Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3059/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun-X7 xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi və veriləcək doğum şəhadətnaməsinin aşağıda göstərilən qrafaları: vətəndaş: X13, doğulduğu il: xx.xx.1963-cü il, doğum yeri: Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kənd, valideynləri: atası: X19, anası: X8, milliyəti: azərbaycanlı kimi yazılmaqla yeni doğum şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçi Cəlilova (qız soyadı Dünyamalıyeva) Sevil Novruz qızı xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində anadan olmuşdur. Ərizəçinin ailəsi 9 nəfərdən ibarət olmuşdur. Ərizəçinin X3, milliyyəti azərbaycanlı, xx.xx.2006-cı ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 saylı qeydiyyat aparılmışdır. Ərizəçinin anası X4, milliyyəti azərbaycanlı, xx.xx.2023-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Ərizəçinin bacıları-X22 xx.xx.1951-ci il təvəllüdlü, X14, xx.xx.1960cı il təvəllüdlü, X20 xx.xx.1953-cü il təvəllüdlü, bacısı X23 xx.xx.1967-ci il təvəllüdlü, ərizəçinin qardaşları-X21, X10 xx.xx.1965-ci il təvəllüdlü. Ərizəçi xx.xx.1987-ci il tarixdə X41 ilə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərizəçi öz həyat yoldaşının soyadı olan “Cəlilova” soyadını qəbul etmişdir. Ərizəçinin həyat yoldaşı X41 xx.xx.2006-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 313 saylı qeydiyyat aparılmışdır. Bildirir ki, ərizəçi yuxarıda göstərdiyi kimi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonunun Əmağu kəndində doğulmuşdur. Həmin vaxt doğum haqqında akt qeydləri kitabında qeydin aparılmasına dair hər hansı sənəd ərizəçidə qalmamışdır. Ümumiyyətlə, doğum şəhadətnaməsi ərizəçiyə zəruri sənədlərin alınması və digər hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Buna dair məlumatın əldə edilməsi üçün 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə ərizəçi rəsmi müraciət etsə də, ərizəçiyə 3-16-5/8-590/25 saylı, 05.03 2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşin hallarından göründüyü kimi ərizəçiyə zəruri sənədlərini almaq və hüquqlarını sərbəst həyata keçirmək üçün doğum faktının qeydə alınmasına dair sənədin əldə edilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X31 ifadəsində göstərmişdir ki, o, ərizəçinin doğma əmisiqızıdır. Belə ki, ərizəçi xx.xx.1963-cü ildə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində anadan olmudur. Ərizəçinin X3, anası isə X2r. Ərizəçinin 4 bacısı və 2 qardaşı olmuşdur. Ərizəçi iki dəfə ailə həyatı qurmuşdur. 1-ci həyat yoldaşı Əskərov Rafiq olmuşdur. 1-ci həyat yoldaşından ayrıldıqdan sonra Cəlilov Yusif ilə ailə həyatı qurmuş və 2006-cı ildə Cəlilov Yusif vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X11 ifadəsində göstərmişdir ki, o, ərizəçinin doğma qardaşıdır. Belə ki, bacısı Ərizəçi xx.xx.1963-cü il tarixində Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində dünyaya gəlmişdir. X1, anaları isə X2r. Onlar 5 bacı, 2 qardaşdırlar. Onların ailəsi 1966-cı ildə Bakıya gəlmiş və burada məskunlaşmışlar. Bacısı Sevinc 2 dəfə ailə həyatı qurmuşdur. 1-ci həyat yoldaşının adı Əskərov Rafiq olmuş, ondan ayrıldıqdan sonra qohumları Yusif Cəlilov ilə ailə qurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X42 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalasıdır. Belə ki, o, ərizəçinin bacısı- X9 oğludur. Xalası xx.xx.1963-cü il tarixində Ermənistan SSR, Yexeqnadzor rayonunda anadan olmuşdur. Ərizəçinin 4 bacısı, 2 qardaşı vardır. Xalasının atasının adı X19, anasının adı isə X2r. Xalası 2 dəfə ailə həyatı qurmuşdur. Xalasının əvvəlki həyat yoldaşından 2 övladı vardır. Lakin xalası əvvəlki həyat yoldaşından ayrılmış, yenidən ailə həyatı qurmuş, sonradan həyat yoldaşı vəfat etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Yexeqnadzor rayon X45 tərəfindən verilmiş İ-ЗЖ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1965-ci ildə anadan olmuşdur. X3, anası isə X2r. -Yexeqnadzor rayon X45 tərəfindən verilmiş İ-ЗЖ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1960-cı ildə anadan olmuşdur. X3, anası isə X2r. Maraqlı şəxs tərəfindən verilmiş AZ-T 287874 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1967-ci ildə anadan olmuşdur. X3, anası isə X2r. -AZE Seriyalı 03045489 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1951-ci ildə anadan olmuşdur. -AZE Seriyalı 02844940 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1953-cü ildə anadan olmuşdur. -V-MЮ 427811 saylı nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X40 ilə X13 arasında xx.xx.1986-cı il tarixli 1172 nömrəli rəsmi nikah bağlanmış, Sevil Novruz qızına Əskərova soyadı verilmişdir. -Moskva VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-MЮ 750905 saylı nikah haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X41 ilə X32 arasında xx.xx.1987-ci il tarixində 6576 nömrəli rəsmi nikah bağlanmış və nikahdan sonra arvada Cəlilova soyadı verilmişdir. -Abşeron Rayon Mehdiabad Qəsəbə İN tərəfindən verilmiş AZ-İİ 270337 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.2006-cı ildə vəfat etmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 302672 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. -1 saylı Bakı “ASAN Xidmət” X17 Ərizəçi ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-16- 5/8-590/2025 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədi doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyiniz üçün doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində anadan olmuşdur. İş materiallarında olan doğum şəhadətnamələrindən də görünür ki, ərizəçinin bacı və qardaşlarının soyadları Dünyamalıyev (a), həmçinin ata (X19) və ana (X4) adları eyni olmuşdur. V-MЮ 427811 saylı nikah haqqında şəhadətnamənin tərcüməsindən göründüyü kimi ərizəçi Əskərov Rafiq oğlu ilə xx.xx.1986-cı il tarixində rəsmi nikah bağlamış və nikahdan sonra ona Əskərova soyadı verilmişdir. Lakin münasibətləri pozulduğundan, ərizəçinin 1-ci nikahına xitam verilmişdir. Moskva VVAQ Şöbəsi tərəfindən verilmiş İİ-MЮ 750905 saylı nikah haqqında şəhadətnamənin tərcüməsindən göründüyü kimi ərizəçi X41 ilə xx.xx.1987-ci il tarixində rəsmi nikah bağlanmış, həmin vaxt ərizəçinin soyadı Əskərova olmuş, yeni nikahdan sonra isə ona Cəlilova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu sübutlar əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1963-cü il, doğulduğu, yer Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndi, soyadı, adı, atasının adı qrafasında “X13”, ata adı qrafasında “X19”, ana adı qrafasında “X6” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan SSR, Yexeqnadzor rayonu, Əmağu kəndi, soyadı, adı, atasının adı qrafasında “X13”, ata adı qrafasında “X19”, ana adı qrafasında “X6”, milliyyəti “Azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə şəxsə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3059/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3059/2025
21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver