Məhkəmə qərarları › İş №2(012)-3097/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3097/2021

16.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3097/2021 16.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi İmamverdiyev Beytulla Dadaş oğlunun və Cavabdeh MMC-nin vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair mülki işə 16 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əmrinin ləğv edilməsi və onun cavabdeh qurumda əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini bildirərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-3097/2021 nömrəli mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh MMC aşağıda göstərilən şərtlər daxilində öz aralarında 16 may 2021-ci il tarixdə bu barışıq sazişini bağlamışdırlar: 1.1. İddiaçı İddiaçı Valeh oğlu tətrəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki,“xxxx” MMC-nin Baş direktoru Etibar Məmmədovun 17 mart 2021- ci il tarixli 01 saylı Əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə 70- ci maddənin “ ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş və İddiaçı oğlu həmin Əmrin ləğv edilməsii, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə Abşeron rayon Məhkəməsində iddia qaldırılmışdır. İş hal-hazırda məhkəmənin icraatındadır. Tərəflər sözügedən mübahisəni həll etmək məqsədilə aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar. 2.1. İddiaçı öz üzərinə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbindən imtina etməyi öz üzərinə götürür. 2.2. Cavabdeh “xxxx” MMC onunla İddiaçı arasında bağlanmış 04 dekabr 2019cu il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə həmin Məcəllənin 70- ci maddəsinin “ ç” bəndinə uyğun olaraq xitam verilməsini və əmək kitabçasında İddiaçı oğlunun işdən azad edilməsi barədə qeyd yazısının ləğv edilməsi barədə öz üzərinə öhdəlik götürür. 2.3. Cavabdeh “xxxx” MMC İddiaçı öz ərizəsi əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə və 69-cu maddəninin 1- ci hissəsinə uyğun olaraq xitam verilməsini, onun əmək kitabçasında bu barədə müvafiq qeydiyyatın aparılmasını, habelə həmin dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” səhifəsində müvafiq qeydiyyatın aparılması üçün həmin orqana rəsmi müraciət edilməsini öz üzərinə götürür. 3.1. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. ununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və onun şərtləri Tərəflər üçün məcburi sayılır. 3.3.Tərəflər bu Barışıq Sazişinin şərtləri üzrə öhdəliklərini icra etmədiyi təqdirdə, Tərəflərin bu Sazişin müddəalarının pozulmasına görə məhkəməyə müraciət etmək hüquqları vardır. 3.4. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 3.5. Bu Saziş 2(iki) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə işin icraatına xitam verilir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlandığından və bu barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmadığından barışıq sazişi sazişdə göstərildi qaydada məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda “1.1. İddiaçı İddiaçı Valeh oğlu tətrəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edilmişdir. Belə ki,“xxxx” MMC-nin Baş direktoru Etibar Məmmədovun 17 mart 2021- ci il tarixli 01 saylı Əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə 70- ci maddənin “ ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş və İddiaçı oğlu həmin Əmrin ləğv edilməsii, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə Abşeron rayon Məhkəməsində iddia qaldırılmışdır. İş hal-hazırda məhkəmənin icraatındadır. Tərəflər sözügedən mübahisəni həll etmək məqsədilə aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar. 2.1. İddiaçı öz üzərinə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbindən imtina etməyi öz üzərinə götürür. 2.2. Cavabdeh “xxxx” MMC onunla İddiaçı arasında bağlanmış 04 dekabr 2019cu il tarixli xxxxxxx000300 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin a) bəndinin tələbini pozduğuna görə həmin Məcəllənin 70- ci maddəsinin “ ç” bəndinə uyğun olaraq xitam verilməsini və əmək kitabçasında İddiaçı oğlunun işdən azad edilməsi barədə qeyd yazısının ləğv edilməsi barədə öz üzərinə öhdəlik götürür. 2.3. Cavabdeh “xxxx” MMC İddiaçı öz ərizəsi əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə və 69-cu maddəninin 1- ci hissəsinə uyğun olaraq xitam verilməsini, onun əmək kitabçasında bu barədə müvafiq qeydiyyatın aparılmasını, habelə həmin dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” səhifəsində müvafiq qeydiyyatın aparılması üçün həmin orqana rəsmi müraciət edilməsini öz üzərinə götürür. 3.1. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş üzrə icraata xitam veriləcək. ununla əlaqədar tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir” müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. Bu Sazişin şərtləri məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və onun şərtləri Tərəflər üçün məcburi sayılır. 3.3.Tərəflər bu Barışıq Sazişinin şərtləri üzrə öhdəliklərini icra etmədiyi təqdirdə, Tərəflərin bu Sazişin müddəalarının pozulmasına görə məhkəməyə müraciət etmək hüquqları vardır. 3.4. Tərəflər təsdiq edir ki, hazırkı Barışıq Sazişinin şərtlərinin yerinə yetiriləcəyi təqdirdə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 3.5. Bu Saziş 2(iki) nüsxədə tərtib edilir və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə saxlanılır. “ təsdiq edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar