Məhkəmə qərarları › İş №2(012)-299/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-299/2024

27.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-299/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən onun 1/5 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində 1/5 hissədə onun mülkiyyət hüququ məhkəmə qərarına əsasən tanınmışdır. Həmin əmlak üzərində onunla birlikdə digər cavabdehlərin də payları müəyyən olunmuşdur. O, hazırda həmin cavabdehlərlə paylı mülkiyyətində olan əmlakdan payının naturada ayrılmasını tələb edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən onun 1/5 payının həmin qeyriyaşayış sahəsi ilə üzbə-üz dayandıqda sol tərəfdə yerləşən sahəsi 339.30 kv.m olan **********63-05101-083002 reyestr nömrəsi ilə onun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan qeyri-yaşayış sahəsi ilə bitişik hissədə naturada ayrılaraq həmin qeyri-yaşayış sahəsinə birləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən onun 1/10 payının həmin qeyriyaşayış sahəsi ilə üzbə-üz dayandıqda sol tərəfdə yerləşən sahəsi 339.30 kv.m olan **********63-05101-083002 reyestr nömrəsi ilə onun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan qeyri-yaşayış sahəsi ilə bitişik hissədə naturada ayrılaraq həmin qeyri-yaşayış sahəsinə birləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/986 saylı rəyi ilə razı olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5157/2022 saylı qərarından görünür ki, X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-939/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan daha sonra görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4377/2021 saylı qətnaməsi ilə (X8) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron 2 saylı Notariat Ofisi, X7) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddianın qismən təmin edilməsi, X1 miras qalmış, Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/5 hissədə müəyyən edilməsi, hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-939/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən təmin ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron 2 saylı Notariat Ofisi, X7) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddiası və X4 cavabdehlər Cavabdeh1, Cavabdeh4 və İddiaçı qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası qismən təmin edilmiş, X1 miras qalmış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/10 hissədə müəyyən edilməsi, Cavabdeh1, Cavabdeh4 İddiaçı qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, X1 miras qalmış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində X4 payının 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin isə hər birində X4 payının payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. Həmin qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-939/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-939/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinin “Qət etdi” hissəsinin 5-ci abzası “X1 miras qalmış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payının 1/10 hissədə müəyyən edilsin” abzası “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin mərhum Ş.Xalıqovdan miras qalmış hissəsinə 1/3 hissəsinə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində mərhum Ş.Xalıqovdan miras qalmış hissəsinə İddiaçı payının 1/5 hissəsinə, yəni evin 1/6 hissəsinə və qeyri-yaşayış sahələrinin hər birinə 1/10 hissəsinə İddiaçı payı müəyyən edilsin” abzası ilə əvəz edilməklə, qətnamədə buraxılmış yanlışlıq düzəldilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 339.3 kv.m olan qeyri-yaşayış sahəsi dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 275,9 kv.m olan qeyri-yaşayış sahəsi dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Hüquq sahibləri İddiaçı 1/10 hissə, X7 5/10 hissə, açıq pay 4/10 hissə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-083004 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 275,9 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/10 hissədə payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Əgər mümkündürsə, həmin ayrılan payın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-083004 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m olan qeyriyaşayış sahəsinə bitişik hissədən ayrılması texniki cəhətdən mümkündür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/986 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-083004 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 275,9 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/10 hissədə payına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu, qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-083004 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik hissədən ayrılmasının texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edirr ki, işin araşdırılan hallarından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2022-ci il tarixli qətnaməsi ilə X1 miras qalmış, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115,2 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/5 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü girişinin 1-ci mərtəbəsində 275,9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 49,9 kv.m (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/10 hissədə müəyyən edilmişdir. Hazırda mübahisəli qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqları paylara uyğun şəklində müəyyən edilmişdir. İddiaşı müəyyən edilmiş payına uyğun olaraq əmlakın naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024cü il tarixli rəyində qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-083004 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 275,9 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı 1/10 hissədə payına uyğun şəkildə onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik hissədən ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin real bölgüsünün aparılmasına imkan verən sübut kimi qiymətləndirilir. Odur ki, məhkəmə iddianın tərəflərin birgə paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin real bölgüsünün aparılmasını ekspert rəyində qeyd edilən şəkildə müəyyən edilməsini əsaslı və məqsədəuyğun hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsindən iddiaçının 1/10 payı, onun xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik hissədən müəyyən edilməklə real bölünməsi hissəsində təmin edilməli, iddia qalan hissədə təmin olunmamlıdır. Belə ki, məhkəmə iddiaçının 1/10 payının naturada bölgüsünün iddiaçının digər əmlakına bitişik hissədə aparılmasını, iddiaçıya məxsus əmlakların yaxınlığının sıra ardıcıllığının təmin edilməsi məqsədilə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 50 (əlli) manat dəyərində məhkəmə tikinti-texniki ekspertizası xərci tərəflərə aid edilməli və onlardan müştərək qaydada tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, İddiaçı və X4 ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0.17 ha torpaq sahəsində yerləşən 1 saylı binanın 3-cü giriş, birinci mərtəbəsində 275.9 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən iddiaçının 1/10 hissədə payı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 1 saylı binada yerləşən 339,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə bitişik hissədən müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnаmədən, qətnаmə işdə iştirаk еdən şəхslərə rəsmi qаydаdа vеrildiyi gündən 1 (bir) аy müddətində Abşeron Rаyоn Məhkəməsi vаsitəsi ilə Sumqayıt Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnаmədən şikаyət vеrilməmişdirsə, qəbul еdildiyi gündən 1 (bir) аy kеçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar