdeh MMC tərəfindən 2022-ci ilin aprel ayında MMC-nin bütün işçilərinə 2021-ci iş ili üçün 13-cü aylıq əmək haqqı ödənilmişdir. Lakin MMC tərəfindən iddiaçının bu sahədə də hüquqları pozulmuş və məlum olmayan səbəblərdən 13-cü aylıq əmək haqqı ödənilməmişdir. Belə ki, bu qərar bir daha təsdiq edir ki, Cavabdeh MMC əmək münasibətlərində olduğu müddətdə, xüsusən də son dövrlərdə qərəzli mövqedə olmuş və həmin mövqeyini hələ də davam etdirir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv olunması bir daha təsdiq edir ki, iddiaçı 2021-ci iş ilində Cavabdeh MMC-də tam olaraq işləmiş və digər işçilərlə bərabər 2021-ci ilin nəticələrinə görə 13-cü aylıq əmək haqqını almaq hüququ vardır. Eyni zamanda, xx.xx.2022-ci il tarixinə təyin edilmiş hazırlıq məhkəmə iclası müvafiq sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Birinci hazırlıq iclasından on bir gün, qanunsuz əmrin verildiyi tarixdən təxminən üç ay sonra, daha konkret deyilsə, xx.xx.2022-ci il tarixdə cavabdeh özünün xx.xx.2022-ci il tarixli əmrinə yeni redaksiyada dəyişiklik etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə verilmiş 10T/HR saylı əmrdə göstərilmişdir ki, guya iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməyi barədə məlumat cavabdehə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlum olmuşdur. Halbuki, xx.xx.2022-ci il tarixli əmr verilməmişdən əvvəl, verildikdən sonra, həmçinin mediasiya prosesi dövründə və həmin prosesdə iştirak zamanı cavabdeh iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə məlumatlandırılmışdır. Hesab edir ki, cavabdeh müəssisənin işçinin hüquqları barədə belə qeyri-ciddi mövqeyi yalnız təəssüf doğurur və hüquqi müstəvidə məhkəmə qaydasında cavab verilməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixli əmrlə ləğv edilməmiş, sadəcə absurd formada izahı verilən düzəlişə məruz qalmışdır. Cavabdeh müəssisə özünəməxsus qaydada geri dönüş etsə də və hətta bununla, öz əmrinin qanunsuzluğunu etiraf etmiş olsa da, iddiaçının yeni əmrlə bərpasını məhkəmədən xahiş etdiyi pozulmuş olan hüquqları bərpa olunmamışdır. Başqa sözlə, cavabdehin etiraf xarakterli əmri hüquqi müəyyənliyi ortaya qoymadığından, yəni əmr əmək qanunvericiliyinin tələbləri (xüsusilə Əmək Məcəlləsinin 79.1-ci maddəsinin) pozulduğu üçün cavabdeh tərəfindən ləğv edildiyi, iddiaçının işə bərpa olunduğu və məcburi işburaxmaya görə aylıq əmək haqqını aldığı halda hüquqi məzmun kəsb edəcəkdi, lakin bütün bunlar baş vermədiyindən yarımçıq olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə məhkəmə müstəvisində mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli əmr ləğv edilməmiş, iddiaçı işə bərpa olunmamış və pozulmuş digər hüquqlarının bərpası ilə bağlı hər hansı bir dəyişiklik olmamışdır. Buna görə də hesab edir ki, məzmununa düzəliş edilmiş xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixli əmrin qanunsuzluğunu, yəni Əmək Məcəlləsinin 79-cu maddəsinin, o cümlədən, 10, 69, 70, 71, 72, 83, 84, 87, 186-cı maddələrinin, eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 saylı Qərarının tələblərinin pozulması faktını aradan qaldırmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun sağlamlığında problemlər olmuş, belində ağrılar olduğundan həmin dövrdə fevral ayının 4-də müəssisənin verdiyi sığorta kartı ilə Hospitalda müalicə almış, lakin bu barədə rəsmi yazılı şəkildə məlumat verməmişdir. Lakin pandemiya dövründə işçi qüvvəsi olmadığından, o, işə çağırılmış və işi birtəhər yola verməklə işləməsi təklif edilmişdir. Qrafiki də mövcud olmuş, fevral ayının 4-dən 26-na kimi nəzarət etmiş, təkcə öz sexi deyil, başqa sexin işçisi xəstə olduğundan digər sexə də nəzarət etmişdir. Onun əmək funksiyası operator olmaqla, onun sahəsi saat yarımdan bir sexə nəzarət etməli, göstəricilərə baxaraq jurnalda qeyd etməli idi. Ammonyak müəssisənin rəhbərliyi tərəfindən nəzərə alınmış olsa idi, neçə illərdir ki, müəssisəni o, özü təkbaşına idarə edə bilməzdi. Belə ki, müəssisənin tək operatorla idarə edilməsi mümkün deyildir. Həmçinin, qeyd edir ki, həmin vaxt onun sancısı tutmuş və o, infarkt keçirmişdir. Onun girdiyi otaqda kamera olmamışdır. Qapı açılanda isə o, ayağa durmuşdur. Onu yuxuladığı yerdə isə kimsə pəncərədən çəkmişdir. Əgər onun vəzifəsinin icra edilməməsi müəyyən edilmiş olsa idi gecə növbəsində bütün günü onu işdə saxlamış olmazdılar. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək əlavə olaraq, izahatında göstərmişdir ki, ümumiyyətlə, işçi ilə əmək müqaviləsinin ləğv olunması işəgötürənin səlahiyyətinə aid olan məsələdir, belə ki, həm hüququ, həm də vəzifəsidir. İddiaçı işdən çıxarılmaqla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və bu səbəbdən də, verilmiş əmr ləğv olunmalıdır. İşçi əvvəlcədən çağırılmaqla ərizə yazması ona təklif edilmiş, lakin işçi etiraz edəndə qanunun tələblərinə zidd şəkildə işdən çıxarılmışdır. Həmçinin, 62 yaşlı işçinin gecə növbəsinə qoyulması onun səhhəti ilə bağlı şikayəti nəzərə alınmaqla işəgötürənin işçinin işdən çıxarmaq istəyinin təzahürüdür. İşçinin işlədiyi vaxt onun fasilə vaxtı olmuşdur. Göstərilən hal əmək funksiyalarının pozulması kimi nəzərə alınsa belə, bu və ya digər intizam tənbeh tədbirləri mövcuddur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək funksiyasının kobud şəkildə pozulmasından bəhs olunduğu halda, burada hər hansı bir ziyanın vurulmasından söhbət getmir. Digər tərəfdən, işçinin yuxulaması əsas vurğulansa da, bu, tamamilə başqa bir şeydir və əsaslandırılan məsələlərdən yan keçmək deməkdir. İlkin növbədə, iddiaçı töhmət almış və Məcəllənin 186-cı maddəsinə istinad edilmişdir. Halbuki, iddiaçı ömrünü həmin işə həsr etmiş bir işçi olaraq onun əmək stajı, sertifikatları, təşəkkürnamələri nəzərə alınmamış, görməzdən gəlinmişdir. Həmçinin, iddiaçının yaşı, 3 ildən sonra pensiyaya çıxması nəzərə alınmaqla iddiaçı barəsində qanunvericiliyin tələbləri pozulmaqla verilmiş əmr qanunsuz və əsassız olmaqla ləğv olunmalıdır. İddia ərizəsinə etirazdan görünür ki, İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbini belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Əmək qabiliyyətini müvəqqəti itirməklə müalicə almış və bu barədə xəstəlik vərəqəsi almış, xəstəlik vərəqəsini Cavabdeh MMC-yə təqdim etmişdir. Cavabdeh Carlsberg Azerbaijan MMC tərəfindən əmək qanunvericiliyinin 71-ci maddəsinin 3-cü hissəsinin, 72-ci maddəsinin, 79-cu maddəsinin İ hissəsinin, 84-cü maddəsinin 3-cü bəndinin, 97-ci maddəsinin, 186-cı maddəsinin tələbləri pozulmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edilir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də təmin edilməməlidir. Belə ki, iddiaçının ilk dəlili ondan ibarətdir ki, o, xx.xx.2022-ci il tarixdə bülletendə olmuşdur. Ona görə də onunla bağlanmış əmək müqaviləsinin həmin tarixdə ləğv edilməsi qanunsuzdur. İşçi özü iddia ərizəsində qeyd etmişdir ki, həmin tarixdə bülletendə olması ilə bağlı xəstəlik vərəqini o, məhkəməyə təqdim etmişdir. Yəni həmin sənəd işəgötürənə təqdim edilməmişdir. İşəgötürən onun bülletendə olmasından xəbərsiz olmuşdur. İddiaçı həmin tarixdə işdə olmuş, bunu təsdiq edən video görüntü məhkəməyə təqdim ediləcəkdir. Buna baxmayaraq, məhkəmənin ilk hazırlıq iclasında həmin xəstəlik vərəqəsi ilə bağlı cavabdehin məlumatı olmuşdur. Buna görə də iddiaçının bülletendə olmasını nəzərə alaraq xx.xx.2022-ci il tarixli əmrə dəyişiklik edilməsi ilə bağlı yeni əmr verilmişdir. Bu əmrlə iddiaçının yeganə pozulması güman olunan hüququnun da pozulmasının qarşısı alınmışdır. İddiaçı formal olaraq işdə olmasına baxmayaraq xəstəlik vərəqi almışdır. Buna baxmayaraq, əmr dəyişdirilərək onun işdən çıxma tarixi xəstəlik vərəqəsində göstərilən tarix nəzərə alınmaqla xx.xx.2022-ci il tarixi kimi qeyd olunmuşdur. Əmrdə bu dəyişiklikdən irəli gələn bütün məsələlər nəzərə alınmışdır. Eyni zamanda, həmin əmr kuryer vasitəsi ilə iddiaçıya göndərilmiş, lakin iddiaçı əmri almaqdan imtina etmiş, kuryer isə əmri şirkətə geri qaytarmışdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, əmr Əmək Məcəlləsinin 84.1 və 84.3-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Lakin yeganə göstərdiyi əsas ondan ibarətdir ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmişdir. Hesab edir ki, həm xx.xx.2022-ci il tarixli əmr, həm də xx.xx.2022-ci il tarixli əmr Əmək Məcəlləsinin sadalanan normalarının tələblərinə cavab verir. Belə ki, əmrdə müəssisənin adı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş, bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd göstərilmişdir. Eyni zamanda, əmrlər sadə formada, həmçinin, normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarətdir. İddiaçının növbəti dəlili ondan ibarətdir ki, əmr əsaslandırılmamış və Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən əsaslar yoxdur. İddiaçının əvvəlki dəlili ondan ibarət idi ki, əmr sadə formada, giriş, təsviri və əsaslandırıcı hissələrdən ibarət olmalıdır. Əmr məhz bu tələblərə cavab verir. Əmrdə sadə formada işçinin iş yerində yuxuya gedərək iş yerini nəzarətsiz qoyması, bununla da Məcəllənin 70-ci maddəsinin “ç” bəndini pozması göstərilmişdir. Hansı ki, iddiaçı öz ərizəsində bu faktı təsdiq edir və belə hallara yol verməyəcəyini bildirmişdir. Əgər işçi öz əmək funksiyasını icra etməli olduğu halda iş yerində yatırsa, bu halda sual olunur ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş də olur. Yəqin ki, istənilən məntiqli şəxsin bu suala verəcəyi cavab aydındır. Qeyd olunan normanı işçi elə tövsif edir ki, sanki iş yerində yuxulamaqla əmək və icra intizamı pozulmuş olmur. Halbuki, təhlükəli obyektə bu kimi hallara yol verməklə iş yerinin nəzarətsiz qoyulması daha ağır nəticələrə səbəb ola bilərdi. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, əmrdə konkret olaraq Əmək Məcəlləsinin 10-cu maddəsində qeyd olunan tələblərdən hansını pozması qeyd olunmamışdır. Eyni zamanda, Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan kobud pozuntulardan heç birinə yol verməmişdir. Əmr qəbul edilən zaman onun şəxsiyyəti, işə münasibəti, əvvəlki təltifləri nəzərə alınmamışdır. O, yuxuladığı vaxt istirahət vaxtı olmuşdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsində təkrarçılığa yol vermişdir. Onun bir yazdığı digər yazdığı ilə uzlaşmır. O, işəgötürənə yazdığı ərizəsində səhv etdiyini etiraf və üzrxahlıq etmiş, lakin hazırda isə həmin vaxtın onun istirahət vaxtı olmasını qeyd etmişdir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, onun səhhəti bu işdə işləməyə imkan vermir. Lakin həmin işə bərpa edilmək üçün məhkəməyə müraciət etmişdir. Bununla bağlı isə onun işəgötürənə hər hansı bir müraciəti yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində qeyd olunmuş əsas əmrdə göstərilmişdir. Yəni, işçinin 72-ci maddəyə istinad etməsi və işəgötürənin həmin maddədə qeyd olunan əsaslardan hər hansı birini göstərməməsini əmrin ləğv əsası kimi qeyd etməli olması dəlili əsassızdır. İddiaçı qeyd etmişdir ki, Əmək Məcəlləsində dörd intizam tənbeh tədbiri nəzərdə tutulmuşdur. Lakin əvvəllər heç bir intizam pozuntusu olmamasına baxmayaraq ona ən ağır və sonuncu tənbeh tədbiri tətbiq edilmişdir. İlk öncə, işçinin törətdiyi pozuntu heç də onun qeyd etdiyi kimi kiçik pozuntu deyildir. Bundan başqa, iddiaçıya yanvar ayında törətdiyi pozuntuya görə töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı yenə qeyd etmişdir ki, həm yaşı ilə, həm gecə vaxtı, həm də həmin dövrdə müalicə almağı ilə əlaqədar belə bir hal baş verə bilər. Lakin sənədlərə əsasən, müəyyən edilmişdir ki, həmin dövrdə o, hər hansı müalicə almamışdır. Müalicə aldığı dövr nə hikmətdirsə, barəsində törətdiyi intizam tənbehi tətbiq ediləcəyi dövrə təsadüf etmişdir. Göründüyü kimi, əmrin qanunsuzluğu ilə qeyd edilənlərin hər hansı bir əsası yoxdur. Əmək kitabçasının ona işdən çıxdığı gün verilməməsi ilə bağlı qeyd etmişdir ki, əmək kitabçası və əmr sonuncu gün ona təqdim edilmişdir. Lakin iddiaçı sənədləri götürməkdən və imza etməkdən imtina etmişdir. Buna görə də işəgötürən məcbur qalaraq sənədləri ona poçt vasitəsi ilə göndərmiş və bununla bağlı akt tərtib edilmişdir. İddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən iddiaçının hər hansı bir hüququ, eyni zamanda, qanunvericiliyin tələbləri pozulmadığından bu tələblər də əsassızdır. Hətta ilkin tələblərin əsaslı olması qənaətinə gəlinsə belə, hər hansı bir maddi və mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. İddiaçı maddi və mənəvi ziyanla bağlı yalnız qanunvericiliyin normalarını sadalamışdır. Ona hansı əsaslarla maddi ziyan dəyməsini təsdiq edən sübutlar nələrdir, heç bir sənəd yoxdur. Mənəvi zərərlə bağlı iddiaçı özü Ali Məhkəmənin qərarına istinad etmişdir. Göründüyü kimi, belə halların da heç biri mövcud deyildir. Ona görə də iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia tələbinin əsası odur ki, iddiaçının bülletendə olduğu dövrdə əmr verilmişdir. Halbuki, iddiaçının bülletendə olması cavabdeh təşkilata məlum olmamışdır. Hadisə 26 fevralda olmuş, 28 fevralda iddiaçı izahat verərək yuxuladığı üçün belə bir halın bir daha təkrarlanmamasını bildirərək üzrxahlıq etmiş və belə məzmunda izahat mövcuddur. Lakin buna baxmayaraq, araşdırma aparılmış və 14 mart tarixində iddiaçının işdən çıxarılması barədə əmr verilmişdir. O, məhkəmə araşdırması zamanı mülki iş materialları ilə tanış olmuş və məlum olmuşdur ki, bülleten əslində məhkəməyə təqdim edilmiş və bu zaman cavabdehə iddiaçının büllütendə olduğu dövrdə işdən çıxarılması məlum olmuşdur. Lakin cavabdeh bunu sübut edə bilmədiyindən bu faktı qəbul edərək xx.xx.2022-ci il tarixdə əmr vermiş və bununla da iddiaçının yeganə pozulması ehtimal olunan hüququnun pozulmasının qarşısı olunmuş olmuşdur. İddiaçının işdən çıxarılması tarixi dəyişdirilmiş, əmək kitabçasına, elektron sistemə dəyişliklik edilərək, həmçinin, ödənişlərin edilməsi məbləğində dəyişiklik edilərək əmr qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Lakin o, özü də iddia ərizəsinə etirazı tərtib edərkən müəyyən texniki yanlışlığa yol vermiş, ona verilən sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmri qəbul edərkən qəbzə imza etməkdən imtina etmişdir. Lakin o, səhvə yol verərək əmri qəbul etməkdən imtina etməsi kimi qeyd etmişdir. Cavabdeh həmin əmri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərərək əmrdə düzəlişlərin edilməsi barədə məlumat vermişdir. Tərtib edilmiş əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Belə ki, əmrdə çox aydın formada qeyd edilmişdir ki, iddiaçı əmək funksiyalarının hansına əməl etməmişdir. İddiaçı da öz izahatında qeyd etmişdir ki, iş yerində yuxulamışdır. İddiaçı kompressor şöbəsinin operatoru vəzifəsində işləmişdir. Ona ammonyakın miqdarı barədə məlumat verilmiş, miqdarını tam şəkildə xatırlamasa da, qeyd edir ki, həmin maddənin miqdarı o qədər yüklü formada çoxdur ki, əmək funskiyalarının pozulması, nəinki işçi və işəgötürənin, hətta həmin ərazidə yaşayan insanların belə zəhərlənməsinə səbəb ola biləcək bir haldır. İddiaçının əmək funksiyası dövrü olaraq göstəricilərə nəzarət etmək, dəyişiklik olaraq bu barədə qeydiyyat aparmaqdır. Deməli, iddiaçı tərəfindən pozuntu kifayət qədər ciddi haldır. Əmrdə hüquqi ünvanın göstərilməməsi əsası isə onun əmrinin ləğv edilməsi üçün əsas deyildir, sadəcə olaraq formal xarakter daşıyır. Belə ki, cavabdeh müəssisə təşkilatının adı hər kəsə bəllidir. İddia ərizəsində Əmək Məcəlləsinin 70-ci maddəsinə yönləndirilmişdir. Cavabdehin 72-ci maddə ilə iddiaçını çıxarmaq üçün əsas vardır. xx.xx.2022-ci il tarixdə iddiaçı töhmət almış və bu əsasla iddiaçı işdən çıxarıla bilərdi. Lakin buna baxmayaraq, işdən çıxarılma üçün yalnız bir əsas verilməli olduğundan iddiaçı 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmışdır. İddiaçı iddia ərizəsində qeyd olunan vaxtın istirahət vaxtı olduğunu və istirahət vaxtında yuxuladığını qeyd etmişdir. Lakin bu hallar iddiaçının özünü müdafiə xarakterlidir. Fikrincə, işəgötürənin seçim hüququna malik olmaqla, ona verilən məlumata görə işəgötürən tərəfindən iddiaçıya töhmət verilməsindən savayı, işəgötürən tərəfindən iddiaçının müxtəlif əməllərinə göz yumularaq güzəşt edildiyi bildirilmişdir. Cavabdeh əmək kitabçasını və əmri təqdim etməməkdə maraqlı olsaydı, həmin sənədləri poçt vasitəsilə göndərməmiş də olacaqdır. Maddi və mənəvi ziyan dəydiyini isə hesab etmir. Cavabdeh tərəfindən iddiaçıya rəsmi şəkildə xəbərdarlıq edilməməsini isə onunla əsaslandırır ki, məhkəmə araşdırması zamanı tərəflər arasında barışığın əldə olunması istisna edilməmiş, işəgötürən tərəfindən güzəşt edilmiş, humanist yanaşılmış, əks təqdirdə, işəgötürən tərəfindən hər addım rəsmiləşdirilmiş olsa idi, mübahisə də daha tez həllini tapmış olacaqdır. İddiaçı səhhəti və yaşı ilə bağlı həmin vəzifəni icra etmədiyini bildirsə də, həmin məsələ ilə bağlı işəgötürənə rəsmi şəkildə müaciət etməmişdir. Bu hal da sübut edir ki, iddiaçı həmin vəzifəni icra etmədiyindən cavabdeh haqlı şəkildə iddiaçını işdən çıxarmışdır. Dövrü olaraq, işçilərə də nəzarət mütləq şəkildə edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı məxsus olan xx.xx.1979-cu il tarixli ИT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 45 saylı əmr əsasında əmək müqaviləsinə xx.xx.2013-cü il tarixli 84 saylı əlavəyə uyğun olaraq texniki xidmətə kompressor sahəsinin operatoru vəzifəsinə keçirilmiş, əmək müqaviləsindəki vəzifəsinin adı ştat cədvəlinə uyğun olaraq İstehsalat Departamentinin texniki şöbəsində kompressor vəzifəsinin operatoru adlandırılmışdır. Baltika-Bakı MMC-nin adı xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC adlanmış, İddiaçı xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. -Baltika-Bakı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 009 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən əlavə texniki xidmət sahəsi üzrə kompressor qurğusu üzrə operator vəzifəsinə aylıq əmək haqqı 625 manat olmaqla işə qəbul edilmişdir. -Baltika-Bakı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 174 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən kompressor sahəsinin operator vəzifəsinə aylıq əmək haqqı 700 manat olmaqla işə qəbul edilmişdir. -Baltika-Bakı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 84 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən texniki xidmət kompressor sahəsinin operator vəzifəsinə aylıq əmək haqqı 770 manat olmaqla işə qəbul edilmişdir. -xx.xx.2012-ci il tarixli 84 saylı əmək müqaviləsinə dəyişiklikdən görünür ki, əmək müqaviləsindəki vəzifənin adı xx.xx.2013-cü il tarixindən ştat cədvəlinə uyğun olaraq İstehsalat departamentinin texniki şöbəsində kompressor sahəsinin operatoru adlandırılmışdır. -Əmək qabiliyyətinin olmaması barədə ******* saylı xəstəlik vərəqəsindən görünür ki, İddiaçı essensial diaqnozu ilə ambulator rejimdə olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə başlama müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. -Milli depozit mərkəzi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı “Bakı-Pivə” ATSC-nin 476 saylı adi səhmlərinin səhmdar olmuşdur. -Soyuducu-kompressor sexinin operatoru üçün əməyin mühafizəsi üzrə təlimatdan görünür ki, təlimatın məqsədi soyuducu-kompressor sexinin texnoloji avadanlığının istismarı zamanı təhlükəsizliyin təmin olunması və texniki xidmət heyətinin zədə almasına yol verilməməsidir. Soyuducu kompressor sexinin texnoloji avadanlığının planlıqabaqlayıcı, sazlama, plandankənar və qəza işlərinin hazırlanmasının təşkili və aparılmasına görə təhlükəsizlik xidmətinin mühəndisləri məsuliyyət daşıyır. Təlimatdan daha sonra görünür ki, işə başlamazdan əvvəl təhlükəsizlik tədbirlərinə daxildir: xüsusi geyimə baxış keçirmək, onu geyinmək, onun bütün düymələrini bağlamaq (bütün düyünlərini bağlamaq), geyimin aşağı hissələri sallanmamalıdır. Geyimə sancaq, iynə taxmaq, ciblərdə iti, sınan əşyaları saxlamaq qadağandır. İşə başlamazdan əvvəl operator aşağıdakıları etməlidir: İş zonasında kifayət qədər işıqlandırmanın olubolmadığını yoxlamalı, birbaşa rəhbərdən işin icrası üçün tapşırıq almalı, iş üçün lazım olan material və alətləri hazırlamalı, işdə istifadə olunan avadanlığın, elektrik cihazlarının, alətin komplektliyini və saz vəziyyətdə olub-olmadığını yoxlamalı, öz iş yerinin təhlükəsizlik tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 01/W saylı əmrindən görünür ki, Cavabdeh MMC-də Energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X9 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə töhmət verilmiş, əmrin verilməsi üçün əsas X5 və İddiaçı izahatları, baş energetik X4 təqdimatı və rəhbərliyin göstərişi olmuşdur. Əmrdən daha sonra görünür ki, Cavabdeh MMC-də Energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X10 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə borclarını yerinə yetirərkən dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, qulaqcıqlardan istifadə etməmiş və bununla da təhlükəsizlik qaydalarını pozmuşlar. Buna səbəb energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X5 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarında qeyd edilmiş “Məsuliyyət” bəndinə riayət etməmələri olmuşdur. Bununla da Cavabdeh MMC-də energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X10 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və bu səbəbdən Əmək Məcəlləsinin 11, 186 və 187-ci maddələrini rəhbər tutaraq, əmr qəbul olunmuşdur. -İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2022ci il tarixdə gecə növbəsində olarkən saat 2 radələrində belinin ağrısından stolun üstündə uzanmış və həmin vaxt mürgüləmişdir. Zaur müəllim onu görmüş və bir daha belə bir hadisə baş verməyəcəyinə dair söz vermişdir. -X7, X2, X6 tərəfindən tərtib olunmuş xx.xx.02022-ci il tarixli aktdan görünür ki, kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə öz imzası ilə tanış olmaqdan imtina etmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrindən görünür ki, Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbilə tutduğu vəzifədən/peşədən azad edilmiş, əmrin verilməsi üçün əsas İddiaçı xx.xx.2022-ci il tarixli izahatı, ərazidə quraşdırılan müşahidə kameralarının video yazıları, baş energetik X4 təqdimatı və rəhbərliyin göstərişi olmuşdur. Əmrdən daha sonra görünür ki, xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoymuş və Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndini kobud şəkildə pozmuşdur. Bununla Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, əmr qəbul edilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmrindən görünür ki, Cavabdeh MMC üzrə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 05T/HR saylı əmrin 1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı redaksiyada verilmişdir: “Cavabdeh MMCdə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsində baş tutan məhkəmə iclası zamanı İddiaçı tərəfindən təqdim edilmiş ******* saylı xəstəlik vərəqəsi olmuşdur.” -Cavabdeh MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 1181 saylı məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı işə bərpa edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində baş tutmuş iclas zamanı Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi tərəfindən aşkar edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ******* saylı xəstəlik vərəqəsi təqdim edilmişdir. Həmin xəstəlik vərəqəsinə əsasən, işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmuşdur. Lakin işəgötürənin adıçəkilən xəstəlik vərəqəsinin mövcudluğu haqqında məlumatı olmamışdır. Belə ki, işçi işəgötürənə bu barədə vaxtında heç bir məlumat verməmiş, hətta xx.xx.2022-ci il tarixdə bütün günü işdə olmuş və öz əmək funksiyalarını yerinə yetirmişdir. Bununla əlaqədar, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, şirkət tərəfindən xx.xx.2022-ci tarixli əmr ilə xx.xx.2022-ci il tarixli xitam haqqında əmrə dəyişiklik edilmişdir. Bununla, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçirilmişdir. Bununla əlaqədar, əmək münasibətləri və məşğulluq altsistemində (ƏMAS) işçinin əmək müqaviləsinə edilmiş xitam tarixinin dəyişdirilməsi üçün müvafiq texniki dəstək göstərilməsi xahiş olunmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Cavabdeh MCCyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 saylı məktubdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminə İddiaçı adına daxil edilmiş xitamla bağlı əmək müqaviləsi bildirişində xitam tarixinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli, 1181 nömrəli məktuba baxılmışdır. Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-ci hissəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Müraciətdə qeyd olunan məsələ ilə bağlı məhkəmə qərarı təqdim edildikdən sonra icrasına baxılacaqdır. -Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 1179 saylı məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrə dəyişiklik edilmiş, xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmri iki nüsxədə göndərilmiş, əmək kitabçasında müvafiq dəyişiklik edilməsi üçün iş vaxtı ərzində əmək kitabçası ilə bərabər inzibati məsələlər və personal üzrə departamentə yaxınlaşması xahiş olunmuşdur. -73862 saylı qaimədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmri qəbul edilməyərək şirkətə geri qaytarılmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş təltif, diplom və təşəkkürnamələrdən görünür ki, İddiaçı əmək fəaliyyətində zavodun fəaliyyətinə verdiyi tövhələrə görə mükafatlanmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) ilə bağladığı xx.xx.2009cu il tarixli 009 saylı əmək müqaviləsinə əsasən, energetika xidmətinin kompressor sahəsi üzrə operator vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrinə əsasən isə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işdən azad edilmiş, hazırda da, iddiaçı həmin əmrin ləğv edilərək işə bərpa edilməsi və əmək haqqı, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı əlavə texniki xidmət sahəsi üzrə kompressor qurğusu üzrə operator vəzifəsinə işə qəbul edilmiş, beləliklə də, tərəflər arasında işçi-işəgötürən hüquq münasibətləri əsasında qarşılıqlı hüquq və vəzifələr yaranmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun sözügedən müddəasına istinad edərək, məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 70-ci maddənin 2-ci hissəsinin ç bəndinə uyğun olaraq işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hallarıdır. Əmək Məcəlləsinin: 71-ci maddəsinin İİ hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin İİİ hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, onun əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Mülki iş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və soyuducukompressor sexinin operatoru üçün əməyin mühafizəsi üzrə təlimatdan da göründüyü kimi, iddiaçı kompressor sahəsinin operatoru vəzifəsinə işə qəbul edilməklə əmək funskiyaları təlimatla təsdiq olunmuş və həmin təlimata əsasən, operator olan iddiaçı soyuducukompressor sexinin texnoloji avadanlığının istismarı zamanı təhlükəsizliyin təmin olunması və texniki xidmət heyətinin zədə almasına yol verilməməsini təmin etməli idi. Əmək qanunvericiliyinin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinə əsasən, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən işçinin əmək funsiyasının, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi, işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan dəyib-dəyməməsi halları araşdırılmalıdır. Mülki iş materiallarına əlavə olunmuş soyuducu-kompressor sexinin operatoru üçün əməyin mühafizəsi üzrə təlimata əsasən, həmin vəzifə üzrə işə qəbul edilmiş İddiaçı ümumi təhlükəsizlik tələblərinə, işə başlamazdan əvvəl, iş zamanı, iş bitən zaman, həmçinin, qəza hallarında təhlükəsizlik tələblərinə riayət etməsi zəruri hal təşkil edirdi. Göründüyü kimi, İddiaçı tərəfindən əmək funksiyalarının tələblərinə riayət edilməli olduğu halda, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 01/W saylı əmri əsasında, kompressor sahəsinin operatoru vəzifəsində çalışan iddiaçıya xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. Belə ki, həmin əmrin verilməsi səbəbi iddiaçının vəzifə borclarını yerinə yetirərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qulaqcıqlardan istifadə etməməsi və bununla da təhlükəsizlik qaydalarını pozması olmuşdur. Beləliklə, iddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəliklərini pozmuşdur ki, bununla da iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “e” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, həmçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv olmaqla, göstərilən halın hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi istisna edilməmişdir. Beləliklə də, əmək müqaviləsi üzrə mühüm əmək funksiyalarına əməl etmək öhdəliyi daşıyan iddiaçı tərəfindən əmək müqaviləsi funksiyalarının zaman-zaman pozulması barədə iddiaçıya şifahi xəbərdarlıqlar edilmiş və bu, nəticə etibarı ilə iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə töhmət intizam tənbeh tədbirinin verilməsi ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Qanunvericiliyin tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri də əmək vəzifələrinin kobud şəkildə pozulması çıxış edir. Göstərilən maddənin tələblərindən göründüyü kimi, əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən halların siyahısı dəqiq şəkildə müəyyən edilmişdir. Qanunvericilik, eyni zamanda, işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə əsasən, işçi tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsi, həmçinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin c) bəndinə əsasən, əməyin təhlükəsizliyi normalarına əməl etmək işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biri hesab olunur. Mülki iş materiallarına əlavə olunmuş əmrlərin surətindən göründüyü kimi, xx.xx.2022-ci il tarixli 01/W saylı əmri əsasında, kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə töhmət verilməsinin səbəbi iddiaçının vəzifə borclarını yerinə yetirərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qulaqcıqlardan istifadə etməməsi və bununla da təhlükəsizlik qaydalarını pozması, xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrə əsasən isə iddiaçının xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoyması olmuş, bununla da iddiaçının davranışları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi qanun və digər normativ hüquqi aktlarla təsbit edilmiş əməyin mühafizəsi qaydalarını gözləməlidir. Əməyin mühafizəsi dedikdə, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik, normativ hüquqi aktlar, müqavilələrdə nəzərdə tutulan texniki təhlükəsizlik qaydaları sistemi nəzərdə tutulur. Mülki iş materiallarından, həmçinin, tərəflərin izahatından da göründüyü kimi, kompressor sahəsinin operatoru vəzifəsinə işə qəbul edilmiş İddiaçı qurğulara nəzarət etmək üzrə mühüm əmək funksiyasının icra edilməsinə görə məsuliyyət daşıdığı halda, əmək funksiyaları təlimatına əsasən nəzərdə tutulmuş tələblərə riayət etməmiş, bununla da, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq əmək funskiyalarının icrasını kobud şəkildə pozmuşdur. Qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması əsaslarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl göstərməsi olmuşdur. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv yaxud hüquqazidd hərəkətlər iş vaxtı olmalıdır. Mülki iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoymuş və Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli izahat əsasında onun xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən saat 2 radələrində belinin ağrısından stolun üstündə uzanması və həmin vaxt mürgüləməsini etiraf edərək təqsirini qəbul etməsi müəyyən olunmuşdur. Bununlada iddiaçı tərəfindən əməyin mühafizəsi qaydalarına riayət olunmalı olduğu halda, buna riayət edilməmiş, bununla da, işəgötürənin, işçilərinin, həmçinin, digər şəxslərin həyat və sağlamlığına ziyan vurulması istisna edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı İddiaçı əmək funskiyalarının icrasını kobud şəkildə icra etməsi nəticə etibarı ilə iddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin verilməsi ilə iddiaçının əmək funskiyalarını kobud şəkildə icra etməsini təsdiq etmişdir. Həmçinin, iddiaçının izahatı və mülki iş materiallarına əlavə olunmuş xəstəlik vərəqəsindən göründüyü kimi, iddiaçının sağlamlığında yaranmış problemlərdən dolayı, İddiaçı essensial diaqnozu ilə ambulator rejimdə olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və bu barədə əmək qabiliyyətinin olmaması barədə ******* saylı xəstəlik vərəqəsi verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən göründüyü kimi, iddiçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə 05T/HR saylı əmrlə qəbul edilərək cavabdeh təşkilata xəstəlik vərəqəsinin bəlli olmadığı müəyyən olunmuşdur. Beləliklə də, iddiaçı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi verildiyi halda, xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində iş yerində olmuş, bu barədə işəgötürənə rəsmi şəkildə məlumat verməmiş, bu səbəbdən də, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrin tarixi dəyişdirilərək xx.xx.2022-ci il tarixdə 10T/HR saylı əmr qəbul edilmiş, lakin cavabdeh tərəfindən qəbul edilmiş işdən azad edilmə barədə ilkin əmr iddiaçı tərəfindən mübahisələndirildiyindən əmrə edilmiş dəyişikliklərin səlahiyyətli qurum tərəfindən təsdiqlənərək sistemə daxil edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələblərindən və mülki iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Lakin bununla belə, qanunvericilik işəgötürənin üzərinə əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçidən yazılı izahat alınması öhdəliyini qoymuşdur. Yazılı izahatın verilməsindən imtina edilməsi əmək müqaviləsinə xitam verilməsini istisna etməsə də, bu, mütləq şəkildə aktlaşdırılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə çalışdığı iş yerində mürgüləməklə sexi nəzarətsiz qoymuş, bununla da, əmək funksiyalarını pozmuş iddiaçıdan xx.xx.2022-ci il tarixdə izahat alınmış, həmin izahat əsasında iddiaçı əmək funksiyalarının pozulmasını etiraf etmiş, növbəti aydan yəni, xx.xx.2022-ci il tarixdən bülletendə olmasına baxmayaraq, bu barədə işəgötürənə məlumat verməmiş, bu səbəbdən də işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə ciddi əməl edilməlidir. Əmək Məcəlləsinin 79-cu maddəsinin İ hissəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasını qadağan edən işçilərin və halların konkret dairəsi müəyyən olunduğu halda, iddiaçının sözügedən müddəanın təsirinə düşən işçi olmadığı müəyyən olunmuş və bu barədə iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Qanunun tələbinə istinad edərək məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqının yazılı razılığının alınmasına dair imperativ norma işçinin yalnız həmkarlar ittifaqının üzvü olduğu halda mümkündür ki, iddiçının da həmkarlar ittifaqının üzvü olmadığı müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən,1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Məhkəmə göstərilən qanunun tələblərinə də istinad edərək qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən mütləq şəkildə həmin əmrdə zəruri olan rekvizitlər öz əksini tapmalıdır. Məhkəmə tərəflərin izahatı əsasında da xx.xx.2022-ci il tarixdə qəbul edilmiş əmrdə hüquqi şəxsin ünvanının qeyd olunmadığını müəyyən etsə də, həmin məlumatın qeyd olunmamasını mühüm əhəmiyyət kəsb edən hal kimi nəzərdən keçirməyərək bu halın əmrin etibarsız hesab olunmasına əsas görmür. Beləliklə də, qanunun göstərilən tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmr qanunvericiliyin tələbləri gözlənilməklə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3 haqqında” X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və ona görə də Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrinin ləğv edilməsinə heç bir əsas olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia ərizəsinin 13-cü əmək haqqının, maddi və mənəvi ziyan tələbinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin qəbul etdiyi xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmri qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edildiyindən və bilavasitə, iddiaçıya maddi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbləri bu hissədə də əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar