Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3002/2024 29.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayonu 2 saylı notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1954-cü il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş bibisi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsindəki payın onun və xx.xx.2021ci ildə vəfat etmiş anası X11 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, hazırda yaşadığı ünvan 1 ünvanında onun, mərhum anası X4, X10nun və anasının bibisi X3 paylı mülkiyyətində qeydiyyata alınmışdır. X10 xx.xx.2010-cu il tarixdə, anası X11 xx.xx.2021-ci il tarixdə və anasının bibisi X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Atası, anası və anasının bibisi X8 vəfat etdikdən sonra onlardan miras qalmış əmlakdakı payı faktiki olaraq o, qəbul etmiş və mülkiyyət hüququ əldə etmişdir. X3 həyat yoldaşı vaxtilə X21 həlak olmuşdur, X3 övladı olmamışdır və Xanımnənə Kərimova onlarla Fatmayı kəndində bir evdə yaşamışdır. Atasından, anasından və anasının bibisindən miras qalmış və onun faktiki istifadəsində olan miras əmlakla bağlı Abşeron 2 saylı Notariat Ofisinə müraciət etmiş, lakin maraqlı şəxs ona imtina cavabı vermişdir. Maraqlı şəxs imtinasını onunla əsaslandırmışdır ki, vərəsəliyin qəbulu üçün nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmışdır. Eyni zamanda ona bildirilmişdir ki, X8 ilə qohumluq əlaqəsini təsdiq edən sənədlər yoxdur, bu səbəbdən ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər. Halbuki o, miras əmlakı faktiki qəbul etmişdir, həmçinin onunla X8 arasında qohumluq əlaqəsi olduğunu şahidlər də təsdiq edə bilərlər. Bildirir ki, faktiki istifadəsində olan sözügedən torpaq sahəsində yerləşən ev onun adınadır və o, X3 həmin torpaq sahəsindəki payının onun adına keçirilməsini istəyir. Hazırda onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilmədiyi təqdirdə sözügedən əmlakı başqa şəxslərə satacağı zaman problem yaranacaqdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X8 onun bibisidir və 10 may 2015-ci il tarixdə Fatmayı kəndində dəfn edilmişdir. X24 vaxtilə ailəli olmuş, lakin onun övladı olmamışdır, belə ki, bibisinin həyat yoldaşı X21 həlak olmuş, daha sonra da bibisi ailə həyatı qurmamışdır. Xanımnənə Kərimovanın digər qohumlarından heç birinin ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsində olan pay üzrə iddia və ya tələbi olmamışdır, sözügedən torpaq sahəsi X4 və X14 istifadəsində və sahibliyində olmuşdur. Həmin torpaq sahəsində yerləşən ev onun atası tərəfindən tikilmişdir, X11 və X20 həmin evdə də vəfat etmişdirlər. Məhkəməyə şahid qismində cəlb edilmiş X16 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X8 onun bibisi, ərizəçinin anası X11 isə onun bacısı olmuşdur. X1 Məhəmməd Yusif oğlu ilə ailə həyatı qurmuş, onların bir övladı olmuşdur. O, vaxtilə X5 görmüşdür, belə ki, Xanımnənə Kərimova onun bacısı X11 ilə Abşeron rayonu, Fatmayı kəndində yerləşən evdə yaşamış və həmin evdə də vəfat etmişdir. Onun X24nın övladı olmamışdır və bibisinə məxsus ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsi vaxtilə X6 miras qalmışdır. Qeyd edir ki, həmin torpaq sahəsi ilə bağlı heç kimin tələbi yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 58,60 kv.metr olan fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi, X7, X14 və X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Fatmayı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 410862 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon Fatmayı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 728303 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 214712 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 2V-1010 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: Ərizəçi ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0385 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə X9 məxsus hissəsindən tam olaraq pay almalı olduğu qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli, 2V-149 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X14 vərəsəsi: Ərizəçi ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X17 verilmiş **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0385 ha olan torpaq sahəsindən mərhum X17 düşən hissəsindən tam olaraq pay almalı olduğu qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsindəki payın Ərizəçi və xx.xx.2021-ci ildə vəfat etmiş anası X11 tərəfindən qəbul edilməsi faktı ərizəçinin izahatı, şahidlərin ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 149-150, 216-220, 307, 308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0385 ha torpaq sahəsindəki payın Ərizəçi və xx.xx.2021-ci ildə vəfat etmiş anası X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3002/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3002/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver