Məhkəmə qərarları › İş №2(012)-30/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-30/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-30/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh X12 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X16 və X4 qarşı əqdlərin etibarsız hesab edilməsi və mənzilin təhvil veilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin təhvil veilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan 41 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “Mənzilin alqı-satqısı haqqında" müqavilə imzalanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B" girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzili ümumilikdə 64000 manat nağd pul ödəməklə almışdır və bu barədə ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. O, mənzili aldıqdan sonra məlum olmuşdur ki, X5 ilə MMC arasında yuxarıda qeyd edilən mənzillə bağlı 22 noyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi imzalanmışdır. Bu səbəbdən həmin mənzilin alqı-satqısı zamanı ona qarşı qanunsuz hərəkətlərin edildiyi üçün Abşeron RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır və o, həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu barədə Abşeron RPİ-nin İŞ-də 21 mart 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra dəyərini tam ödədiyi yuxanda qeyd edilən mənzillə bağlı "xxxx" MMC ilə X17 arasında 19 iy un 2020-ci il tarixli "Mənzilin alqı- satqısı haqqında" müqavilə və 19 iyun 2020-ci il tarixli maliyyə arayışı, o cümlədən də X2 "xxxx" MMC-yə ünvanladığı yuxarıda qeyd edilən mənzilin X12 adına rəsmiləşdirilınəsinə etirazının olmaması barədə iki il sonra tarixlə imzalanan 14 noyabr 2022-ci il tarixli notarial qaydada imzası təsdiqlənmiş ərizəsi əldə edilmişdir. “Avro Qrand" MMC tərəfindən X12 hüquqları (alqı-satqı müqaviləsi və maliyyə arayışı) tanınmır (Etibarsızdır). MMC-nin nümayəndəsi ona bildirmişdir ki, X5 ilə imzalanan 22 noyabr 2014-cü il tarixli müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Belə ki, bu mənzil 85800 manat dəyərində tikinti materialları ilə əlaqədar barterə verilməklə Elnur Balakişizadənin adına rəsmiləşdirilmişdir. X18 tərəfindən 2014-cü il tarixdə 35000 manat pul vəsaiti dəyərində cavabdehə tikinti materialları verilmiş, qalan 50800 manat isə hazırki tarixədək ödənilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, X5 ilə Cavabdeh MMC arasında imzalanmış 22 noyabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, X17 ilə Cavabdeh MMC arasında imzalanmış 19 iyun 2020-ci il tarixli mənzilin alqı-satqısı haqqında saxta müqavilənin və saxta maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun qanuni hesab edilməsi və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh X12 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O əlavə etdi ki, mənzil bacısı tərəfindən qanuni əsaslarla əldə edilmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh X2 nümayəndəsi X3 iştirak etdiyi məhkəmə iclasında iddia tələbinə etiraz etdi. O qeyd etdi ki, X5 ilə Cavabdeh MMC arasında imzalanmış 22 noyabr 2014-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi qanunidir. Mənzil onun tərəfindən "xxxx" MMC-nin razılığı ilə X1. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzili 85800 manata (tam ödəməklə) almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzili 85800 manata almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışı və mənzilin onun adına rəsmiləşdirilməsinə E.F.Balakişizadənin xx.xx.2022-ci il tarixli razılıq ərizəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzili 64000 manata (tam ödəməklə) almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilmiş, bu barədə olan maliyyə arayışı etibarsız hesab edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzilə dair legitim əqd kimi tanınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli təhvil aktından görünür ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzil "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə, həmin Məcəllənin 75.1.1 və Azərbaycan Respublikası CPM- nin 44.2.1-ci maddələrinin tələblərinə əsasən cəza təyin edilməmiş və hazırki hökmlə təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən X9 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə, zərərçəkmiş şəxs (mülki iddiaçı) X10 mülki iddia tələbi qismən təmin edilmiş və 35000 (otuz beş min) manat məbləğində pulun X6 tutularaq X14 ödənilməsi təmin edilmiş, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X15 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər üç şəxslə MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, "xxxx" MMC ilə X5 arasında ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzilin 85800 manata satılması barədə razılıq əldə edilmişdir. Pul məbləğinin onun tərəfindən MMC-yə tam ödənilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. İşdəki sənədlərlə müəyyən olunur ki, daha sonra "xxxx" MMC ilə X17 arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və o, həmin mənzili 85800 manata almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli maliyyə arayışı və mənzilin onun adına rəsmiləşdirilməsinə E.F.Balakişizadənin xx.xx.2022-ci il tarixli razılıq ərizəsi verilmişdir. Daha sonra isə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, o, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzili 64000 manata (tam ödəməklə) almışdır. Pul məbləğinin onun tərəfindən MMC-yə ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İş materialları ilə müəyyən olunur ki, X5 MMC-yə əslində 85800 manatlıq sement vermə öhdəliyi götürmüş, MMC isə öz növbəsində materiala görə ödəniş etməmiş, bu öhdəliyini mənzilin ona verilməsi ilə əvəzləşdirmişdir. MMC-nin işdə olan bir sıra sənədlərindən görünür ki, X5 Cəmiyyətə cəmi 35000 manatlıq material vermiş, qalan malları təhvil verməmişdir. Mənzilə dair S.V.Binətova da əslində MMC-yə heç bir ödəniş etməmiş, MMC onunla X2 imtina ərizəsinə əsasən müqavilə bağlamışdır. Beləliklə, göstərilən hər iki əqd başqa əqdi pərdələmək niyyətilə bağlandığından məhkəmə hesab edir ki, bu əqdlər etibarsızdır. İşdən görünür ki, həqiqətən də "xxxx" MMC özünün xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləni ləğv etmiş, bu barədə olan maliyyə arayışı etibarsız hesab edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan, 41 nömrəli mənzilə dair legitim əqd kimi tanınmışdır. Hər iki şəxsə (X5 və X17) mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə onlar, nə də iddiaçı mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır. Bu fakt xx.xx.2024-cü il tarixli təhvil aktı ilə tamamilə təsdiq olunur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MMC tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan müqavilə legitim əqd kimi qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı digərlərinə nisbətən üstünlük hüququ əldə etmişdir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mübahisəli mənzil iddiaçıya təhvil verilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, X5 və X17 ilə "xxxx" MMC arasında bağlanmış hər iki müqavilə başqa əqdi pərdələmək üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqdlər əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdehlər X5 və X17 ilə bağlanmış hər iki müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdlərin etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı sahiblik hüququnun pozulması qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeyd olunan hər iki müqavilə yalan əqdlər olduğundan, mübahisəli mənzil İddiaçı təhvil verilməlidir. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan 41 nömrəli mənzilinə sahiblik və istifadə hüququnun İddiaçı aid olmasının müəyyən edilməsi barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə tələb qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan 41 nömrəli mənzili İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "B” girişinin 9-cu mərtəbəsində, üç otaqlı, ümumi sahəsi 156 kv.metr olan 41 nömrəli mənzili İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar