Məhkəmə qərarları › İş №2(012)-3/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3/2025

28.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı qanunsuz çəpərin, tikintinin sökülməsi və zəbt edilmiş ərazidən çıxarılması tələbi və cavabdeh-qarşılıqlı iddiaçı X1 İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair iddia tələbləri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı qanunsuz çəpərin, tikintinin sökülməsi və zəbt edilmiş ərazidən çıxarılması tələbi və cavabdeh-qarşılıqlı iddiaçı X1 İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair iddia tələbləri məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı qanunsuz çəpərin, tikintinin sökülməsi və zəbt edilmiş ərazidən çıxarılması tələbi və cavabdeh-qarşılıqlı iddiaçı X1 İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair iddia tələbləri baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar