Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3004/2023 13.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 miras qalmış Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evinə dair mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2022-ci il tarixdə ölmüş atası Zahib Ağayevdən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt Regional Maraqlı şəxs4ndə Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə orada baxılmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Onun atasından Goradil bağ sahəsindəki ******* ha torpaq sahəsində yerləşən 942 nömrəli bağ evi miras qalmışdır. Həmin bağ evini faktiki olaraq miras kimi qəbul etmişdir və hazırda da orada yaşayır. Mənzilin bütün kommunal xidmətləri onun adına keçirilmişdir. O, həmin əmlakı faktiki qəbul edərək ona sahiblik etmişdir. Atası öldükdən sonra onun birinci növbəli vərəsələri o və anası Maraqlı şəxs3, həmçinin bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 qalmışlar. Onlar isə miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsini bildirirlər və miras əmlakla bağlı onların arasında heç bir mübahisə yoxdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında göstərdilər ki, X3 miras qalmış mübahisəli bağ evini onun ölümündən sonra ərizəçi qəbul etmiş və oranı idarə etmişdir. Buna görə də onlar ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxslər bu barədə ərizəni məhkəməyə təqdim etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxs 1 saylı Sumqayıt Regional Maraqlı şəxs4ndə Notariat Ofisinə məlumat verilmiş, ofis ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, MH ******* saylı (********** qeydiyyat nömrəli) reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evi xx.xx.2009-cu ildən X4 mülkiyyətindədir. İşdə olan AZ-İİ 286097 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan 374833 saylı nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.1980-ci il tarixdə nikaha girmişlər və nikah Bakı Səadət Sarayında 1129 sayla qeydə alınmışdır. Nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan 455970, 343966 və 401106 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 ilə Maraqlı şəxs3 birgə nikahından xx.xx.1981-ci il tarixdə Arzu, xx.xx.1984-cü il tarixdə Xalid və xx.xx.1989-cu il tarixdə Vəfa adlı uşaqları olmuşdur. İşdə olan Sumqayıt Regional Maraqlı şəxs4 Notariat Ofisinin Ərizəçi göndərdiyi xx.xx.2023-cü il tarixli, 1034 saylı məktubdan görünür ki, onun X4 xx.xx.2022-ci il tarixdə vəfatı ilə əlaqədar 1 saylı Sumqayıt Regional Maraqlı şəxs4 notariat ofisinə mirasın qəbul edilməsi ilə bağlı ərizəsinə baxılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Abşeron rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X6 ilə Maraqlı şəxs3 birgə nikahından Maraqlı şəxs1, Ərizəçi və Maraqlı şəxs2 adlı uşaqları olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ sahəsindəki 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evi keçmiş X2 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.2005-ci il tarixli 11878 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə və ləğv edilmiş DTXK tərəfindən sözügedən bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X4 adına dövlət reyestrində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli MH ******* nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir, hazırda da onun adındadır. Əmlak üzərində yüklülük aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüş və onun mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evi miras qalmışdır. Onun Ərizəçi, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlı 4 vərəsəsi qalmışdır (İ növbə). Lakin Z.Ə.Ağayevin ölümündən sonra ondan miras qalmış həmin əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsələr buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X4 vərəsəsi Ərizəçi onun miras əmlakı olan və hazırda barəsində mübahisə qaldırılan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evinə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. Mübahisə məhkəmədə araşdırılarkən digər vərəsələr tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən atası X3 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evinə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsində 0,118711 ha torpaq sahəsində yerləşən 942 saylı bağ evindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3004/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3004/2023
13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver